Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

«Elçibəyi heç vaxt bağışlamayacağam»

«İslam Kərimov bizimkilərlə müqayisədə toya gedəsidir»

«İslam Kərimov bizimkilərlə müqayisədə toya gedəsidir»

18.08.2009
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus AzadlıqRadiosunun «İşdən sonra» proqramında müxtəlif prezidentlərin dövründə Azərbaycanda söz azadlığının vəziyyətini qiymətləndirib. Müsahibənin maraqlı hissələrini təqdim edirik:

- 1988-ci ildən 1991-ci ilədək mən həmin vaxt Moskvada çap edilən «Ekspress-Xronika» qəzetinin müxbiri idim. Pulsuz çalışırdım. Hər gün məlumat verirdik. Ancaq o zaman çox açıq, senzurasız məqalə yazırdım. Bu, Kamran Bağırovun vaxtında idi. Mənə heç bir rəsmi şəxs irad tutmurdu.

Əbdürrəhman Vəzirovun vaxtında isə, o, mənimlə görüşdə dedi ki, «mən çox yaxşı bilirəm ki, siz MKİ-yə (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) işləyirsən və oranın çoxdankı agentisən». Düşündüm ki, əgər MKİ-nin agentiyəmsə, niyə «KQB» indiyədək məni həbs etməyib?

Ayaz Mütəllibovun vaxtında isə artıq müstəqil qəzetlər çıxırdı. Ona qarşı ən sərt məqalələrimi çap etdirmişəm. İndi də bakılı dostlarım deyirlər ki, «utanmırsan, məqalənin sərlövhəsində «Sobaka na sene» yazaraq kişiyə «it» dedin?». Mən isə demək istəyirdim ki, ölkəni Mütəllibov özü idarə etmir. Lope de Veqanın əsərini oxumayanlar isə bunu təhqir saydılar. Ancaq Ayaz bəy müsahibələrinin birində mənə «cazibədar sosial-demokrat» demişdi. Bu cür mədəni reaksiyadan sonra düşündüm ki, yazı yazanda təhqir kimi qəbul ediləcək sözlərdən istifadə etməyim.

Əbülfəz Elçibəyin siyasətilə demək olar ki, ilk əvvəldən razı deyildim. O, Azərbaycan Xalq Cəbhəsinin sədri seçiləndə də, prezidentliyə namizəd olanda da mən «yox», dedim. Görüşlərin birində isə, Elçibəy mənə «Mən sizi qəbul etmirəm. Siz həmişə mən qarşı çıxmısınız. Ancaq sizi Xalq Cəbhəsinin digər rəhbərləri qəbul etdiyinə görə, hesablaşıram» dedi.

Elçibəyin səhvləri çox böyükdür. Mən ona heç vaxt bağışlaya bilmərəm ki, Heydər Əliyevi Azərbaycana gətizdirdi. Bu sözləri Elçibəyin ölümündən sonra birinci dəfədir deyirəm. O sağ olanda da çox sərt çıxış edirdim. Əbülfəz Elçibəy bu çıxışlara çox dözümlü idi.

Heydər Əliyevə qarşı mətbuatda da, şəxsi görüşlərdə də çıxış edirdim. 1995-ci ildə Bakıda Britaniya səfirliyinin yeni binasının açılışında onu çox sərt tənqid etdim. Korrupsiyanın baş alıb getməsini vurğuladım. Ancaq yenə də təmkinli münasibət gördüm. Heydər Əliyev vətəndaş cəmiyyətinin üzvlərilə də, mətbuatla da görüşürdü. Görüşdə də açıq suallar vermək imkanı var idi.

İndisə, 2003-cü ildən bəri bu yoxdur. Cəmiyyət artıq qapalıdır. Xaricdən bu qapalılıq açıq-aydın görünür. Toplunun qapalılığı 2005-ci ilin martında, Elmar Hüseynovun qətlindən başladı. Dəhşətli qətl göstərdi ki, Azərbaycanda söz azadlığı bitib.

Adnan və Eminin həbsilə iqtidar bizə, hüquq müdafiəçilərinə «çox böyük kömək göstərdi». Əvvəllər, insan haqlarının pozulması hallarını biz sübuta yetirməyə məcbur idik. İndisə, buna ehtiyac yoxdur. Mən artıq əziyyət çəkmirəm. Hakimiyyət özü bu işi edir. İslam Kərimov onlarla müqayisədə toya gedəsidir.

