Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

«Mənə öz partiyamı yaratmaq daha simpatik görünür»

R.Arifoğlu deyir ki, qəzetin Daxili İşlər Nazirliyi yaxud başqa strukturlarla yaxınlığı barədə deyilənlər yalandır. Amma qəzet bu söhbətlərin ortada gəzməsindən də yararlanır

R.Arifoğlu deyir ki, qəzetin Daxili İşlər Nazirliyi yaxud başqa strukturlarla yaxınlığı barədə deyilənlər yalandır. Amma qəzet bu söhbətlərin ortada gəzməsindən də yararlanır

21.08.2009
«Mənə öz partiyamı yaratmaq daha simpatik görünür, nəinki Müsavat Partiyasında uzun və nəticəsi şübhəli görünən yarışa qatılmaq».

Bunu Müsavat Partiyasının ətrafında gedən söhbətlərlə bağlı suala cavab verən «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir. O bu sözlərilə 2010-cu ildə İsa Qəmbərin partiya rəhbərliyindən gözlənilən gedişindən sonra başqanlıq yarışına qatılacağı barədə söhbətlərə son qoyur.

R.Arifoğlu deyir ki, onun baş redaktor və partiya funksioneri kimi mövqeyinın toqquşması barədə söz- söhbətlər ucbatından hələ 2006-cı ildə partiyanın sədr müavinliyindən də istefa verib, Məclis üzvlüyündən də. Amma elə o vaxtdan partiya ilə qəzet arasında məsafənin get-gedə uçuruma çevrilməsi barədə danışılmağa başlanıb və son vaxtlar bu, siyasi dairələrdə əsas mövzulardan birinə çevrilib.

ESKPERT ƏMİN DEYİL Kİ, MÜXALİFƏT PARTİYASINDAN UZAQLAŞAN QƏZET MÜSTƏQİLLİK YOLUNU TUTUB

Qəzetlə Musavat partiyası arasındakı münasibətləri Arif Hacılı belə şərh edir:  «Yeni Müsavat» qəzetinin istər ayrı-ayrı strukturlara qarşı olan mövqeyində, eyni zamanda, ayrı-ayrı partiyalara öz səhifələrində təbliğat üçün yer ayırdığı vaxtlarda bu siyasət qəzetin öz siyasəti olub, partiyaya aidiyyatı yoxdur».

Rauf Arifoğlu isə deyir ki, müstəqilləşmə qəzetə ona ancaq başucalığı gətirir.

Vəziyyəti şərh edən politoloq Azər Rəşidoğlu əmin deyil ki, müxalifət partiyasından uzaqlaşan qəzet müstəqillik yolunu tutub. Onun sözlərinə görə, görünən budur ki, qəzeti yaşatmaq üçün oliqarxlarla müəyyən sövdələşmələr gedir.

İSA QƏMBƏR BİLMİR Kİ, RAUF ARİFOĞLUNU BAŞ REDAKTOR VƏZİFƏSİNDƏN ÇIXARMAQ SƏLAHİYYƏTİ VAR, YA YOX

«Yeni Müsavat»ın rəsmi təsisçisi İsa Qəmbərdir. Azər Rəşidoğlunun iddiaları ilə bağlı suala cavab verən Musavat başqanı AzadllqRadiosuna aşağıdakıları deyib:

«Bilmirəm dedikləriniz nə dərəcədə «Yeni Müsavat»a aid ola bilər. Bunu qəzetin rəhbərliyi ilə aydınlaşdıra bilərsiniz. Amma mənim Əliyev rejiminin heç bir nümayəndəsinə rəğbətim yoxdur. Özünə hörmət edən adam bu rejimə işləməz və xalqa qarşı cinayətlərə şərik çıxmaz».

Qəzetin təsisçiliyi ilə bağlı məsələyə aydınlıq gətirən İ.Qəmbər deyir ki, təsisçiliyi nominaldır və o, hətta texniki baxımdan bilmir ki, Rauf Arifoğlunu baş redaktor vəzifəsindən çıxarmaq səlahiyyəti var, ya yox:. 

«Xahiş ediblər məndən, mən də təsisçiliyi qəbul etmişəm, 16 il əvvəl», - deyə İ.Qəmbər bildirib.  

Rauf Arifoğlu isə deyir ki, onun əsas qayğısı qəzeti qorumaqdır:

«Yeni Müsavat» oxucunun qəzetidir. Vəziyyətə uyğun hərəkət etməyi və qəzet bazarında fəal olmağı, bazardan faydalanmağı, özünü qorumağı, müəyyən anlarda irəli getməyi, müəyyən anlarda sakitləşməyi, geri çəkilməyi bacaran və bu barədə müstəqil qərar qəbul edən bir orqandır».

