çərşənbə, Oktyabr 22, 2014 Bakı vaxtı 08:07

Verilişlər / Kontekst

«Pulumu verirəm, işığımı niyə söndürürlər?»

Bəzi rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranmaqdadırBəzi rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranmaqdadır
x
Bəzi rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranmaqdadır
Bəzi rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranmaqdadır

Multimedia

Səs
Bəzi rayonlarda elektrik enerjisinin verilməsində fasilələr yaranmaqdadır. Ən böhranlı vəziyyətsə Salyan rayonundadır. Arvatan kəndindən Vüqar Əhmədovun AzadlıqRadiosuna dediyinə görə, bu yay cəmi iki həftə işıqları fasiləsiz yanıb, qalan vaxtlar gecə və gündüz müəyyən saatlarda işıqlar söndürülür:

«Siz təsəvvür edin günorta saat 1-də işıqları söndürürlər bir də saat beşdə yandırırlar. Gedirsən deyirsən bu onun üstünə atır, o bunun. Salyan elektrik şöbəsində satış bölməsinin rəisi var Mirkazım müəllim üç gündür mən ona zəng edirəm telefonu qaldırmır. Bir adamı tapa bilmirsən ki, dərdini deyəsən. Kəndin hardasa 85 faizinin işığa borcu yoxdur. Mən pulumu vermişəm mənim işığımı niyə kəsirsən».

Rayonun «Stansiya» yaşayış məntəqəsində də iki aydan çoxdur eyni vəziyyətdir: «Bu vaxtı işıq söndürərlər, camaatın aldığı yeməyi-içməyi hamısı xarab olur. Nə icra başçısı baxır, nə işıq idarəsinin müdiri. Belə biabırçılıq olar?»

İCRA HAKİMİYYƏTİNİN FƏRDİ CƏZALANDIRMA TƏKLİFİ
Rayon elektrik şəbəkəsinin rəhbəri Mirkazım Qubadovu heç biz də tapa bilmədik. Amma rayon icra hakimiyyətindən öyrəndik ki, enerji məsələlərilə bağlı problem onlarda da ciddi narahatlıq yaradıb. İcra başçısının birinci müavini Etibar Hüseynov elektrik enerjisilə bağlı fasilələrin olduğunu təsdiqlədi və bildirdi ki, elə bununla bağlı müşavirə keçirməyə hazırlaşırlar: «Bu saat toplantı keçirəcəyik elektrik məsələsini və pul yığılmasıyla bağlı problemi müzakirə edəcəyik».

Etibar Hüseynova görə, istifadə etdiyi elektrik enerjisinin pulunu verməyənlər, oğurlama, qanunsuz qoşulmalar çoxaldığından ola bilsin ki, elektrik şəbəkəsi bunun qarşısını almaq üçün müəyyən məhdudiyyətlər tətbiq edir. İcra başçısının müavini deyir ki, artıq elektrik şəbəkəsinə xəbərdarlıq ediblər:
«Biz artıq qadağan etmişik ki, camaatın işığını kəsməsinlər. Kimin borcu varsa onun işığı kəsilsin. Yəni kütləvi yox, fərdi cəzalanma aparsınlar. Ola bilsin ki, özlərinə əziyyətə salmaq istəməyib hamının işığını kəsirlər. İndi çalışırlar görək birlikdə nə edirik».

YENİDƏNQURMANIN GƏTİRDİYİ ENERJİ MƏHDUDİYYƏTİ
«Azərenerji» Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyir ki, elektrik enerjisilə bağlı məhdudiyyətlər enerji qıtlığı yox, yenidənqurma və sayğaclaşma ilə bağlı ola bilər.

Ələkbər Baxşəliyev gecə məhdudiyyətlərini də yeni xətlərin çəkilişilə əlaqələndirir. O, indi Azərbaycanda istənilən qədər elektrik enerjisi istehsalı olunduğunu deyir.

BAKIDAKI MƏMURLARIN SALYANA İŞIQPULU BORCU
Elektrik enerjisilə bağlı məhdudiyyətləri «Azərenerji» yenidənqurma, Salyan rayon icra hakimiyyəti isə ödəmələrin azlığı ilə izah etsə də, rayonda daha ciddi faktlardan danışırlar. Səslənən fikirlərdən biri odur ki, əslində enerji borcları rayon sakinlərinə yox, Salyan ətrafında yüz hektarlarla əkin sahələri, balıq vətəgələri və fermaları olan Bakıdakı məmurlara məxsusdur. Salyandakı Demokratiyaya Yardım İctimai Birliyinin rəhbəri Emil Məmmədov deyir ki, həmin obyektlərin heç birindən enerji pulu alınmır. Ora indi suvarma üçün su gedir. Orda iri mühərriklər qoyulub və gecə-gündüz onlar işləyir. Onlar heç biri enerji pulu ödəmirlər.

İcra başçısının birinci müavini Etibar Hüseynovsa deyir o məmurların əkin sahələrinin qeydiyyatını aparmır, amma onu bilir ki, rayonda fəaliyyət göstərən irili-xırdalı bütün fermer təsərrüfatları elektrik enerjisinin pulunu ödəyirlər:
«Ola bilər onların da içərisində intizamsızları var. Amma məmurdur deyə pul vermir elə bir şey yoxdur».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Buravedi
24.08.2009 01:54
Sende ishigin pulunu ver lampa yandir.<br />Eybi yok bir az qenaetcil ol menim balam.

Kimdən: alex
21.08.2009 18:25
bu hele harasidir, bir azdan gelib deyecekler ki, saygacin az yazir , gel erize yaz deyishek. yoksa isigin dibinden kesib atarig. her saygac deyisendede azi bir 50manat sirinlik vermelisen yoksa galarsan isigsiz.