Keçid linkləri

2024, 30 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 04:08

Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı rəsmi məlumat verilib


Adnan Hacızadə və Emin Abdullayev barəsində iki ay müddətinə həbs qəti imkan tədbiri seçilib
Adnan Hacızadə və Emin Abdullayev barəsində iki ay müddətinə həbs qəti imkan tədbiri seçilib
«Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin bu məlumatı həqiqəti əks etdirmir və hüquqlarını müdafiə etdiyimiz şəxslərin təqsirsizlik ehtimalını pozur».

İyulun 9-da həbs olunan gənc fəallar – Emin Milli və Adnan Hacızadənin vəkili İsaxan Aşurov «Azadlıq» Radiosuna belə deyib.

«Şübhəsiz ki, biz buna rəsmi münasibət bildirəcəyik».

Vəkil gənclər barəsində 2 ay həbs qətimkan tədbiri ilə əlaqədar iyulun 13-də apelyasiya şikayəti təqdim edəcəklərini bildirib.

***

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsi gənc fəallar - Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən məlumatda deyilir ki, 2009-cu il iyunun 9-da, saat 18.00 radələrində içkili vəziyyətdə olan Adnan Hacızadə, habelə Emin Abdullayev və daha beş nəfər «Lebonese» restoran-barında ucadan etik normadan kənar nalayiq ifadələr işlətdiklərinə görə onlara irad tutan vətəndaşlar Vüsal Məmmədov və Babək Hüseynova qarşı heç bir əsaslı səbəb olmadan fiziki zor tətbiq etməklə qərəzli xuliqanlıq hərəkətlərinə yol veriblər.

Hadisə yerinə polis əməkdaşları gələnədək Adnan Hacızadə ilə bir yerdə olmuş şəxslərdən dördü qaçmış, üç nəfər saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə gətirilib.

Müvafiq tibbi müayinələrlə Adnan Hacızadənin orta, Orxan Qafarovun yüngül dərəcəli sərxoşluq vəziyyətində olmaları, Emin Abdullayev, Vüsal Məmmədov və Babək Hüseynovun spirtli içki qəbul etmədikləri müəyyən olunmuşdur. Hadisə zamanı xəsarət almış Babək Hüseynova ilkin tibbi yardım göstərilmiş, Vüsal Məmmədov isə kəllə-beyin xəsarəti aldığından stasionar müalicədədir.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə cinayət işi başlanıb və ilkin andan vəkil Vaqif Məmmədov onların hüquqlarının müdafiəçisi qismində iştirak edib. Sonradan rəsmi orderlə müraciət edilmiş vəkillər İsaxan Aşurov və Elton Quliyev də adları çəkilən şəxslərin hüquqlarının müdafiəsinə qoşulub.

İstintaq zamanı Vüsal Məmmədov və Babək Hüseynov zərərçəkmiş şəxs qismində tanınıb dindirilmişlər. Hadisə yerində Adnan Hacızadə Emin Abdullayev ilə eyni masada əyləşmiş Orxan Qafarovun şahid qismində ifadəsi alınmış, Pərviz, Ülvi, Nurəddin və Bəhram adlı şəxslərin müəyyən olunması üçün tədbirlər görülür.

Səbail Rayon Məhkəməsi tərəfindən 10 iyul 2009-cu il tarixdə Adnan Hacızadə və Emin Abdullayev barəsində iki ay müddətinə həbs qəti imkan tədbiri seçilmişdir.

İş üzrə istintaqın tam, hərtərəfli və obyektiv aparılması, habelə bir sıra qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə və Baş prokurorluğuna müraciət etmələri baxımından cinayət işinin istintaqı nəzarətdə saxlanılır.

Gənclərin həbsi ilə bağlı şərhiniz varsa Forumda iştirak edə bilərsiniz

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG