Çərşənbə, Fevral 08, 2012 Bakı vaxtı 12:51

Cəmiyyət

Ramin Hüseynov prezidentin təhlükəsizlik xidmətində işləməyib?

GEN MMC tikinti şirkətinin direktoru Elbrus Əliyevin işiylə bağlı 33 yaşlı Ramin Hüseynov saxlanılıb
x
GEN MMC tikinti şirkətinin direktoru Elbrus Əliyevin işiylə bağlı 33 yaşlı Ramin Hüseynov saxlanılıb
Şriftin ölçüsünü dəyiş - +
Dələduzluqda ittiham olunan GEN MMC tikinti şirkətinin direktoru Elbrus Əliyevin işiylə bağlı 33 yaşlı Ramin Hüseynov saxlanılıb. Bu haqda «Azadlıq» radiosuna məlumatı Bakı Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Arif təsdiqləyib. Amma o bu şəxsin əvvəllər heç yerdə işləmədiyini, dələduzluqda ittiham olunduğunu deyir.

Amma GEN MMC-nin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Vidadi İsgəndərov israrla bildirir ki, Ramin Hüseynov bir il əvvələ kimi Prezident Administrasiyasının təhlükəsizlik xidmətinin əməkdaşı olub:

«Bunu müstəntiq də bilir, prokuror da. Sadəcə, bu işdə Prezident Administrasiyasının adının hallanmasını istəmirlər. Ona görə də belə deyirlər».

GEN MMC-nin rəhbəri Elbrus Əliyevsə məhkəmədə deyib ki, Ramin Hüseynov vasitəsilə Xətai rayon icra hakimiyyəti başçısına 90 min manat rüşvət verib.

Amma paytaxt polisinin sözçüsü Qalib Arif həmin şəxsin icra başçısına rüşvət verməkdə yox, dələduzluqda ittiham olunduğunu deyir:

«Ola bilsin Ramin Hüseynov dələduzluq edib, kiməsə nəsə deyib. Amma onun əvvəllər haradasa işlədiyi təsdiqlənmir. Üstəlik də Ramin Hüseynov GEN MMC-nin rəhbəri Elbrus Əliyevə qarşı dələduzluqda ittiham olunur. Ondan 100 min dollar alıb və qaytarmayıb». Qalib Arif Ramin Hüseynovla bağlı artıq həbs qətimkan tədbirinin seçilməli olduğunu da deyib.

GEN MMC tikinti şirkəti 377 nəfərdən pul alsa da, onlara mənzil verməyib. Bu şirkətin 20-dək əməkdaşı, o cümlədən rəhbəri Cinayət Məcəlləsinin 178.2.3 maddəsiylə, mütəşəkkil dəstə formalaşdırıb dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda vəsait əldə etməkdə ittiham olunur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: HACI Haradan: SEKI
31.07.2009 10:39
Asad Asadzadeye:Onlarin evlerinin 20faizini isqal etseler 15 il gozlemeyecekler ki,uzag,yad bir adam gelib desin ki,ay filankes,burdan cix.Ozleri vurub cixaracag.Amma ,o bizik ki,evin kuncune cekilib ,"xirda-xurus seyle"mesqulug,evin o biri terefini de gonsu menimseyib.Yadlara umudlu olanin evinde cirag yanmaz...

Kimdən: ISMAYIL Haradan: ABS
31.07.2009 00:01
Asad muellim,Siz SHekide oturun,Amerika da gelib Size Garabag alsin?Ya da kimise isqalci kimi tanisin?Ne fark edecek?Amerika tanisa guya Sefer Ebiyevin ordusu SHushada oturacagmish.Demokratiya Amerika ucun Sizin dediyiniz kimi"xirda-xurush shey"deyil.Garabaqin azadliqi demokratiyadan kecir.Ele Sizin de...

Kimdən: Əsədzadə Əsəd Haradan: Şəki
30.07.2009 19:44
Başa düşülüdür ki, Azadlıq radiosu bütün dünyada İnsan haqqları Demokratiya,söz azadlığı, Mətbuat azadlığı kimi,problərin müdafiyəçisi kimi çıxış edir.Hörmətli "Radio" və ABŞ konqresi və başında duran Prezidenti Sizin evinizin 20% işqal olsaydı Siz nə edərdiniz. Ermənilər Azərbaycanın torpaqlarını 15 ildir işqal edib Siz hələ onu İşqalçı dövlət kimi tanımırsınız.Burada fərdi insanların hüququ yox, Xalğın hüququ pozulur.Siz isə Demokratiyadan danışırsınız. Əvəl özünə bax Sonra xırda xuruş şeyləri müzakirəyə çıxard.

Kimdən: turaL Haradan: Azar baycan
30.07.2009 18:21
huseynov meselesi de bele baglandi...