Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

Zinaya görə daşqalaq vasitəsilə ölüm

29.07.2009
İranda «daşqalaq»

İran azərbaycanlısı, Təbriz şəhəri sakini Səkinə Mühəmmədiyə «daşqalaq vasitəsilə ölüm» cəzası verilib. Xanım Məhəmmədiyə zina etmə ittihamı irəli sürülüb. O, ailəlidir. «Azadlıq» radiosu xanım Mühəmmədinin vəkili Məhəmməd Müstəfai ilə müsahibəsi.

- Cənab Müstəfai, Ali məhkəmə xanım Mühəmmədinin daşqalaq cəzasını təsdiq edib. Hər şeydən öncə, bu növ cəza və bu cəzaya məruz qalanlar haqda sizin fikirlərinizi bilmək istəyirdik.

- İran qanunvericiliyində ailəli bir qadının başqa kişi ilə cinsi əlaqəyə girməsi və dörd nəfər bu hadisənin canlı şahidi olması, yaxud ittiham olunan şəxsin özünün dörd dəfə etirafına əsasən, o şəxsə daşqalaq cəzası kəsilir. Çox təəssüf ki, İranda savadsız, yoxsul və ailəsində ciddi problemi olan qadınların bu növ cəzaya məruz qalması halları daha çox olur. İranda qanunvericiliyə görə, qadının ərindən boşanmasının çox çətin bir proses olmasını da nəzərə alsaq, bəzən qadınlar məcburi şəkildə ailə həyatını davam etdirirlər və belə şəxslər maddi və mənəvi təminatları üçün digər kişilərlə əlaqədə olurlar.

- Siz xanım Mühəmmədiyə verilən cəzanı necə dəyərləndirirsiz?

- Məhkəmənin qərarına kəsin etirazım var. Birinci, indiyədək xanım Məhəmmədinin məhkəmə işinə beş hakim baxıb, ikisi ona bəraət verib, üçü isə daşqalaq cəzası kəsib. Ali məhkəmənin bu xanımın cəzasını təsdiq etməsi də mənim fikrimcə düzgün deyil. Mən bir daha Apellyasiya məhkəməsinə və Ali məhkəməyə etirazımı təqdim etmişəm, ümid edirəm ki bu işə yenidən baxsınlar.

- Xanım Məhəmmədiyə qarşı konkret olaraq hansı ittihamlarda günahlı bilinib?

- Xanım Mühəmmədi çox azyaşlı vaxtında ailə həyatı qurub və yoldaşı ilə həmişə problemi olub. Həmçinin onun yoldaşı ailəni maddi baxımdan təmin edə bilmirmiş. Nəhayət, xanım Mühəmmədi müxtəlif səbəblərə görə - şəxsi olduğu üçün bu haqda danışmaq istəmirəm - başqa iki kişi ilə əlaqə yaradır, lakin bunların aralarında cinsi əlaqə olmayıb.

Bu hadisədən sonra xanım Mühəmmədi tutulur və ona 100 şallaq cəzası verilir və icra olunur.

- Bəs daşqalaq cəzası nə üçün verilib?

- Onun şallaq cəzasından bir müddət sonra, həyat yoldaşı hələ üstü açılmayan səbəb görə qətlə yetirilir. Qətl hadisəsi ilə bağlı xanım Məhəmmədiyə bir daha məhkəmə işi qaldırılır. Orada bu xanımı məcbur edirlər ki, ailəli olduğu bir halda başqa kişilərlə cinsi əlaqədə olmasını etiraf etsin. Halbuki məhkəmə zalında xanım Mühəmmədi etiraflarını dəfələrlə təkzib edib və bu etirafları təzyiq altında verdiyini bildirib. Məhkəmə işi ilə bağlı beş hakim heyəti bu işə baxır, ikisi ona bəraət verir, üçü isə daşqalaq cəzası kəsir.

- Siz bu məsələ ilə əlaqədar hansı tədbirlər görmüsüz?

- Mən hakimlər heyətinin 2-nin bəraət verməsini, həmçinin xanım Mühəmmədinin bundan əvvəl eyni ittihamla bağlı 100 şallaq cəzasının çəkməsini və digər faktları əsas gətirərək, Ali Məhkəməyə müraciət etmişəm. Lakin belə ehtimal da var ki, xanım Məhəmmədini müraciətə fikir vermədən gizli daşqalaq etsinlər. Digər tərəfdən, hələ də daşqalaq cəzası verilməsi üçün lazımı sübutlar mövcud deyil.