«2010-CU iLDƏ MÜNASİBƏTLƏR AYDINLAŞMALIDIR»

R.Arifoğlu deyir ki, qəzetin Daxili İşlər Nazirliyi yaxud başqa strukturlarla yaxınlığı barədə deyilənlər yalandır. Amma qəzet bu söhbətlərin ortada gəzməsindən də yararlanır:

«Kimlərsə məhkəməyə vermək istəyirlər, qəzeti cəzalandırmaq üçün hansısa addım atmaq istəyirlər, amma bu söz-söhbətlər onları çəkindirir».

Politoloq Azər Rəşidoğlunun fikrincə, bu, uzun müddət davam edə bilməz və 2010-cu ildə «Yeni Müsavat» qəzeti ilə partiya arasındakı münasibətlər aydınlaşmalıdır. Ekspert də istisna etmir ki, Arifoğlunun seçimi yeni partiya ola bilər.

Hər halda, bu, Müsavat Partiyasının ilk itkisi olmayacaq. Keçmiş müsavatçılar arasında hakim partiyanın qərarlarına parlamentdə dəstək verənlər də var, İsa Qəmbərin ünvanına tənqidi çıxışlar edən də, müstəqil ekspert olaraq fəaliyyət göstərənlər də. Amma onların çoxundan fərqli olaraq, Rauf Arifoğlunun partiyanı tərk etməsi sadə təşkilatı məsələ deyil. Ən azından ona görə ki, qəzetlə partiyanın bölüşdürüləcək brend və hətta internet ünvanı var.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (4)
Kimdən: Ramil Şəhər: Baki
13.09.2009 20:39
Səndəmi Brut?

Kimdən: qedesh Şəhər: banqladesh
09.09.2009 14:09
Ey Gözəgörünməz, sən bu Ramazana xətir bu millətə düz-əməlli müxalifət göndər!

qırıldıq-batdıq taaa...
bunlar hele ayrılacaq birləşəcək sərtləşəcək cütləşəcək...
acaq ecek yacaq yecek......

Kimdən: ehli Şəhər: baki
04.09.2009 19:18
Azerbaycan müxalifetinin, xüsusile de Musavat partiyasinin simasini, hansi veziyyetde oldugunu görmek, bilmek ücün burada yazilan sherhleri oxumag yeterli sayila biler. Sherhleri diggetle oxudum. Güman ki, partiyanin rehberliyine daxil olan bezi shexsler de bashga adlarla sherh yaziblar. Yazi üslubundan bunu sezmek olur. Sözümün memmedgulusu ise bayag dediyim ki, müxalifetin durumudur. Bu durum da hec ürekacan deyil. Her gün gezetlerinde yazirlar ki, igtidarin nazirleri bir-birini didir, bir-birini gülleleyir. Müxalifet üzvlerinin 70 faizi bir-birini didir, bir-birini beyenmir. Bu adamlarin davasi müxalifet davasi deyil, grup davasidir. Musavat Partiyasinda da grup davasi gedir. Bu grup davasini da helelik Isa Genberle, Sülheddin Ekber udub. Vurgunla, Rauf ise uduzublar. Musavatin en acinacagli durumu 2010cu ilden sonra bashlayacag. O vaxtdan ki, Isa Genber partiyani AMIPe cevirecek, elinde oyuncag bir guruma donderecek ki, partiya elinden cixmasin. Bele bir partiyaya sedr olmagi shexsen men ozume sigishdirmaram.

Kimdən: Zamiq Şəhər: Cexiya/Praqa
28.08.2009 17:33
Müasir normal ölkelerde bir amil var,eger bir partiya sedri 2 defe ard-arda seckileri uduzursa,o istehfa vermelidi.

Iqtidari basha düshdük - shah rejimi yaradiblar, amma bizim "demokratik" müxalifet liderleri 20 ile yaxindirki kreslolarindan berk-berk yapishiblar.
Cenab Ise Qember de hemcinin, 2 prezident, 3 parlament seckisini uduzub -en azindan iqtidara qarshi mübarize, xalqi teskilatlandirmagi bacarmayib.Niye istehfa vermir? Belke ele Rauf Arifoglu secilecek kim bilir?

Rauf bey ele "Müsavat" qezetinin bash redaktoru olaraq qalsa yaxshidir, "partiya" adinda siyasi klub yaradib vaxtini niye boshbogazliqla kecirmek isteyir? Prezident secilmek shansi?- SIFIR! En azindan yaddashlarda yaxshi redaktor kimi qalar.

