Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 20:13

Dünya

Lionel Messi ilin ən yaxşı klub futbolçusudur

Lionel Messi həmçinin ilin ən yaxşı hücumçusu adını da qazandı
Şriftin ölçüsünü dəyiş - +
Lionel Messi UEFA tərəfindən ilin ən yaxşı klub futbolçusu elan edildi. O, «Barselona» klubunun Çempionlar Liqasının son qalibi olmağında böyük rol oynayıb.

Təltifetmə Monakoda keçirilib. Bundan savayı, Messi ilin ən yaxşı hücumçusu adını da qazandı. Ən yaxşı yarımmüdafiəçi adı onun həmklubçusu Xavi Ernandesə, ən yaxşı qapıçı daı «Mançester Yunayted»dən Edvin van der Sara, ən yaxşı müdafiəçi adı isə «Çelsi»nin kapitanı Con Terriyə verildi.

Messi keçən mövsüm Çempionlar Liqasında 9 qol vurub. Ən vacibi isə finalda «Mançester Yunayted»in qapısına vurduğu qoldur. Ümumiyyətlə, 22-yaşlı Messi keçən mövsüm «Barselna»nın heyətində 38 qolun müəllifidir.

Lionel Messi UEFA-nın baş mükafatını qazanan sayca 2-ci argentinalıdır. Ondan əvvəl bu ada 2000-ci ildə «Real Madrid»də oynayan Fernando Redondo layiq görülüb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Azarkeş Haradan: Bakı
28.08.2009 14:32
Çox təəssüflənirəm, çox... Nə vaxt bizim futbolçularımızdan kimsə Messi kimi legioner həyatını yaşayacaq e, nə vaxt?