Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:43

Verilişlər / İşdən sonra

«Hakimiyyət doğru danışsa belə, cəmiyyət ona artıq laqeyddir»

Erkin Qədirli

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Amerikalı siyasətşünas Bryus Cilli «The Right to Rule» kitabında Azərbaycanı postsovet məkanda hakimiyyət legitimliyinin ən yüksək dərəcəsində malik olan ölkə kimi göstərib. Siyahıda Azərbaycan Çexiyanı, ümumi reytinqdə isə 9-cu pillədə olaraq Almaniya və Belçika kimi ölkələri üstələyir.

Bu aspektə skeptik yanaşan Respublikaçı Alternativ (ReAl) Birliyinin həmtəsisçisi, hüquqşünas Erkin Qədirli fikirlərini «Azadlıq» Radiosunun «İşdən Sonra» proqramına bildirib. O, əvvəlcə legitimlik anlayışının bir-neçə variantdan ibarət olduğunu dedi:

- Əslində legitimlik 3 cür olur: ənənəvi, xarizmatik və şəxsiyyətsizləşmiş. İlk ikisi irrasionaldır və avtoritar rejimlərdə olur. Sonuncusu isə demokratik siyasi quruluşu olan dövlətlərdə işlənilir. Əgər ictimaiyyət ölkənin siyasi həyatında iştirak etmirsə, onda hakimiyyəti legitim deyil. Hüquqi baxımından «legitimlik» leqallığın tam anlamını vermir.

- Legitimlik dərəcəsini seçkilərdə əldə olunan nəticələrlə ölçmək olarmı? Rəqəmlər əsasdırmı?

- Əsla, rəqəmli yanaşma legitimliyə heç bir fayda vermir. Bu rəqəmlərlə ölçülmür. Prosesdə iştirakçılıq daha çox vacibdir. Cəmiyyətin sakitliyi hələ o demək deyil ki, vətəndaşlar hakimiyyətlə razıdır və bütün qərarlarını qəbul edir. Legitimliyin müəyyənləşməsində ən uğursuz yanaşma əhalinin etiraz etməməyi baxımından olan yanaşmadır. Şəxsi münasibətlərdə də belədir. Kimsə kiməsə etiraz etmirsə bu o demək deyil ki, onunla razıdır.

- Bəs legitimlik hakimiyyətə niyə lazımdır?

- Özünü tanıtmaq üçün. Kimliyi müəyyənləşdirmək üçün. Azərbaycanda biz nə görürük? Görürük ki, hər yerdə, hazırkı prezident də o cümlədən, indiki iqtidarının tanıtmasını Heydər Əliyevin siyasətinin davamçısı kimi edir, hər yerdə tanıtdırır, bunu da mərasimləşdirir. Heykəllər, büstlər, küçələrin adları, meydanların adları və sair. Bu, Sovet zamanı Lenini bütləşdirilməsi prosesinə oxşayır. Sovet hakimiyyəti də özünü hanasısa dahi qurucunun müəyyənləşdirdiyi siyasətinin davametdiricisi kimi tanıtdırırdı. İndi isə sadəcə adlar fərqlidir.

Bu onu göstərir ki, hazırkı iqtidarın ideoloji boşluğu var. İdeoloji proqramların cəmiyyətə təqdim edə bilmirlər. İndiki iqtidarın özünü legitimləşdirilməsi qanunçuluq yolu ilə deyil, daha çox Heydər Əliyevin siyasətinin davamedicisi kimi edilir – «Böyük Lider», «Ulu Öndər». Burada nə qanuna, nə beynəlxalq münasibətlərə əhəmiyyət verilir. Yəni, irrasional legitimlik.

- İrrasional legitimliyin dövlət içində təhlükəsi nədir? Hakimiyyət-cəmiyyət münasibətlərinə zərbə vururmu?

- Əgər eyniməzmunlu məlumat, «propaqanda» davamlı olaraq təlqin olunursa, ona artıq əhəmiyyət verən az olur. Çünki, ən azı bezdirici olur.