Kimdən: Bezməmiş Şəhər: Bakı
28.08.2009 15:07
Məşhur klarnetçalan təzəcə sənətə gəlmış qarmonçalanla yenidən bir gəlin gətirməyə gedərkən bir qrupa düşürlər. Bir iki hava çaldıqdan sonra, klarnetçalan qarmonçalana deyır:
— Maşallah, bir xeyli qabağa getmisən!
Qarmonçalan deyir:
— Bəli ustad, sizin axırıncı toydakı məsləhətlərinizdən sonra öz üzərimdə məşqləri günü-gündən artırıb, bu səviyyəyə gəlmişəm.
Klarnetçalad deyir:
— Ayə, sənətdə demirəm e, stulunu bir xeyli qabağa çəkib oturmusan!
İndi Rauf bəy də, maşallah, "bir xeyli qabağa gedib".

Kimdən: Vaqif Rüstəmli Şəhər: Bakı
28.08.2009 14:17
Mən Müsavat partiyasının üzvüyəm və Rauf bəyin pariyada yerliçilik zəmində başlatdığı bölücülük işi çox təhlükəli məcraya yönəlib.O təkcə partiya daxilində yox uzun müddət AXCP ilə münasibətlərin gərgin olmasnınında əsas səbəbkarı olub.Bu qarşıdurmaları iqtidarın sifarişi ilə yaratmırsa onda niyə daim parçalanmalara səbəb olan fəaliyyətlər göstərir.Məncə o artıq formal olaraq müxalifət düşərgəsindədir və sabahın Qüdrət Həsənquliyevidir.

Kimdən: Naile Şəhər: Baki
28.08.2009 06:31
Bu qeder xirda partiyalar kime lazimdir?
Bele getse here oz aile sulalesinin partiyasini yaradacaq,deyesen aile sulalesi ile islemek numunesi hamiya xos geib.Iqtidara da bu lazimdir ki,cekismeler yaradib, parcalasin.Kicik partiyalarin ohdesinden gelmek asandir.Ona goredir de Azerbaycanda bir demokratik secki kecirmek mumkun deyil.

Kimdən: Sahub Camalov Şəhər: Bakı
26.08.2009 14:11
Rauf arifoğlu partiya yaratsa məncə qeyri ciddi vəziyyətə düşəcək.Çünki Müsavat Məclisinə seçkilərdə Ramil Usubova işlədiyinə görə məğlub olan Rauf bəy imiclə necə partiya yaradacaq.Bu gün qəzetini oturduğu bina Vilayət Eyvazovundur və Rauf bəyin müxalifətdə daxili intiriqalar yaratmaqla görəvləndirildiyi hər kəsə bəllidir.Baxşn müxalifət daxili bütün bu qarşıdurmalarda bu adam baş intiriqan rolundadır.Uzaq başı Rauf bəyə iqtidar partiya yaratmaqla qəzet vasitəsi ilə iqtidara etdiyi xidməti,bu dəfə İqbal Ağazadə kimi partiyası vasitəsi ilə göstərəcək.tieyni yerə xidmət etdikləri İqbalAğazadə kimi pariya sədri kimi göstərəcək.

Kimdən: Teymur Şəhər: Baki
25.08.2009 22:02
Rauf Arifoglu qəzetin işi ilə hakimiyyətə yarayıb,indi də partiya yaradıb İqbal Ağazadə adlı dostu kimi hakimiyyətin işinə yaramaq istəyir.

Kimdən: SEXAVET Şəhər: tovuz
25.08.2009 21:51
BAŞDA RAUF ARİFOQLU olmaqla digərləri musavatın hesabına populiyar olublar İsa Qəmbərin hesabına siyasi səhnədə qalıblar Rauf Arifoqlu özünə o qədər vurulub ki, heç nəyin fərqində deyil.İsa Qəmbərə qarşı musavatdan kim çıxsa Qüdrət Həsənquliyev olar uzaqı 1 sezon depudat olar. Vaxtı ilə Rauf Arifoqlu İsa Qəmbərin yanında olmasaydı indi Nemət Pənahlının partiyasından olardı. Heç rauf arifoqlu fikirləşir ki, müsavata qarşı çıxmaq onun üçün çayın əksinə üzmək kimi bir şeydi ağğıllı adam bunu etməz. "Yeni müsavat"ın kollektivinin 90% iSA QƏMBƏRƏ GÖRƏ ORDA YAZIBLAR. AZƏR RƏŞİDOĞLUNA bildirmək isdəyirəm ki, qəzet partiyadan ayrılan kimi qəzetin dəfninə hazırlaşmaq gərəkər. Rauf Arifoqlunun partiyadan ayrılmasını ən çox Müsavatçılar istəyir. Bir az tez olsa yaxşıdı çünkü Musavatada inam dahada çoxalar!
    Növbəti 
Səhifə (4)