- Niyə belə vəziyyət yaranıb? Bu suala cavab tapmısınız?

- Bizim elə gecə-gündüzümüz bu suala cavab axtarışından ibarətdir. Tarixə fikir verin. Orta Asiya ölkələri və Azərbaycanda heç vaxt şəxsi mülkiyyət qorunmayıb, orta təbəqə olmayıb. Məhz bu dediklərimin köməyilə söz azadlığı uğrunda mübarizə aparmaq və əsl hakimiyyəti seçmək olar.

Burada hər zaman şah, padşah olub. Onlar da vəzirlərinin satqınlığı haqda düşünərək onun başını kəsmək haqda sərəncam veriblər. Azərbaycanda yeganə imkan 1918-də ADR ilə yaranmışdı, onu da bolşeviklər «qırmızı terror»la kəsdilər. Sonradan isə, keçən əsrin 90-cı illərində Elçibəy hər şeyi korladı – Heydər Əliyevi bura çağırdı. Cəmiyyət demokratik ölkələrdəki əsl həyatı görməyib. Mən belə izah edərdim.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (12)
Kimdən: bahar Şəhər: baki
09.09.2009 16:59
Hormetli moderator ve Bahar Baki,kiminse imzasi ile yazmaq kimi bir niyyetim yoxdur.Bir neche ildir,bu nikden istifade edirem.Konuyu bitirmek uchun yeni adla yazmaq qerarina geldim.Derin sayqilarla.

Kimdən: Bahar Baki Şəhər: Hormetli moderator!Dinleyin!
08.09.2009 22:29
03.09.2009 20:22 ve 04.09.2009 18:17 ve 04.09.2009 23:20 tarixde yazilan ismariclar menim imzamla yazilsa da mene aid deyil,men yazmadim.eksine 30 avqust saat 22.26-da yazan Bahar Baki men ozum idim.yuxarida qeyd elediyim tarixlere qeder Bahar Baki imzasi ile butun bolmelerde yazilan yazilar mene aiddir.Ve o uc yazini menim imzamla yazan adamdan xahis edirem lutfen bir daha bele bir herekete yol vermesin.

Kimdən: Raqil Şəhər: Baki
06.09.2009 15:33
artiq gecdir deyerdim.Fikrimde qaliram ki,bize Avropadaki kimi deyil.Orda adi meishet problemlerinde camaat yurush edir ve oz sozlerini deyir hetta kimden xoshlanmasa bele bunu aciq ifade edirler.Bizde ise bele deyil..Ataturku bute cevirdikeleri kimi Turkiye Bu hakimiyyeti de bele edibler(istemeyerek).

Kimdən: Haci Əbdülhəsən Şəhər: Neftcala-Bakı
05.09.2009 02:14
Vallan bu millətin işinə mat qalmışam.Hələdə başa düşə bilmirlərki,dedikləri bu xalq cəbhəsi Asərbaycana 20 yanvar faciəsini,Qarabax faciəsini,Qərbi Asərbaycan göcünü yaratdı.
Hörmətli Leyla xanım siz qüz baxışlamısiz Elcibəyi.
Bəyəm 12 respublikada ölüm itim olmadı,orda SSSR daqılmadı.Niyə həmən meydan "qəhrəmanları" 20 yanvarda,Qarabax döyüşlərində şəhid olmadı?.
İndi deputat kürsüsündə oturub.
Daha nə istəyirlər?
Birdə bütün yalancı müxalifət qəzetləri baxlansa lap,yaxşı olar.
Bəsdi bu millətin başını xarab etdilər.

