Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

AZAL-ın helikopteri Xəzərə düşdü

İyulun 12-də AZAL-ın neftçiləri daşıyan «Mi-8» helikopteri qəzaya uğrayıb

İyulun 12-də AZAL-ın neftçiləri daşıyan «Mi-8» helikopteri qəzaya uğrayıb

12.07.2009
«Qəza ilə bağlı axtarış xilasetmə işlərinə AZAL-ın 3 helikopteri və iki Mİ-8 helikopteri cəlb edilib. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi və Müdafiə Nazirliyinin iki helikopteri axtarş və xilasetmə işlərində iştirak edirlər. Qəza ilə bağlı təhqiqat məqsədi ilə Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının rəhbərliyi ilə komissiya yaradılıb»

Azərbaycan Hava Yolları Dövlət Konserninin (AZALl) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhərrəm Səfərli Azadlıq radiosuna belə deyib. Onun sözlərinə görə Azərbaycan Mülki Aviasiya struktur bölmələrinin mütəxəssisləri komissiyanın işinə cəlb edilib.

Məhərrəm Səfərli bildirib ki, qəza ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi başlamış və istintaq qrupu yaradılmışdır. Hazırda istintaq aparılır.

«Qəza xilasetmə axtarışı zamanı Mİ-8 helikopterin Alik Əliyev, ikinci pilot Vitali Nekrasov və gəmi bort mexanik Adil Əzimov və neftçi Aydın Talıbov xilas edilib. Onların vəziyyəti qənaətbəxşdir. Neftçilərdən Viktor Maslavenko və Rafiq Nemətovun axtarışları davam edir. Onlar Azərbaycan vətəndaşlarıdır»


***

İyulun 12-də AZAL-ın neftçiləri daşıyan «Mi-8» helikopteri qəzaya uğrayıb. Qəza saat 16:30 radələrində Xəzərin Azərbaycan sektorunda, Günəşli yatağı yaxınlığında baş verib.

Bu barədə «Azadlıq» radiosuna Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev məlumat verib.

Qəzaya uğrayan helikopter «28 may» yatağındakı 4-cü özüldən havaya qalxıb və onun göyərtəsində 6 nəfər olub.

Onlardan 4 nəfər xilas edilib, digər iki nəfərin axtarışı aparılır.

Xilasetmə əməliyyatına Xəzər Dəniz Neft Donanmasının yaxınlıqda olan gəmiləri və dalğıc heyəti cəlb edilib.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: ddd
13.07.2009 11:29
evvela, HELIKOPTER DEYIL, VERTOLYOT

Kimdən: ''Q''q* Şəhər: dünya
13.07.2009 09:41
******************************************
******************************************
Bu, xəbəri eşidəndə,çox kövrəldim."ALLAH" ölənlərə rəhmət,qalanlara isə, cansağlığı versin.****************************
******************************************

Kimdən: pronobis Şəhər: napoli
13.07.2009 09:00
Azerbaycan dilinde "helikopter" sozu yoxdur

Kimdən: Bozkurt
12.07.2009 23:48
Men ozum gozel bilirem her seyi neft daslarinda isleyen fehleleri 50ciillerin kohne vertolyotlari ile dasiyirlar

Kimdən: elman
12.07.2009 22:06
Hələ AZAL BP-ni məcbur edir ki, daşımada onların vertolyatlarından istifadə etsinlər.