- İranın ədliyyə naziri və hətta İran Məhkəmə Sisteminin rəhbəri Ayətullah Mahmud Haşimi Şahrudi bundan əvvəl daşqalaq cəzasının konstitusiyadan çıxarılması ilə bağlı bəyanat vermişdi. Daşqalaq cəzasının yenə də verilməsini necə dəyərləndirirsiz?


- Bunlar doğrudur. Amma Ana Yasada hələ də bu maddə mövcuddur və hakim məsləhət bildiyi təqdirdə bu cəzanı tətbiq edə bilər və icra da olunur. Baxmayaraq ki, mən şəxsən bu qanunun insana zidd olduğunu düşünürəm və bəzən hakimlər o qədər də savadlı deyillər ki, «məsləhətin» nə olduğunu başa düşə bilsin və daşqalaq cəzası versin.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (15)
Kimdən: bezməmiş Şəhər: Bakı
25.08.2009 16:45
Cənab Karlsson, cənab on doqquz!
İmam Sadiq (ə) (cənab Karlsson üçün Cəfər ibn Muhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibm Muhəmməd ibn Abdullah) bir cəhrə əyirən qarıdan soruşur ki, Allahın (cənab Karlsson ərəbcə Əllah oxunur. Onu da qeyd edim ki, ərəblərdə 2 cür h səsi var: biri boğaz "h"-sı, o biri, belə deyək, bizim "h") varlığını necə qəbul etdin?
Qarı deyir ki, bu cəhrə ilə.
— Necə?
— Bu cəhrəni mən fırlatmasam dayanır. Yəni bu cəhrə fırlanması üçün mənim qüdrətimə möhtacdır. Günəş, Ay, ulduzlar. Bunların üzərində bir Qüdrət əli olmadan belə nizamla hərəkət edə etməzlər.

Allahın varlığını görməyənin, ya da görmək istəməyənin Allahın Qüdrətinə zərrə qədər təsiri yoxdur. Dalğanın üstündə, arı şanında, şirin böyürtüsündə Allah alınmasının elə də önəmi yoxdur. (Guya ki bunlar olmasa idi Allah Əzəli olmayacaqdı!)

İnsan adicə hüceyrələrə qan vasitəsilə, daha doğrusu qandakı dəmir vasitəsilə oksigenin necə daşınmasına ağlının gücü ilə diqqət eləsə, bu, ona Yaradanın var olmasına inanmasına kifayət edər. Bunu kimsə icad etməsəydi, haradan bəlli olardı ki, dəmir-2-oksid oksigensiz mühitə düşdükdə asanlıqla dəmir və oksigenə ayrılır. Halbuki dəmir 3-oksiddin dəmir və oksigenə parçalanması üçün başqa kimyəvi reaksiyalar tələb olunur.

Kimdən: AZERI
19.08.2009 22:45
BIR SEY DEMEK OLMUR,BUNUN UCUN QADININ YERINDE OLMAQ LAZIMDIR,AMMA MILLI ZEMINDE BU CEZANIN KESILDIYINI ZENN ELEMIREM

