Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:59

Yerevanda iyulun 21-dəki panika nə idi?


İyulun 21-də səhər tezdən Yerevanda şayiələr sürətlə yayılmağa başladı
İyulun 21-də səhər tezdən Yerevanda şayiələr sürətlə yayılmağa başladı
Serj Sarkisyan istefaya gedir... Qarabağı verirlər... Kəlbəcərdə müharibə başlayır... İyulun 21-də səhər tezdən bu şayiələr Yerevanda sürətlə yayılmağa başladı.

Adamlar bir-birindən soruşurdular ki, doğrudanmı daşnaklar qiyam qaldırıblar? Doğrudanmı şəhərə qoşun yeridilir? Teleqülləni kim tutub?

Tert.am saytı yazır ki, panikaya səbəb bir məlumat olub ki, Kəlbəcərdəki bütün erməni əsgərlərini mövqelərə çıxardırlar. Müdafiə Nazirliyi desə də ki, orda heç nə baş vermir, panikanın qabağını almaq olmayıb.

Ancaq sonradan məlum oldu ki, panikanın çox sadə səbəbi olub. Səhərdən Yerevanın heç bir televiziyası işləmirmiş. Adi profilaktika olub, ancaq bu barədə əvvəlcədən məlumat verilməyib. Səhər televizorlarını açanlar bir saat, iki saat heç bir veriliş görməyəndə narahat olublar ki, görəsən nə baş verib.

Ancaq paytaxtdakı bu panikianı ciddi qəbul eləyənlər də var. Yerli müşahidəçilərin, xüsusilə müxalifət qəzetlərinin fikrincə, bu panika Ermənistanda daxili sabitliyin nə qədər kövrək olduğunu göstərir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG