Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Vəfa Quluzadənin yuxusu..

Vəfa Quluzadə

Vəfa Quluzadə

20.07.2009
«Dəyirmi stol. İlham Əliyev, Serj Sarkisyan, Dmitri Medvedev stolun ətrafında əyləşiblər.
Medvedev deyir: «Əziz dostlar, siz ikiniz də Rusiyanın dostusunuz, deməli, bir-birinizə düşmən ola bilməzsiniz. Qarabağ münaqişəsini Rusiya həll edəcək, siz bircə səbir edin. Səbirli olun, qoyun İran nüvə silahını icad etsin, ondan sonra hamımız Amerikanın əleyhinə çıxış edə bilərik».

Keçmiş dövlət müşaviri Vəfa Quluzadə deyir ki, bu səhnəni prezidentlərin Moskva görüşündən iki gün sonra yuxuda görüb.

Deyir ki, fikrindəki yuxusuna girib - əmindir ki, Rusiya Qarabağla bağlı ancaq öz maraqlarını fikirləşir, hələlik bu ona sərf eləmir, münaqişənin həlli ancaq Rusiya çökəndən sonra mümkün olacaq.

MEDVEDEV MƏMMƏDYAROVA NİYƏ ÜMİD VERDİ?


Azərbaycandakı Moskvadakı görüşdən sonra Azərbaycan tərəfdən hələ ki, rəsmi bəyanat budur ki, Rusiya Qarabağın həllində aktivləşib, bu da ümid verir. Xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib ki, o, bu qənaətə Rusiyanın prezidenti Medvedevlə İlham Əliyev ikilikdə görüşəndən sonra gəlib.

Vəfa Quluzadə deyir ki, Moskva aktivləşsə belə, bundan Azərbaycana bir xeyir gəlməyəcək, çünki Rusiyanın məqsədi Azərbaycanı da Ermənistan kimi oyuncağa çevirməkdir.

«AZƏRBAYCAN MƏMURLARI NİYƏ BELƏ SADƏLÖVHDÜR»

Politoloq deyir ki, indi Qarabağla bağlı heç bir danışıq yoxdur. Soruşuruq ki, bəs onda Vəfa müəllim, Məmmədyarova ümid verən nədir?

«Mən inanmıram ki, kimsə Məmmədyarova ümid verib, onun özünün danışığından ümidsizlik gəlir, konkret heç nə demir axı!... 15 dəfədən artıq görüş olub bütün Rusiya prezidentləri ilə. Amma hələ ki, ortada bir şey yoxdur. Bu Azərbaycan məmurları nə qədər sadəlövhdürlər».

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, Moskvanın aktivləşməsi onunla bağlıdır ki, Rusiya Azərbaycanı Qərbdən uzaqlaşdırmaq istəyir, yəni, Rusiya bilir ki, Azərbaycan «Madrid prinsipləri» ilə razı deyil, amma Qərb bu prinsipləri dəstəkləyir, indi istəyir ki, Azərbaycanı inandırsın ki, Qərblə yox, Rusiya ilə qalmaq, razılaşmanı imzalamamaq lazımdır: «Bu hal
Prezidentlər Moskvada, 17 iyul 2009
Rusiyaya sərf eləyir ki, münaqişə nə hərb, nə sülh vəziyyətində qalsın».

ZƏRDÜŞT ƏLİZADƏ: «RUSİYA AZƏRBAYCANIN XEYRİNƏ ERMƏNİSTANA GÜZƏŞTLƏRİ AZALDA DA BİLƏR»


Başqa bir politoloq Zərdüşt Əlizadə deyir ki, Rusiya Bakı ilə yaxınlaşmaqda maraqlıdır, çünki Azərbaycanda enerji maraqları var, Azərbaycan Orta Asiya neft-qaz ehtiyatları üçün Rusiyayla tranzit əməkdaşlığı edə bilər. Zərdüşt Əlizadə inanır ki, bu maraq naminə Rusiya hətta Ermənistana güzəştlərini Azərbaycanın xeyrinə azalda bilər.

Amma politoloq Zəfər Quliyev deyir ki, o, Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyində aktivləşmə görmür, indiyə kimi Azərbaycan və Ermənistan prezidentlərinin Sürixdəki görüşünü Fransa, Praqa görüşünü Amerika təşkil eləmişdi, indi də növbə Rusiyanındır:

«Moskvadakı görüşlərə o biri həmsədr ölkələr də narazılıq bildirmirlər, bu, razılaşdırılmış bir prosedurdur».

ZƏFƏR QULİYEV: «RUSİYA AKTİVLƏŞSƏ DƏ BU TƏHLÜKƏLİ DEYİL»

Zəfər Quliyev deyir ki, axır bir neçə görüşün Rusiya ərazisində keçirilməsində səbəb budur ki, Kremlin Cənubi Qafqaza təsir imkanı daha çoxdur. Ekspert deyir ki, Rusiyanın aktivləşməsi təhlükə törətmir, çünki bütün hallarda son sözü Azərbaycan prezidenti və xalqı deyəcək.

