Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Müxalifət 4 qanunun dəyişməsini istəyir

Qarabağ və Respublika Uğrunda Hərəkat, 26 yanvar 2008

Qarabağ və Respublika Uğrunda Hərəkat, 26 yanvar 2008

14.08.2009
Qarabağ və Respublika Uğrunda Hərəkata daxil olan 6 müxalifət partiyası bəzi qanunlara dəyişiklik təşəbbüsü ilə çıxış etmək niyyətindədir. Söhbət Seçki Məcəlləsi, bələdiyyələrin statusu, sərbəst toplaşmaq və siyasi partiyalar haqqında qanunlardan gedir. Hərəkata daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyir ki, bu, bələdiyyə seçkiləri ərəfəsində əhalini fəallaşdırmaq və rəqabətli mühit yaratmaq məqsədinə xidmət edir:

«SEÇKİLƏRİ SAXTALAŞDIRMIŞ KOMİSSİYALAR İŞ BAŞINDADIR»

- Bütün beynəlxalq təşkilatların tövsiyələrinə baxmayaraq seçkiləri saxtalaşdıran komissiyalar iş başındadır. Ona görə də biz bələdiyyə seçkilərinə qədər komissiyaların yenidən formalaşmasını və təşviqat kampaniyasında rəqabətə mane olan müddəaların çıxarılmasını təklif edəcəyik.

Əli Kərimli deyir ki, bələdiyyələrin statusu da artırılmalı və Bakı bələdiyyəsi formalaşmalıdır. İndilikdə bələdiyyələr yalnız torpaq satmaq üçün icra hakimiyyəti yanında köməkçi quruma çevriliblər. Bu da bütünlükdə bu orqanı hökumət qarşısında gözükölgəli quruma çevirib.

Əli Kərimli deyir ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» qanunun da heç bir real əhəmiyyəti yoxdur. Onun fikrincə, payızda «Siyasi partiyalar haqqında» qanuna dəyişiklik etmək istəyən hakimiyyət qeydiyyat prosesini çətinləşdirmək və fəaliyyət imkanlarını məhdudlaşdırmaq istəyir. Onlar bu istiqamətdə də alternativ mövqe ortalığa qoyacaqlar.

HAKİMİYYƏTİN ALTERNATİVİ VARMI?

Əli Kərimli deyir ki, bütün bu qanunvericilik təşəbbüslərinin arxasında 3 başlıca məqsəd durur. Birincisi, əhalinin fəallığını artırmaq, ikincisi isə həm xalqa, həm də beynəlxalq aləmə nümayiş etdirmək ki, demokratiyanın inkişafına mane olan hakimiyyətə alternativ mövcuddur. Əli Kərimlinin deməsinə görə, üçüncü məqsədləri isə vəziyyətin dəyişəcəyi təqdirdə mövcud imkanlardan bəhrələnməkdir.

Mübariz Əhmədoğlu
Ancaq Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə deyir ki, müxalifət gecikib. Onun fikrincə, bələdiyyə seçkilərinə cəmi 4 ay qaldığından müxalifət çətin ki, öz layihələrinin müzakirəsinə və qəbuluna nail ola bilsin. Mübariz Əhmədoğlu hesab edir ki, müxalifət bəhanə axtarışını bir kənara qoyaraq mübarizəyə başlamalıdır. Onun fikrincə, Azərbaycan müxalifətinin başlıca problemi qarşısına öz gücünə uyğun olmayan məqsədlər qoymasıdır:

- Azərbaycanda bələdiyyə seçkilərində uğur qazanmaq asandır. Bu prezident seçkisi deyil. Qoy əvvəl uğurun nə olduğunu bilsinlər. Sonra iştah diş altındadır. Bunlar isə istəyir ki, prezident əlini-ayağını bağlayıb hakimiyyəti bunlara versin. Belə şey olar?

MÜXALİFƏT ÜÇÜN UĞUR SEÇKİNİ UDMAQ YOX, ÖZÜNÜ QORUMAQDIR

«Zerkalo» qəzetinin əməkdaşı Azər Rəşidoğlu isə müxalifətin gecikməsi haqda deyilənlərlə razılaşmır. Ancaq o da müxalifətin nə bələdiyyə nə də parlament seçkilərində uğur qazana biləcəyinə inanır:

- Müxalifət seçkilərdən istifadə edib yerlərdə əhali ilə təmaslarını gücləndirə bilər. Bu həm yerli strukturların tamamilə dağılmasının qarşısını alar, həm də cəmiyyətə alternativ fikirlərin mövcudluğunu aşılaya bilər.

