Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

Rusiya mediasının başlıca strategiyası sual verməməkdir

Dövlət TV və radiolara əla maaş verir və Rusiya mətbuatı bu prinsipə söykənir – «beş dəqiqə üzüqara ol, bütün həyatın boyu rahat yaşa»

Dövlət TV və radiolara əla maaş verir və Rusiya mətbuatı bu prinsipə söykənir – «beş dəqiqə üzüqara ol, bütün həyatın boyu rahat yaşa»

27.08.2009
Teleekranda təxminən 80 yaşlı bir qadın görünür, çox kasıbyana geyinib. O, Tsxinvalidə yaşayan osetiyalıdır, ötən ilki Rusiya-Gürcüstan müharibəsini öz gözləri ilə görüb. O, gürcü qoşunlarının evinin yanından ötməsi ilə bağlı xatirələrini danışır. Deyir ki, onlar Amerikanın hərbi formasını geyiniblərmiş və əllərində də Amerika silahı olub. Qarının dediyinə görə, onların yanında başçıları da var imiş, ingilis dilində əmrlər verirmiş.

Rusiyanın «Exo Moskvı» radiostansiyasının əməkdaşı Matvey Qanapolski Rusiya mediasının bu günü ilə bağlı məqaləsini bu təsvirlə başlayır. Daha sonra yazır. Kamera fokusda danışan qadını saxlamaqda davam eldir. Jurnalist onun sözünü kəsmir. Soruşmur ki, ömrüboyu kənd həyatı yaşamış bir qadın əsgərlərin geyimindən və silahından necə baş çıxara bilib və ya necə əmin olub ki, onların komandiri ingilisdir.

MƏLUM MƏSƏLƏDİR

Müəllif yazır ki, jurnalistin niyə qadının sözünü kəsmədiyi məlum məsələdir. O və onun komandası Rusiyanın dövlət telekanallarında bəh-bəhlə göstərilən bu cür yalan informasiyaların müəllifidir.

Ekrandakı yaşlı qadın isə deməli olduqlarını deyir, başqa sözlə nə deməli olduğunu ona əvvəlcədən öyrədiblər. Jurnalist isə öz üzünü gizlətmir, dövlət TV və radioları əla maaş verir və Rusiya mətbuatı bu prinsipə söykənir – «beş dəqiqə üzüqara ol, bütün həyatın boyu rahat yaşa».

Matvey Qanapolskiyə görə, Vladimin Qusinskinin NTV-si artıq sarı mətbuatın elektron variantıdır. Rusiya prezidenti Dmitri Medvedev Rusiyanın yeni prezidentinin artıq 4 deyil, 6 il müddətinə seçilə bilməsi ilə bağlı seçki haqqında qanuna dəyişiklik edəndən sonra hər şey bütün eybəcərliyi ilə aydın oldu.
Matvey Qanapolski
Medvedev öz vəzifəsində 2012-ci ilədək qalacaq, daha sonra 12 illik müddətdə ölkəni yenidən Putin idarə edəcək. Bu isə o deməkdir ki, 2024-cü ilədək hakimiyyət dəyişməyəcək, heç bir real dəyişiklikdən söhbət belə getməyəcək.

GƏRƏK ÖLÜMÜNÜ GÖZ ÖZÜNƏ ALASAN

Müəllif ölkədə müxalif medianın olduğunu da yazır, amma qeyd edir ki, əgər burda işləyirsənsə gərək ölümünü göz özünə alasan.

Müəllif yazır ki, Rusiya mətbuatının görünən üzü budur. Dünən ədalətli siyasət yürüdən jurnalistlər yenə də həmin telekanallarda çalışırlar, amma bu kanallar artıq xüsusi təbliğat vasitələridir və jurnalistlər sadəcə ayda iki dəfə maaş alırlar.

Amma bu heç də o demək deyil ki, onlar jurnalist peşəkarlığını itiriblər, yenə də hər həftə jurnalist araşdırmalarına rast gəlinir. Misal üçün, kiçik bir şəhərdə kiçik biznesmenlə necə pis rəftar olunduğuna dair reportaj hazırlanır. Telekanal onun necə və niyə incidildiyini detalları ilə göstərir. Daha sonra yerli rəis ekranda görünür və bizi inandırır ki, bu işdə cavabdeh olanlar artıq cəzalandırılıb və o özü şəxsən hakimiyyət qarşısında korrupsiya məsələsini qaldıracaq, həmçinin deyəcək ki, qanunda dəyişiklik etmək lazımdır.