Əliyevlə Sarkisyan axırıncı dəfə keçən həftə Moskvada görüşüblər. Bundan qabaqkı görüş bir ay əvvəl, iyunun 4-də Sankt-Peterburqda olmuşdu. Keçən ilin noyabrında Moskvada «Mayn Dorf» sarayında Azərbaycan, Ermənistan və Rusiya prezidentləri münaqişənin nizamlanması ilə bağlı «Moskva bəyannaməsi» qəbul eləmişdilər.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Humay Şəhər: Hollandiya
23.07.2009 03:31
Vəfa müəllim sözün əsl mənasında sizə böyük hörmətim var. Amma, çalağanın sözlərini düz başa düşməmisiniz (7 oğul istərəm filmi). Münaqişənin həlli Rusiya çökəndən sonra yox, diriləndən sonra mümkün olacaq.

Kimdən: Qafqazli
22.07.2009 12:02
Yurdsever qardasim seninkimi dusunen, agi qaradan secmeyi bacaran vetandaslarimiz cox olsaydi Qarabg nedir btun azerbaycan torpaqlarini qaytarmaq olardi. Heyif ki, cox aziq.

Kimdən: Yurdsever
22.07.2009 09:02
Zefer Quliyevin dediklerine geldikde ise bu chetin meseledir.Chunki Rus ayisi ozunu nece aparacaq, hech kes deye bilmez.

Kimdən: Yurdsever
22.07.2009 08:58
Mene ele gelir ki, Azerbaycan siyasetchileri arasinda en real dushunen ve ireliye baxmagi bacaran V.Guluzadedir. Onun ve Tofiq Zulfugarovun, Eldar Namazovun istefasi olmasaydi 1999 ilde, choxdan Qarabaghi ermenilere baghishlamishdilar. Her halda Tom de Vaal oz kitabinda aydinca bu barede yazir.

Kimdən: kamil Şəhər: isvech
22.07.2009 02:50
VEFA GULUZADE KIMI PATRIOT DIPLOMATLARA AZERBAYCANIN EHTIYACI VAR! UZAGGÖREN VE REALISTDIR!

Kimdən: e Şəhər: Rusiya
21.07.2009 19:34
Rusiya Cənubi Osetiyanı və Abxaziyanı tam ələ keçirəndən sonra heç bir iqtisadi resursa malik olmayan hər iki bölgəni və böyük Fedarasiyanı saxlamaq və təmin etmək lazımdır.Bu gün Rusiya iqtisadi böhran keçirir.Neft ucuzlaşıb,Qərb Rusiyadan qaz asılılığından can qurtarmağa çalışır.Qalan iqtisadi sahələr böhran keçirir. Öz təhlükəsizliyini təmin etmək üçün Cənubi Qafqazı saxlamaq lazımdır.Ermənistanı itirməmək üçün təmin etmək və vetilən vədləri qismən də olsa yerinə yetirmək tələb olunur. Şimalı Qafqaz qaynayır və s.Rusayanın aktivləşməsi vəziyyətdən çıxmaq üçün hər şeyə əl atmasıdır.Azərbaycan belə bir şəraitdə sərf eləməyən sülh danışıqlarını uzadılmasına və ölkəninin iqtisadi inkişafına çalışmalıdır.Kadr siyasətində hökmən dəyişiliklk olmalı, rüşvətə və özbaşnalığa qarşı mübarizə güclənməlidir.

Kimdən: Arif Şəhər: Türkiye
21.07.2009 19:31
Vefa müellim çox savadlı insan ve gözel diplomatdır,amma tessüfler olsun ki,bizim savadlı adamlar işsiz qalır.Bu tebliğat iqtidar terefinden bilerekden heyata keçirilir.Onun potensialından istifade olunmur.

Kimdən: bezməmish Şəhər: Bakı
21.07.2009 18:40
Falçılar və ekstrasenslərdən bir şey çıxmadı, indi də deyirsiniz yuxuyozmaya keçək. Keçək də, nə deyirəm, yeməkdən ümid yaxşıdır.
Yusif Peyğəmbər uşaqkən bir yuxuda görür ki, on bir ulduz, günəş və ay ona səcdə edirlər. Yuxusu da, maşallah, 30-40 ildən sonra çin çıxdı. Hələ Yusif peyğəmbərin yuxusunun çin olması bu qədər çəkirsə, gor, Vəfa müəllimin yuxusu əgər çin olarsa, neçə il çəkər. Elə isə gözləyək də, ona kimi ...

Kimdən: Qafqazli
21.07.2009 16:00
Vefa muellim size cox boyuk hormetim var. Sizin kimi insanlara cox boyuk ehtiyacimiz var. Siyasetde bir dene inandigim adam varsa tam eminlikle deyerdimki Sizsiz. Rusiya hec zaman istemiyecek ki, hetta biz onun dediyi ile oturub dursaqda bele, Qarabag munaqisesi hell olunsun,Azerbaycan adli dovletin olmagi bitinci novbede Rusiyaya serf elemir. Ermeni ise her zaman rusun elinde oyuncaq olub. O oyuncaqla istediyini edir, istediyi (qonsu) dovletlere tesir mexanizmi kimi istifade edir. Rus imperiyasi cokmese Qarabag munaqisesi Sulh yolu ile cozulmeyecek. 100 % emin ola bilersiz. Indiki veziyyetde bir yolu var oda Muharibe.

Kimdən: ELCI BEY -eskeri Şəhər: BAKI
21.07.2009 14:09
Zerdüşt Elizade axı sen yaxşı bilirsen Rusiya qondarma Ermenistan dövletini yaradıb,Azerbaycanı elinde saxlasın.Azerbaycan öz enerji qaynaqlarını Rusiyaya bexşiş bele etse,yene ermenistanı müdafiye edeceg
    Növbəti 
Səhifə (2)