Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 05:48

Siyasət

«Rusiya Qarabağla bağlı aktivləşib»

Elmar Məmmədyarov münaqişənin dinc yolla çözüləcəyinə optimist yanaşır
Şriftin ölçüsünü dəyiş - +
«Rusiyanın prezidenti Dmtri Medvedevlə İlham Əliyevin təkbətək görüşündən sonra Qarabağ münaqişəsinin tənzimlənməsiylə bağlı bəzi ümidlər açıldı». Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirir ki, Qarabağla bağlı beş illik təcrübəsi onu deməyə imkan verir ki, danışıqlarda aktivləşmə var: «Biz hiss edirik ki, Medvedev öz təşəbbüsü ilə artıq detalları da müzakirə edir. Hiss olunur ki, hansısa irəliləyişə nail olmaq istəyirlər».

Məmmədyarov deyir ki, sentyabrın əvvəllərində həmsədrlərin regiona tək-tək, axırında isə birgə səfəri gözlənilir: «O vaxta qədər onlar hansısa prinpiplərin üzərində işləyəcəklər».

AVROPA BİRLİYİ İŞĞALDAKI TORPAQLARIN BƏRPASINA VƏSAİT AYIRA BİLƏR

Məmmədyarov deyir ki, İtaliyada həmsədr ölkələrin toplantısı da göstərdi ki, bu ölkələr Dağlıq Qarabağla bağlı status-kvonun qalmasında yox, hansısa irəliləyişin olmasında maraqlıdırlar, bu da müsbət haldır.

Xarici işlər naziri bildirir ki, indi tərəflər elan olunmuş prinsiplərin üzərində işləyirlər. Amma bəlli olan məqamlar da var:

«Bəllidir ki, əvvəlcə ermənilər qoşunlarını Azərbaycanın işğal olunmuş rayonlarından çıxarmalıdırlar. Bu, birmənalıdır. Bununla bağlı cədvəl müəyyən ediləcək. Daha sonra məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdırlar. Amma bunun üçün əvvəlcə gərək yolları, kommunikasiyaları bərpa edək. Yolların bərpası təkcə Azərbaycanda yox, bütün regionda həyata keçirilməlidir. Belə bir fikir var ki, bu tədbirin həyata keçirilməsi üçün Avropa İttifaqı ilə donor konfransı keçirək».

Məmmədyarov deyir ki, burada mühüm olan bir məsələ də icmalar arasında kontaktların genişləndirilməsidir. Status məsələsi ilə bütün bunlardan sonra müzakirə ediləcək: «Moskva görüşündən əvvəl də demişik ki, biz gərək Dağlıq Qarabağın statusunu müəyyənləşdirək. Əlbəttə ki, Azərbaycanın ərazisi çərçivəsində yüksək formada muxtariyyətlə. Dağlıq Qarabağın hüquqi statussuz qalması düzgün deyil. Biz gərək azərbaycanlılar qayıdandan sonra status məsələsini müzakirə edək».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Yurdsever
21.07.2009 12:45
Ruslarin yaxshi bir sozu var: "Лапшу вешать" Инди мен де сорушурам ки, ай Ярмаммадов muellim, кому вы лапшу вешаете? Meger gun kimi aydin deyilmi ki, munaqisheni yaradan da, onu saxlayan da Rusiyadir? NEye lazimdir bu soz xatirine verilen beyenatlar? Xeyr, bu diplomatik dil de deyil, bu sadece Rusiyanin chaldigini oynamaqdir!

Kimdən: ILHAM Haradan: ABS
21.07.2009 01:07
Dunya termin davasi edir,bizim diplomatlar farkinda deyil."Azerbaycanin erazisi cercivesinde yuksek formada muxtariyet"ne demekdi?Ermeninin istediyi de ele budu.Azerbaycanin erazisinde DG dovleti gurmag.Ifade Lissabon sammitinde olduqu kimi deyilmelidi:Azerbaycanin terkibinde yuksek muxtariyet.O zaman DG-nin Azerbaycandan asililiqi olur.Memmedyarovun dediyi kimi olsa hec bir asililiqi olmur.

Kimdən: Qumru Haradan: Bakı
20.07.2009 20:08
Əlbəttə, məsələ danişıq yolu ilə həll olunarsa axırı gedib muxtariyyətə çıxar. Ancaq müharibə ilə qalib gəlsəydik söz bizim olardı. Yüksək formada muxtariyyət, yəqin ki, muxtar vilayətdən muxtar respublikaya keçiddir. Bu da erməni üçün irəliləyişdir. Erməni hər 70 ildə bir addım irəliləsə nəticə məlumdur... Yaxşı ki, Bakı-Ceyhanı vaxtında çəkdirdik. Yoxsa, muxtariyyətdən sonra bizimkilər onu Ermənistandan çəkərdilər. Bizimkilərə bir bəhanə olsun, ermənini sevməyə...

Kimdən: Eldar Haradan: Rusiya
20.07.2009 17:34
Gürcüstan Prezidenti ABŞ-ın və Avropanın onu aldatdığını etiraf etməklə bir çox qaranlıq qalan məsələlərə dahada aydınlıq gətirdi. Moskva danışıqlarına böyük ümid bəsləyən ABŞ və Qərbin danışqların nə dərəcədə ədalətli olmasından asılı olmayaraq məsüliyyəti Prezidentlərin üzərinə atmaqla məsələdən yaxa qurtarmağa çalışmaları özünü bir daha büruzə verdi. Yaxın gələcəkdə Qafqazda və Orta Asiyada gedən nüfüz mübarizəsi gizli müstəviyə keçməklə daha da kəskinləşəcək.Bu mübarizə çox güman ki, özünü iqtisadiyyatda daha çox büruzə versin.Azərbaycan öz milli sərvətlərini siyasi oyunlarda öz xeyrinə xərcləməkdə müdriklik nümayiş etdirməlidir.Hesab edirəm ki,Prezidentin ərazi bütövlüyünü təmin etmək məqsədilə atdığı addımları xalq və bütün siyasi qüvvələr tam dəstəkləyəcək.

Kimdən: Mübariz Haradan: Bonn
20.07.2009 15:56
Män bu sözdäri chox eshitmishäm Qarabagi alacayiq deylä. Azärbaycanin bütün särvätlärini dünya dövlätlärinä payladilar yenädä Qarabagi ala bilmädilär. Yox orda belä dedilär burda belä oldu vä s. Italyada toplantidan sonrada nä dedilärsä män shäxsän bu dövlätlärin hech birisinin sözdärinin bir qram ciddiyati olmadigina inaniram. Azärbaycan Dagiliq Qarabag mäsäläsidä daxil mütläqä Türkiyä'ynän bärabär häräkät etmälidir. Yoxsa Qarabag mäsäläsini ABSH Rusyaya Ingiltäräyä gedäräk yaliniz häräkät edäräk ala bilmäyäcäcäksiniz.Torpaqlarmizin geri qayitmasi mäsäläsindä ABSH INGILTÄRÄ RUSYA vä s achiy aydin tärafdari olmazdarsa bütün shirkätlärini där hal bagliyib qapinin önünä qoymaq lazimdir.