Bu cür reportajlar həmişə eyni ssenari ilə müşayiət olunur: ən aşağıda yaramaz şəxs, orta səviyyədə yaxşı rəhbər, amma bütün ümidlər Putinədir, Putin var deyə gələcək işıqlıdır. «Biz nəyə görə hələ də belə yaşayırıq?» deyə nə bir fikir var, nə də ki sual.

Matvey Qanapolski yazır ki, müzakirələrin olduğu verilişlər teleekranlardan tamamilə yox olub.

Çoxlu kanallar, yalnız bir veriliş...
Bir sahə var ki, ümumiyyətlə toxunulmazdır. Bu, Putin və ya Medvedevin siyasi qərarları və siyasi fikirləridir. Bunlar nəinki müzakirə oluna, hətta bununla bağlı bir sual da qoyula bilməz.

RUSİYA İNFORMASİYA MÜHARİBƏSİ ELAN EDİB

Kremlin belə bir mühüm qərarı var: Rusiya informasiya müharibəsi elan edib. Bundan sonra telekanallarda verilən yalan deyil, düşmənə qarşı silahdır.

Müəllif yazır ki, telekanallar Gürcüstanla məsələdə günbəgün yalan danışırdılar, ən kiçik məqamda belə. Hətta Krasnadar diyarında «donuz qripi» ilə bağlı ilk diaqnoz qoyulanda da, ekrana «mütəxəssis» çıxdı və ağla sığmayan hekayə danışdı. Dedi ki, «donuz qripi» ölkəyə Gürcüstandan gəlib və orda donuzlar üzərində təcrübə aparılan gizli bioloji laboratoriya var.

Matvey Qanapolski iddia edir ki, Rusiya mediasının ən başlıca strategiyası sual verməməkdir. Medvedev Almaniyanın kansleri Anqela Merkellə görüşür və ona deyir ki, Rusiya Ukrayna prezidenti Yuşşenko ilə işgüzar əlaqələri dondurur. Və heç kim cürət edib soruşa bilmir ki, bu açıqlama nəylə bağlıdır.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Vətəndaş Şəhər: Bakı
31.08.2009 17:26
Qan üstündə, zor gücünə qurulan hər bir dövlət məhvə məhkumdur. Nə gözəl deyib Füzuli: Padişahi-mülk dinari-dirhəm rüşvət verib Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri. Göstərən saətdə dövrani fələk bir inqilab Həm özü fani olur, həm ləşkəri, həm kişvəri. (Padşah əlindən gələni edib min cür oyundan çıxaraq ətraf ölkəli işğala hazırlaşır, ancaq gözlənilmədən elə bir hadisə baş verir ki, hər şeyi əlindən çıxır, planları suya dönür).

Kimdən: Mesum Şəhər: Alem
28.08.2009 02:59
Rusiya öz qanunlari ile isleyir.kenardan gelib daxili islerine qarisanin burnunu masa ile tutur

Kimdən: SERVER_IP
28.08.2009 01:28
Gucle qurulan IMPERIYA tezde dagilir.Rusiyanin artiq axiri catib Azerbaycana ise sebr lazimdir.Bir az gozlemek.Sonra Emrneistanla ozu tekbetek Qarabag meselesini hell edecek.

Kimdən: Pragali
27.08.2009 20:52
Rusiya hech vaxt demokratiya olmaz. Imperiya ve demokratiya antonimdir. Rusiyaya meylli olanlar da eneneye göre qeyridemokratik düsünür. Problemimiz budur.

Kimdən: Samir
27.08.2009 18:39
Tarix göstərib kimi həmişə zorba və ağılsız siyasətlərin axırı necə olur. Amerika da buna bənzər siyasət aparır amma ağıllı şəkildə aparır. Bir yandan yaralayırsa beş yandan yaraları sarıyır. Rusiyanın ağılsız addımları isə gec-tez onu süquta aparacaq.