Kimdən: On doqquz Şəhər: Bakı
17.08.2009 17:41
Mənim postum deyəsən tam getməsi, uzun sözün mən ayət sayını bilərəkdən dedim və izah de etdim ki Əlif-lam-mim kimi ayələri biri 1 ayə digəri 3 ayə “hesab edir” Bununla quranın mətnində heç bir ixtilaf yaranmır. Allah peyğəmbəri ən çox yolunu azmış tayfaya (millətə) göndərib. Ən çox peyğəmbər yəhudilərə gəlib. Yəhudilər həm də tarixdə ən çox əzilən millət olublar. Sonuncu peyğəmbər isə dövrü üçün ən çox yolunu azan ərəblərə gəlib, ismaillicə nazil olub. Ona görə də dediyim qrafik tam ismaillicə “Allah” alınır. Heç nəyi oxşatmıram sadəcə “təsadüflər” həddən çoxdur. Əslində mənə bu dəlillər lazım da deyil, ağlı olan adam bilir ki bu düzən boş-boşuna yaranmazdı,(materialistlərin nəzəriyyəsi artıq çoxdan iflasa uğrayıb.) Pomidor-xiyar möcüzələrini mən əvvəl misal kimi gətirdim ki bunları mən də istisna edirəm, bunları dinə aidiyyatı olmayan sensasiya xətrinə olan şeylərdir. Sizin ürəyiniz möhürlənib ona görə Siz hər dəlil də gəlsə inkar edəcəksiniz. (Bu möhürlənməni də izah edim: Əgər insan nəyəsə hansısa “doktorinaya” qarşıdırsa onunla bağlı hər nə olsa bunu qəbul edə bilmir. Məsələn düşmənin yaxşı işini də pis görür.) Əslində, tarix boyu bütün peyğəmbərlərə və dinlərə qarşı müqqvimət olub və islam dininə qədər də Allah kəlamını müvəffəqiyyətlə dəyişiblər. İslam dinində isə Quranı dəyişə bilmədikləri üçün müxtəlif yollara əl atıblar. Misal üçün SSRİ dağılanda bilirsinizmi Quranı kim tərcümə etmişdi? Və Elə Türkiyənin özündə islam dini ilə bağlı kitablar nəşr edən bəzi firmaları islam düşmənləri maliyyələşdirir. Səbəb nədir? Niyə açıq mabarizə edə bilmirlər, yalnız saxtakarlığa əl atırlar? Suallar çoxdur....

Kimdən: Karlsson Şəhər: Dam
17.08.2009 02:18
On doqquz, evvel etiraz elediz, sonra da menimle razilashdiz ayetlerin sayisi baresinde.
Men butun variantlari qeyd elemedim, sadece bildiyim 3nun adini numune olaraq cekdim.

Aye sayisini sizin bu Excel "mocuze"nize gore yazdim. Yeni o grafik de ferqli cixacag, aye sayina gore. Amma tebii ki umumi goturende yegin ki erebce Allah yazisi cixir. Ayelerin sayilarinin bir listini tapa bilmediyim ucun (114 ayeni bir bir daxil elemeye vaxtim yoxdur) yoxlamadim.

Excel X-Y grafikiynen ereb dilinde Allah sozu cixirsa onda Qurana inanmaliyig? Men onda bir kitab tapib, orda hansisa regemlerin grafikini duzeldende Karlsson yazisi cixsa ona da inanacagsiz? Ereb herfleri elediki hersheyi ona oxshatmag olar. Adeten 5 dene xett harda gorurler deyirler Allah yazilib. Bele elmden kenar sheylernen inanirsinizsa onda menim deyecek bir sozum yoxdur. Acig askar sehvleri, mentiqsizlikleri gormeyib, hansisa reqemleri tersden yazib qrafik duzeldib onu delil olaraq gebul eleyirsiz. Hemin adamlar pomidorun icinde, aslanin neresinde de Allah gorub/eshidirler. Maraglidi neye gore bir defe de olsun Allah latin elifbasinda, yada kirill elifbasinda bir Allah yazisi gondermeyib. Yeqin ereblere qarshi ozel simpatiyasi var. Men Allah olsaydim, eger Azerbaycana bir mocuze gonderiremse, onda latin elifbasindan istifade eleyerdim, cunku oranin ehalisi latin elifbasi (yada kirill) istifade edir, qarpizin icinden Allah yazisi cixardi. Cetin bir sey olmaz eger tanri iseniz.
Reqem oyunlarina gelende, vurma bolme cixma toplama kimi emellernen, bir kitabin, yazinin, monumentin, sheherin istenilen xususiyyetlerini goturub, lazim olan parametrler (hansi ki nese "mocuzevi" bir sey emele getirir) istifade eleyerek nese elde elemek olar.

Bele seylernen inanirsinizsa demeli artiq "opium" oz ishini gorub. Sabah gedib arvadinizi doyersiz de, shallaxlayarsiz da, axirda da sheytana dash atma merasiminde ayag altda galib cennete ucarsiz.

(umumi danishiram, ondoqquz, size sadece ilk paraqrafda muraciet eledim)

Kimdən: On doqquz Şəhər: Bakı
15.08.2009 10:56
Yadımdan çıxdı ayələrin sayı barədə olan məlumatları bir az genişləndirim:
Qeyd etdiniz İbni Abbası 6616 ayə, Nafi 6217 ayə, Misir slimləri 6226 ayə
Bunları qeyd etməmisiniz:
Zemahşeri 6666
Şeybə 6214 ayə
Bediüzzaman Said Nursi 6666 ayə
Bu gün əlimizdə olan Qurandakı ayə sayı 6236-dır. Bu ixtialf ayələrin saya bölünməsi ilədir, onun məzmunu ilə deyil.Məzmun barədə ixtilaf yoxdur.

