Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

Dünyada ən böyük günəş enerjisi təşəbbüsü

Günəş batareyaları quraşdırılacaq ki, burda əldə ediləcək enerji də Avropaya ötürüləcək

Günəş batareyaları quraşdırılacaq ki, burda əldə ediləcək enerji də Avropaya ötürüləcək

14.07.2009
Almaniyanın bir neçə aparıcı şirkəti dünyada ən böyük günəş enerjisi təşəbbüsünü irəli sürüb. «Desertec» adlanan təşəbbüs Şimali Afrika səhrasındakı günəş enerjisindən Avropa üçün istifadəni nəzərdə tutur. Milyardlarla dollar tələb edən layihə onu qeyri-praktik adlandıran tənqidçilər və bu təşəbbüsün Avropanın elektrik enerjisi tələbatının 15 faizini ödəyəcəyini deyənlər arasında mübahisə yaradıb.

BÖYÜK SƏHRADA MİNLƏRLƏ GÜZGÜLƏR YERLƏŞDİRİLƏCƏK

İlk olaraq bu təşəbbüs qeyri-real görsənir. Layihəyə görə, Afrikada Böyük Səhrada minlərlə güzgülər yerləşdiriləcək və bu güzgülər günəş şüalarını yığacaq. Bundan başqa, günəş batareyaları quraşdırılacaq ki, burda əldə ediləcək enerji də Avropaya ötürüləcək.
Təşəbbüsçülər deyirlər ki, burada təəccüblü heç nə yoxdur. Onlar bildirirlər ki, layihə təsdiq olunmuş günəş texnologiyasına əsaslanır. Yüksək gərginliyi olan birbaşa ötürücü kabellər isə hər min kilometrdə yalnız 3 faiz elektrik enerjisi itirirlər.

Eyni prinsiplərdən istifadə edən elektrik enerjisi stansiyası 1980-cı ildən ABŞ-ın Mojave səhrasında fəaliyyət göstərir.

Bu təşəbbüs Avropanın enerji ehtiyatlarını müxtəlifləşdirmək, onun mədən yanacağından asılılığını azaltmaq və buxar qazının azaldılması üçün ciddi bir təklifdir.

«BU LAYİHƏ HƏYATA KEÇMƏYƏCƏK, ƏSASƏN DƏ MƏBLƏĞİNƏ GÖRƏ»

Təşəbbüsü irəli sürən Almaniyanın RWE, «Simens» və «E.On» şirkətləri Münhendə bir araya gəliblər. İlk görüşü dünyanın ən böyük təkrar sığorta şirkətlərindən olan «Munich Re» təşkil edib. «Munich Re» daha çox qlobal istiləşmənin azaldılmasında maraqlıdır. Çünki son illər yanğın və daşqın iddialarına görə, sığorta şirkətlərinə milyardlarla dollar ödətməli olublar.

«Desertec» layihəsi Avropa Birliyinin icraçı Komissiyası tərəfindən də dəstəklənir. «Munich Re»nin sözçüsü Aleksandr Mohanti bu layihəni gələcək üçün böyük bir arzu adlandırıb. Onun dediyinə görə, layihənin həyata keçəcəyinə inananlar xəyalpərvərlər deyil, onlar konkret nəticə gözləyirlər.

Tənqidçilər isə hesab edirlər ki, bu layihə həyata keçməyəcək, əsasən də məbləğinə görə.

Layihəyə 560 milyard dolların lazım olduğu bildirilir. Layihəni gerçək hesab etməyənlər deyirlər ki, bu məbləğ onu rəqabətli etməyəcək.

Tənqidçilərin sual etdikləri başqa bir məsələ də layihənin həyata keçirilməsi üçün müəyyənləşdirilən Məğrib regionunun siyasi sabitliyidir. «Desertec» layihəsi regiondakı ölkələr üçün şirnikləndirici hədəf ola bilər.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: shevki
15.07.2009 13:00
gozel layihedi ekoloji cehetden temiz,heyata kechirilmesi chox xerc teleb etse de,sonraki xercler yeqin ki az olacaq .

Kimdən: Ramil Şəhər: Baki
15.07.2009 03:01
Yaxşı ideyadır.Səhralaşmış əraziləri yaşıllaşdıra bilmirlərsə, heç olmasa dünya enerji yükünün zererlerinin qarşısını alsınlar.

Kimdən: Ramin Şəhər: Bakı
14.07.2009 16:18
Mən bu layihəni tam dəstəkləyirəm. Əsl AĞILLI addım budur. Avropa bununla daRusiyadan enerji asillığını aradan qaldırmaq cəhdini göstərir. Bir əmma var. Rusiya həmin Afrika ölkələrində aranı qatacaq ki, qarma-qarışıqlıq olan yerdə layihə gerçəkləşməsin.
İstənilən halda, bu əla fikirdir. Almaniyanın hər yanında külək enerjisindən istifadə edənləri görmüşəm. İndi isə, çalışırlar evlərin, binaların damlarını məhz günəş batareyaları ilə örtsünlər. Azərbaycana daha bir nümunə!!!

Kimdən: alex
14.07.2009 16:05
sag eliniz bizimkilerin basina, bu geder gunes ve kulek bizde ola ola, yenede enerji problemimizi hell ede bilmirik. cunki, rusvetxorlar anlamirlar ki, kulek enerjisi ne demekdir, ve yaxud gunes. bunlar yalniz oz canlarin gunes altinda gizdirmagi oyrenibler.