Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

Sadiq Gözəlov: «Mən də olsaydım elə edərdim»

09.07.2009
Daxili İşlər Nazirliyi
««Livan» restoranında baş verənlər məişət zəminində xuliqanlıq hadisəsidir. Fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi (221.2) ilə cinayət işi başlanılıb. Məsələni siyasiləşdirmək düz deyil». Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov «Azadlıq» radiosuna deyib.

Onun sözlərinə görə, restoranın barında 5-6 nəfər hay-küy salıb qaydanı pozublar. Kənarda əyləşən digər iki nəfər Babək Hüseynov və Vüsal Məmmədov isə gəncləri qaydalara riayət etməyə çağırıblar:

«Yəni başqa birisi olsaydı, məndə olsaydım, bir sözlə vicdanı olan hər kəs belə edərdi. Belə zəmində münaqişə baş verib. Bunlar onlara xəsarət yetiriblər, döyüblər. Məişət zəminində baş verən xuliqanlıq hadisəsidir. Xəsarət alanlar kimlərinsə oğludur deyib bunu siyasiləşdirmək absurddur».

Sadiq Gözəlov iddia edir ki, döyülən Adnan Hacızadə və Emin Milli deyil, Babək Hüseynov və Vüsal Məmmədov olublar.  O, Hüseynov və Məmmədovun Qarabağ qaçqını olduğunu da vurğuladı. Gözəlov onlardan birinin xəsarət aldığını desə də, zərərçəkənin Hüseynov, yoxsa Məmmədov olduğunu xatırlaya bilmədi.

Sadiq Gözəlov iddia edir ki, hadisəni siyasiləşdirənlər bunu məqsədli şəkildə edirlər.

İyulun 8-də paytaxtın «Livan» restoranında gənclər hərəkatı fəalları Emin Milli və Adnan Hacızadə idmançı görkəmli şəxslərin hücumuna məruz qalıblar.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Turan
18.07.2009 14:18
Sonu melum olan bir olke...

Kimdən: .V. Şəhər: xaldan
10.07.2009 19:08
Bir deste deli aparirdilar,soruwdular ki,agilliniz kimdir?Dediler:
Qabaqdaki qolu zencirli.



Kimdən: Chirkinov Şəhər: daxili chirkabchilar nazirliyi
10.07.2009 13:45
Gozelova bir sual: Sen ushaqlarini da bele "terbiye" edirsen?

Bir de Resh Ali yerinde deyir...Kenardan baxan ushaq da anlayar ki, o boyda boynuyogunlari ne Emin ne de Adnan doye biler...

Kimdən: Taroali Şəhər: Vyana
10.07.2009 12:21
Sadiq Gözəlov gözünün içinə kimi yalan deyir.Qarabağ qaçqınında pul hardandır ki, hələ bir bara da getsin,dübarə orda dava da salsın.Yalançı polkovnik yalan deyir.Savaş iştirakçılarının hamısı medianın iştirakı ilə tibbi müayinədən keçirilmiş olsaydı "polkovnikin" sözlərinə inanmaq olardı.

Kimdən: arzu Şəhər: canada
10.07.2009 00:16
Menje Sadig Gozelovun musahibesi onun gerezli movge tutmasini choh gozel shekilde subut edir.

Kimdən: Xudbin
09.07.2009 23:54
Demek bizde de "Baseej" quvveleri, xalq eskerleri - SS-cileri peydah olmaga baslayib.

Kimdən: polis Şəhər: baki
09.07.2009 22:14
Sadig Gözelov sanki YAPin metbuat xidmetinin rehberidir, DINin deyil, onun deyishdirilmesinin vaxti catib

Kimdən: AliResh Şəhər: Baki
09.07.2009 20:17
"BIr olke o vaxt sarsilir ki, hunahsiza ceza verilir, gunahkar ise cezadan kenar qalsin." : HEYDER ALIYEV
Gorunur kishi bu sozleri kinaye ile deyib ! !

Kimdən: AliResh Şəhər: Baki
09.07.2009 20:14
Ay bedbext polis. cagir onlari da bunlari dfa yan yana qoy da ! ! ! gor kim kimi doye biler ! ! bu millet yemeyi qulaginin dibine yeyir ? ? ?

Kimdən: ilham Şəhər: Baki
09.07.2009 19:27
SSRI Afganistana hucum edende resmi sovet melumati bele idi:"Afgan xalgi SSRI-ni komeye caqirdi" Sonralar XAZANOV bunu bele parodiya edirdi:"...goca afgan gari kucedeki telefondan Moskvaya zeng edib komek isteyib,o saat SSRI herbi hava guvveleri,desant diviziyalari goca arvadin komeyine getmishler".Indi bu "vicdanli"idmancilarin restoranda peyda olmasi da onun kimi bir sheydi...
    Növbəti 
Səhifə (2)