Kimdən: On doqquz Şəhər: Bakı
15.08.2009 10:54
Yadımdan çıxdı ayələrin sayı barədə olan məlumatları bir az genişləndirim:
Qeyd etdiniz İbni Abbası 6616 ayə, Nafi 6217 ayə, Misir slimləri 6226 ayə
Bunları qeyd etməmisiniz:
Zemahşeri 6666
Şeybə 6214 ayə
Bediüzzaman Said Nursi 6666 ayə
Bu gün əlimizdə olan Qurandakı ayə sayı 6236-dır.

Kimdən: On doqquz Şəhər: Bakı
15.08.2009 10:47
Yaxşı daha geniş: Nefi (1572) Əsil adı Ömər idi. O Ərzurumun Həsənqala bölgəsindəndir. Şair olmuşdur, qəsidə yazırdı və yazılarına görə də dövründə bir çoxları onu sevmirdi.O yazıları ilə bir çox insanların dünydada soyumasına səbəb idi.O qətlə yetirilərək öldürülür. Əgər söhbət bu Nəfidən gedirsə mənim məlumatın yoxdu o nə vaxtdan islam alimi olub. Müxtəlif tərcümələri (!) sayanda 6222 çıxa bilər. Bir çoxları Əlif, Lam, Mim kimi mənasını bilmədiyimiz hissələri 1 bəziləri 3 ayə sayar. Söhbət Qurani-Kərimdə mənanın təhrifindən deyil necə qəbul edilməsindən gedir. Quran neçə nazil olmuşsa eləcə də dövrümüzə çatıb. Ziya Bünyatovun tərcüməsində 6236 ayə var. Orada misalda dediyim kimi 1.Əlif 2. Lam 3. Mim yox, 1. Əlif, Lam, Mim kimi yazılıb. Ən əsasın qurluş elədir ki 6616 olsa da 6222 və ya 6236 olsa da Allah sözünün qrafik yazılışı pozulmur. Bildiyiniz kimi İxlas surəsi Allahdan başqa heç bir varlığa aid edilə bilməyəsi təsvirdən ibarətdir. Oradakı hərfləri sayıb onların əlıifbada yerlərinə görə sıralayıb qabaqlarından onların surədəki sayını yazıb qrafikini qursanız yenə də “Allah” alacaqsınız. Sizə bu müəmmallı gəlmir? Amma inam üçün mənə Allahın dəlilindən savayı heç nə lazım deyil. Bildiyiniz kimi bütün dedikləriniz tarixdir və bunu kimsə yazıb. Qurandan başqa! Ermənilər 1000 ildən çoxdur tarixi saxtalaşdıraraq onların bu torpaqda daimi sakinləri olduğunu demək olar ki hamıya inandırıblar. İslam yaranandan onun düşmənləri bütün güclərini islama, onun incil və tövrat kimi saxtalaşdırılmasına sərf ediblər özü də 3 qat şiddətlə. Mən burada millət adı çəkərək ayrı seçkilik etmək istəmirəm. Mən səbəb axtarışında Hitlerin kitabın da oxumuşam, Sizcə bunca müqavimətlər boşuna edilib? Əlbətdə insanlara, bütün bəşəriyyətə qarşı edilənlər görə... Luisferə sitayiş edənlər istəməzlər ki dünyada saf və düzgün xəttlə gedən sivilzasiya mövcud olsun. İnsanları sapdırmaq üçün birinci mənbəələr yaradılır, sonra onlar istinad edilir. Müasir hüququmuzda cinayət dövlətə, sistemə və s. qarşı edilir.Bu qanunlar “seçilmiş insanlara” aid deyil və müəyyən maraqlar daxilində idarə olunur. İslamda isə insanlar inanırlar ki, onlar bir-birinin haqqını tapdalamaqla Allaha qarşı suç işlədirlər və cəza hər hansı maraq naminə deyil haqq naminə edilir. Ola bilər ki daha sərt görünsün. Allah kitabında hər cəzanın sonunda “Allah bağışlayan və mərhəmətlidir” diyə Sizcə təsadüfənmi vurğulayır? Burada Siz mövzunu islamı pisləmək üçün çevirdiniz mən də cavab verdim. Amma Allah razı olsun ki, bəlkə də özünüz də bilmədən savab iş gördünüz.