Kimdən: türkün fədaisi Şəhər: Ferma
05.09.2009 00:40
Elcibey Kələkiyə H.Əliyevi milli meclisin sedri etdikden bir gun sonra yola salındı. Bir daha nəzərinizə catdırıram 1 gün sonra yola salındı nə tez nə də gec. Əgər Elcibəyə doğrudanda güçlü təzyiqlər vardısa H.Əliyevi Azərbaycanda ən yüksək posta oturtmamış qaçardı. Yoxsa de fakto Azərbaycanı H.Əliyevə təhvil verib, onun tərəfindən prezidentə etimatsızlıq referendumunun keçirilməsi adlı məzrəkədə susmaqla mövqeyini otraya qoymazdı. Sonda isə 6 il keçdikdən sonra azadlıq sevərləri döyüş cəbhəsində tək qoyduqdan sonra onların liderlərindən aldıqları sarsılmaz yaranın qaysaqladığı vaxtda H.Əliyev tərəfindən aldadıldığını başa düsdükdən sonra qayıtması onun özünə verdiyi qiymət idi. H.Əliyevdə onun qəbri üstündə heykəl qoymamaqla onun qiymətini verdi.1992-ci ildə Elcibəy hakimiyyəti Zərdüst Əlizadə, Xudu Məmmədov, İsmayıl Şıxlı və s kimi ziyalılara təhvil versəydi Azərbaycan bu gün dövlət olardı.

Kimdən: bahar Şəhər: baki
04.09.2009 23:20
Hormetli moderator,ikinci defedir,sherhimi yerleshdirmirsiniz: fikirleri ile razilashdigim Xan adli sherhchiye teshekkurumu ve bu gun Arif adli sherhchiye etirazimi bildirende.Mence forumun qaydalarini pozmamisham.Munasibetinizin sebebini bilmek isterdim.Onceden teshekkur edirem.

Kimdən: bahar Şəhər: baki
04.09.2009 18:17
Hormetli Arif bey,bu ele sohbetdir ki,sizinle hech zaman ortaq mexrece gele bilmeyecem,maalesef.Ve bu fikir ayriligi tekce kimlerinse,Elchibeyi bagishlayib bagishlamamasina gore olsa idi,yene derd yari idi.Mesele xalqin ,isterseniz milletin taleyine baxishda eks qutblerde durmagimizdan gedir,min-min teessuf.Sizler,izninizle bu siyahini eks-prezident Ayaz Mutellibovla bashlayib,bir komplimente gore onu xosh teessuratla xatirlayan Leyla Yunus, hetta 17 il once dediklerini israrla yegane dogru fikirler kimi qebul etdiyiniz Zerdusht Elizade,Rehim Qaziyev,Suret Huseynov-davam etdirmek de olar,sadece luzum gormurem-Azerbaycani Rusiyadan ayri tesevvur etmirsiniz.Oz ishinizdir.Amma ve hem de oz ishiniz deyil,chunki bunovresi yeni qoyulan hakimiyyetin dayaqlarini laxladanlarin sirasindA rus diqtesi ile sizler de var idiniz,tebii tek deyildiniz,bashqa qruplar da var idi,bilmemish deyilsiniz .Rusiya,rus diqtesi dedikde,tebii,ruslarin char dovrunden bashlamish,bolsheviklerin de davam etdirdiyi ishgalchiliq siyasetinden behs edirem.Hech Gurcustani da yox,terror sengimeyen Quzey Qafaqazi xatirlatmaq isteyirem,Rusiya sevdalilarina.Umarim,ermenilerin torpaq iddialarinin ilhamverici ve idarechisinin de mehz Rusiya olmasi shubhe dogurmur.Ekseriyyetin bildiyi gerchekleri yeniden yazmaq zorunda qaldgim uchun istifadechilerden uzr isteyib sualiniza kechirem.Neden razi deyilem?Yaxin tariximizi saxtalashdirmaq cehdinizden,dezinformasiya ile insanlari chashdirmaq isteyinizden.Ya siz bu tarixi bilmirsiniz,ya da bilerekden ...bu "missiya"konusunda israrlisiniz.Bey sozunu dirnaqda yazdiginiz Elchibey milletini sevmesi ile,ozunu Vetene borclu bilmesi ile, en chixilmaz durumda bele shexsini,ailesini deyil ,xalqini dushunmesi ile ve uzerine goturduyu ohdelikleri sherefle yerine yetirdiyine gore boyukdur ve sevimlidir.Qisa zaman cherchivesinde xalq uchun gorduyu boyuk ishlerden esla soz achmazsiniz.Uydurma ittihamlarla,ne sagliginda rahat qoymadiniz,ne de indi-2009 cu ilde.Quru iddia ve iftiralarla da neyese nail olmaq olar,aldatmaq da olar,amma hamini ve her zaman yox!
Xan adi ile yazan istifadechinin sherhlerine bir de baxmagi tovsiye edirem.Saqliqla qalin.

