Ermənistanda matəm elan olunub

Ermənistanda iyulun 15-i İranda baş vermiş təyyarə qəzasında ölənlərə görə matəm elan edilib
16.07.2009
Ermənistanda iyulun 15-i İranda baş vermiş təyyarə qəzasında ölənlərə görə matəm elan edilib.
«Caspian» aviaşirkətinə məxsus TU-154 təyyarəsi Qəzvin şəhərində yerə düşüb və göyərtəsində olan 168 nəfər həlak olub. Təyyarə Tehrandan Yerevana uçurmuş.
Sərnişinlər arasında iki Gürcüstan vətəndaşı, 4 Ermənistan vətəndaşı və 31-i erməni əsilli olan İran vətəndaşları olub.
Ermənistan hökuməti qəzada ölənlərin ailələrinə yardım üçün xüsusi komissiya yaradıb.
Qəzada həlak olanların yaxınları Yerevan aeroportunda İnsanlar yaxınlarını axtarır Təyyarə qəzasını baş verdiyi ərazi