Kimdən: Sevinc
15.08.2009 02:22
Ne qeder sherh yazmisiniz. Ish icraya gelende hec bele olmur . Qadinlari mudafie eden ne qeder kishi var cemiyyetde ? Maraqlidir...ve qadinlari mudafie olunmaq ehtiyaci duymaga mecbur eden kishler ne qederdir? Mecburiyyet qarshisinda qalib,gucsuz ve iradesiz oldugu ucun exlaqsizliga bash qoyan qadinlari qinayanlar ne qederdir... Bilirsiz kishiler keflerinden exlaqsizliq edirler.Isteyerek ve bilerek . Qadinlar ise yaninda qoruyucusu , kishisi olmayanda.Men bildiyim qederi ile Quranda zina edenler umumi goturulur.Kishi ve ya Qadin, ferq yoxdur(butun sherhleri oxumamisham, belke yazmisiniz?) . Qadinlarin daha cox qinanmagi, qanunlarin(ister islamin , ister diger)kishiler terefinden icrasina qerar verilmesidir. Guya onlar daha cox regbet edirler bu qanunlara ve obyektiv qerar cixarirlar. Kishi usutunluyunun ustune cixirlar. Bu da bu ustunluyu yere batirir...bu ustunluyun boyukluyunu ve mesuliyeti dashiya bilmirler.

Kimdən: Karlsson Şəhər: Dam
15.08.2009 01:12
Herekeler vabidir. Ona gore de herekeleri Nehiv elmi altinda medreselerde ve din mekteblerinde oyredirler.

On doqquz, sizin cavablariniz ele "yoxdur", "bohtandir", "ele deyil"den ibaretdir. Men ayet ededinin fergli oldugunu deyirem ve gosterirem, siz bir regem deyirsiz ve deyirsiz ki ele budur. Nisa'da sehv cixir deyirem, deyirsiz "yoxdur". Bir sheye etiraz eleyende de neyese esaslanmag lazimdir da, "niye"sini de aciglamag lazimdir da. Men size delil getirirem, siz yene "yoxdur", "tehrif eleyirsiniz" deyib dogmalariniza goz yumursuz. Mentiq ve elm insani olan arasdirar, ve tenqidlere pozitiv yanashar. Men yene de oz arqumentlerimin uzerinde galiram, hele de hec bir muselmandan mentiqi cavab gelmeyib bunlarnan bagli.

Kimdən: On doqquz Şəhər: Bakı
14.08.2009 18:43
Karlson, Quranda ayə sayə 6236-dır, Ərəblər adətən hərəkəsiz yazmağa üstünlük verirlər və hərəkə olması zamanı məna dəyişmir. Mən Tövratı da oxumuşam İncili də, İncilin içində elə demək olar ki hamısı var (old testament, new testament) New testament Isa peygəmbərin həyatı haqqında tarixdir, old testament əvvəlki peygəmbərlərin kitablarıdır. Onların da 2000-dən çox versiyası var. Ən-nisanın surələrində ziddiyyət yoxdur. Ən əsası odur ki mən bunların hamısını baxıb araşdırıram, Siz isə saxtakarların islama qarşı hazırladığı kitabdan saxta arqumentlər gətirirsiniz doğru olan arqumentləri isə təhrif (mispresent) edirsiniz. Sizin təsəvvür etmədiyiniz qədər ziyana uğramısınız. İndiyə kimi xalq ona görə bu günə qalıb ki dinini bilmir, "Ağıllı çıxanlar" isə Sizin kimi mənbələrdən oxuyur. Ərəbi qızlarla əylənməklə və islamda 2 mln km uzaqlaşmaqla məşğuldur, İranlısı dini bilir lakin xalqı yönəltmək üçün siyasi silah kimi əlavələr edir, Türkü də masonların qoyduğu düzəndən kənara çıxmağa çalışır, (özü də son vaxtlar). Belə olan halda atalardan misal var "Dərə xəlvət tülkü bəy!" Əlbətdə kim nə istəsə yazdırıb qəbul etdirməyə çalışar. Mənim dediyim misal doğru idi və kim istəsə yoxlaya bilər.
    Növbəti 
Səhifə (15)