Kimdən: Arif
04.09.2009 03:25
Hormetli Bahar xanim! Her kesin fikrine ehtiramla yanashiram. Amma heremizin bir fikri, bir yanashmasi var. Cenab Zerdusht Elizade ile bagli dediklerim burada xususi olaraq onun VAXTINDA ELCHIBEYIN HANSI MISSIYA ILE CHIXISH ETDIYINI SOYLEMESI, BUNU ANLAMASI VE KIV VASITESILE MILLETE CHATDIRMASIDIR!!! Belke Siz unutmusunuz, amma hele 1992-ci ilde Zerdusht bey yazirdi ki, Elchibey mehz Heyder Eliyev terefinden idare olunan qeyri-musteqil bir fiqurdur. Zerdusht beyin mentiqi hele o zaman buna yonelmishdi ki, "Bey" gec-tez oz patronunu sukan arxasina otuzduracaq. Hemin vaxt hech kes ona inanmirdi, bu fikirleri gulushle qebul edib deyirdi ki, ay Zerdusht, ne danishirsan, Elchibeyi dograsan da, bunu aglina bele getirmez. Guya o eledir, beledir. Zerdusht bey ise sadece Elchibeyin missiyasini achiqlayirdi, anlatmaga chalishirdi ki, sonda sukan arxasina oturulacaq shexs Heyder Eliyevdir, vessalam! 1 il kechmedi ki, bele de oldu. Zerdush bey peygember deyil, hech Nostradamus da deyil, sadece ciddi analitik qabiliyyete malik, hadiselere achiq gozle baxan bir adamdir. Men de burada bunu demek isteyirem ki, hele o vaxt Zerdusht beyin dediklerini 2009-cu ilde bir choxlari anlamir. "Bey"in missiyasinin neden ibaret oldugunu bilmir. Demirem Elchibey duz etdi, sehv etdi, sadece deyirem ki, ONUN MISSIYASI MERHUM HEYDER ELIYEVI HAKIMIYYETE GETIRMEK IDI, BUNU DA SELIQELI QAYDADA YERINE YETIRDI! Na ile razi deyilsiniz, achiqlayin, biz de bilek. Minnetdaram!

Kimdən: Akem Xaqan Şəhər: Baki
03.09.2009 21:35
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus AzadlıqRadiosunun «İşdən sonra» proqramında müxtəlif prezidentlərin dövründə Azərbaycanda söz azadlığının vəziyyətini qiymətləndirime meyli onun shexsi meyillerinden, maragindan ve dushunce terzinden suzulen en adi bir vetendash reyinden bashqa bir shey deyildir.
Siyasi savadsizliqla yanashma meyli hem xalqi cashdirir, hem de yanlishliq yaradir. Odur ki, tek-tek shexslerin qinanmasi edaletli qerar deyil. Bir xalq ki, oz teleyini hell etmek iqtidarinda deyilse, onun savadli, qabiliyyetli ovladlari umumxalq maragini shexsi maraqlarina qurban verirse burada yalniz gunahkar kimi xalq ozudur.Her gelishigozlel danishiga inanib onun dalinca getmek neyinki geleceyini, hetta kecmishini de qurban vermekle mehve surukler.
Azerbaycan deyilen bir memleketin taleyini onun heqiqi vetendashliq qeyretli ovladlari hell edecek. Buna eminem

Kimdən: bahar Şəhər: baki
03.09.2009 20:22
Hormetli moderator,30 avqust saat 22.26-da Bahar adi ile yazan men deyilem.Ustelik de Bahar xanimla,eger onu duz anladimsa,razi deyilem.Veten ugrunda chox az ish gormushem,dushuncesindeyem,Vetene chox borcluyam ve nese etmishemse de qetiyyen peshman deyilem,sonucdan asili olmayaraq ve deyirman chax-chaxina regmen.Haminin Zerdusht Elizade ola bilmemisi ile mudrikcesine barishanlara ise "Yaziqlar olsun" deyirem .
    Növbəti 
Səhifə (12)