Azər Rəşidoğlu deyir ki, əhalidə ciddi narazılıqlar olsa da təkcə qanunvericiliyin dəyişdirilməsi ilə azad və ədalətli seçkilərə nail olmaq mümkün deyil. Bundan ötrü real mənzərə dəyişməli, ortalığa həm resurs, həm də ideoloji baxımdan həqiqi alternativ qoyulmalıdır. Onun fikrincə, əslində, bu olmasa, heç qanunvericilik istiqamətində dəyişikliklərə də ümid etmək olmaz.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: AZAD KAMRAN Şəhər: BAKI
20.08.2009 13:18
YASHASIN AXCP MUSAVAT ALP ADP BU BIRLIK AZERBAYCANIMIZIN BIRLIYIDIR.. IRELI GENCLER!!! YASHSIN XALQ CEBHESI......IRELI Yadinizda saxlayin Tarixde hec bir Imperiya uzun muddet yashsamir...tarixde cox misallar cekmek olar meselen SSSR 71 ilden sonra dagildi param parca oldu...Indi bu Eliyev rejimi men inanmiram ki cox ceksin yaxin 5 ilde Eliyev rejimide parca parca olacag..ireli azad demokratik gencler ireli....YASAHIN AXCP

Kimdən: Buravedi
18.08.2009 00:23
Burda eyleshenlerin hamisina hörmetim var.Azerbaycanda real muxalifet yoktur.Ona göre ki, muxalifetn liderleri birleshe bilmiler.Hamisi birinci olmaq isteyir.Men siyasetci degilem.Sadece siyaseti izleyen bir vetendasham.Iqtidarda memurlar Hörmetli Prezident Ilham Eliyevi aldadaraq yalan melumatlar verirler.Muxalifetde özu özunu aldadir.Meslehet lazimdirsa her iki terefe vere bilerem.TESHEKURLER.

Kimdən: Firuz Rza - XALQ Şəhər: Bakı
16.08.2009 11:02
Ay qardaşlar yorulmadız boş-boşuna danışmaqdan? Bir əməl görəcəyik yoxsa yox? Bir –brinizi eşitmirsizsə, bu bədbəxt xalqı nə vaxt eşıdəcəksiz? Konkret bir maraq qoyun ortalığa.
Tanrı bizlərə ağıl versin.

Kimdən: Ruslan Şəhər: Baki
15.08.2009 17:38
Eli beye eshq olsun.Demokratiyanin qalib geleceyine inaniram.
Qanunlari da hakimiyyeti de deyishek!

Kimdən: Teymur Şəhər: Baki
15.08.2009 17:16
Muxalfetin telebleri haqlidir.Mence indi realliqlar daha cox muxalifetin xeyirinedir.
Xalqin kime ses verdiyi bundan evvelki seckilerde aciq-aydin gorunub.Xalq bu defe de demokratik quvvelere ses verecek.

Kimdən: hizami Şəhər: gurcustan
15.08.2009 13:11
MUBARIZ AHMEDOQLU DUWUNULMUW WEKILDE HAKIMIYYETI MUDAFIYE EDIR YA DA DEMOKRATIYADAN HEC ANLAYIWI YOXDUR ZEHMET CEKIB GURCUSTANA GELSIN BIR AYA DEMOKRATYANIN NE OLDUQUNU OYRENER

Kimdən: Tahir Şəhər: Baki
15.08.2009 10:55
Fərz edək sabah seşgilərdi.Xalq kimə səs verməlidir? Əlbəttə ki.vətənə və xalqa faydali insanlara. Axı siz. müxalifən. xalqa nə vermisiniz? YAP-ı yaradanlardan biri Sirus Təbrizli hələ bu partiyanın üzvü olanda onu quldurlar partiyası adlandırdı. Yaxın keçmişimizi yada salsaq gərərik ki. onları hakimiyyətə siz gətirmisiz. Hamınız da sonra iqtidarın qoltuğundan çıxmısınız.Xalq isə doğurdanda məmur azğınlığıdan narazıdır. Amma ölkədə həqiqi müxalifət olmadığıdan. xalq qarşidakı seçgilərdə yenədə passivlik göstərəcək.İnanmıram ki. ağli başinda olanlar iqtidarın yapdığı "müxalifətə" səs versin. Sizin hay-küyünüz isə iqtidara ona görə lazimdir ki.dünyaya göstərsin ki. Azərbaycanda demokratiya var. Siz iqtidara müxalif yox. əksinə dayaqsınız.

Kimdən: ELCI BEY-eskeri Şəhər: BAKI
15.08.2009 09:53
Qarabağ ve Respublika Uğrunda adlanan herekatın liderleri önçeden öz teffekkürlerinde bir deyişiklik etsinler.Sonra ise bezi seçki qanunlara deyişiklik teşebbüsü ile çıxış etsinler.