Burada yadıma məşhur Sovet lətifəsi düşür. «Lenin cümələri» olurdu. Lətifələr qəhrəmanı Rabinoviç bir-neçə həftə hansısa iclaslara gəlmirdi. Partkom onu çağırır, deyir «bəs, Rabinoviç, niyə «Lenin cümə»lərinə gəlmirsən?». O da deyir ki, «bəs Siz özünüz demirsiniz ki, Lenin siyasəti və ideologiyası əbədidir?». Partkom deyir: «Əlbəttə, əlbəttə! Bu nə sözdür?». Rabinoviç də cavab verir ki: «Onda vaxtım var da, gələrəm. Haraya tələsirsiniz?»

Yəni, belə vəziyyət yaranır ki, hakimiyyətin doğru sözü belə olanda, cəmiyyətdə ona artıq laqeyd yanaşırlar. Hakimiyyətlə cəmiyyət arasında isə münasibətlər kəsilir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Müəllim Haradan: Bazarbaycan
24.08.2009 16:05
Azərbaycanı "idarə edənlərin" azərbaycanlılara heç bir aidiyyatı yoxdur. Çünki onlar (əvvəl Heydər Əliyev, sonra da İlham Əliyev) hakimiyyəti xalqın istəyinə, seçiminə məhəl qoymadan zorla ələ keçiriblər. Dünyanı idarə edən supergüc mərkəzləri ilə dil taparaq (nefti və Qarabağı verərək) xalqın səsini boğmaq, müxalifəti tam zərərsizləşdirmək üçün onlardan (öz xaç atalarından) xeyir-dua alıblar. Ona görə də onların xalqın yanında bir qara qəpiklik hörməti yoxdur, xalqın istəyi isə onların yanında heç bir əhəmiyyət kəsb eləmir. Bu iki kateqoriya su ilə yaş kimi bir-birinə qarışmır. Vəziyyətdən çıxış üçün güclü enerjiyə ehtiyac var ki, reaksiya getsin.

Kimdən: Hophopnaməçi Haradan: Bədbəxt Azərbaycan
21.08.2009 15:56
Doğrudan da Tarixdən dərs almaq qabiliyyəti olmadığından keçmiş sovet hakimiyyəti liderlərinin aqibəti hazırki hakimiyyəti də gözləyir.Həm də bu daha 70 ilə yox, daha tez baş verəcək inşaallah. Çətini neft ehtiyatları qutaranadəkdir!!!

Kimdən: qasim Haradan: baki
31.07.2009 09:52
Yalan üzərinde qurulan ideologiyanin numayyəndesi Qurana əl bassa belə heç kim inanmaz. Çünki onlar bütpərəsdir. Baxin qoyduklari bütlərə...
Xalqina çörəyi.duzu.işığı.ev kirəsini.qazını. suyunu havayı etmiş Türkmənbaşına qoyulmuş bütləri xalq sökur.Çünki türkmən xalqı bütpərəst deyil.
Bəs bizim bütə inanmağımıza nə vadar edir?

Kimdən: ILHAM Haradan: ABS
30.07.2009 17:01
Nezere alsag ki,devletin daxili siyaseti ve ideologiyasini Azerbaycan KP MK-nin kecmish ideoloji ishler uzre katibi mueyyen edir..,teeccublu hec ne yoxdu.Leninin heykellerinin,adini dashiyan parklarin,stadionlarin,saraylarin,prospektlerin taleyi "ulu onderi"de gozleyir.Amma, insaf namine Leninin eserleri istedadin ,savadin,filosofluqun,sol ideologiyanin numuneleridi.Bu menada Lenin baba bizim baba ile mugayiseye gelmez...

Kimdən: Əli müəllim
30.07.2009 13:17
Təklif:Bryus müəllim kitabını satdırmaq üçün bizim icra başçılarına müraciət etsin.