Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 06:16

Verilişlər / İşdən sonra

«Heç kim bu yataqları Türkmənistana verən deyil»

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
x
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Bir-neçə gün əvvəl Türkmənistan Azərbaycanla mübahisəli neft yataqlarının sahibliyinə aydınlıq gətirmək üçün Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmək qərarına gəlib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu hadisəyə skeptik yanaşır. «Azadlıq» Radiosunun «İşdən sonra» proqramında o bu barədə fikirlərini bildirib:

«- Azərbaycan və Türkmənistan arasında problemin çözülməsi əslində asan bir prosesdir, yoxsa məsələ o qədər dərinə gedib ki, nəsə etmək gündən-günə çətinləşir?

- 1994-cü ildə Azərbaycan Azəri-Çıraq-Günəşli yataqlarına aid Neft Konsorsiumu ilə birgə saziş imzalamağa çalışırdı. Həmin dövrdə Azərbaycana ən böyük təsir İran və Rusiyadan idi. Digər Xəzəryanı ölkələr gözləmə mövqeyində dayanmışdılar. Bu yataqlardan 1997-ci ildə neft çıxanda belə, Türkmənistanın neqativ münasibətini görməmişdik».

Ekspert hesab edir ki, Azərbaycanla Türkmənistan münasibətlərində soyuqlaşma 20-ci əsrin sonunda gündəmə gəlib. Belə ki, Türkmənistanın o vaxtkı prezidenti Saparmurad Niyazov ilk dəfə olaraq Azərbaycana məxsus yataqların bölünməsi məsələsini önə çəkib.

«2001-ci ildə isə ölkələr arasında artıq diplomatik gərginlik yaşanırdı. Türkmənistan maliyyə problemləri adı altında hətta öz səfirini geri çağırdı. Yalnız keçən il diplomatik missiya bərpa edildi».

İlham Şaban daha sonra bildirib: «Düşünmürəm ki, sözügedən yataqların mənsubiyyətini Beynəlxalq Arbitraj Məhkəməsi səviyyəsinə qaldırmaq lazım idi. Azərbaycanın neft sahəsinə artıq 21 milyard dollar sərmayə qoyulub. Və heç kim bu yataqları Türkmənistanın nəzarətinə verən deyil. Tarixdə belə şey olmayıb.

İstənilən halda, Türkmənistanın bu hərəkəti neft-qaz üzrə ekspertlərdə şok effektini yaratdı. Təkcə «məhkəmə» sözü Azərbaycanda özü şok yaradır».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Namiq
30.07.2009 10:13
İlham bey ne yaxsi kiç eqli-selim aciqlamalar verirsiniz.Yoxsaç bir bu gun yazir ki, bes ne var-ne var Azerbaycan ikinci erazi munaqisesine getmemek ucun Turkmenistana guzestb edecek.Bele cixir ki. sabah basqa bir olke erazi iddiasinda bulunsaç ona guzest edeceyik.

Kimdən: alex
28.07.2009 12:51
Neden gorxursuz, mehkemeleri nece ele almag lazimdir azerbaycan hakimiyeti cox yaxsi bilir. yegin oz bildiyi daxili metoddan da beynelxalg seviyede istifade edecek, gorxmayin avropada da pulu cox sevirler. maragli burasindadir, bu verilen rusvetleri kim odeyecek, bizim gara caamat yoxsa, Abramovichin fondundanmi?.