Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

Əlirza Fərşi və xanımı hələ də həbsxanadadırlar

08.07.2009
Əlirza Fərşi
Əlirza Fərşi və onun xanımı Sima Didar hələ də həbsxanadadırlar. Bunu «Azadlıq» radiosuna Əlirza Fərşinin vəkili Abbas Camali deyib. O bildirir ki, Sima xanımı bir dəfə görüb, amma Fərşi ilə görüşə icazə verilmir:

«Ötən həftə Sima Didarla həbsxanada görüşdüm. Müraciət etdim görüş verdilər. O vaxtadək hər hansı zorakılığa məruz qalmamışdı. Amma Əlirza bəylə görüşə icazə vermədilər. Dedilər təhqiqat gedir, olmaz».

Abbas Camali deyir ki, təhqiqat işi başa çatmadığı üçün hələ məhkəmənin nə vaxt olacağı da bəlli deyil. Ona görə də Əlirza Fərşi və Sima Didarla görüşmək üçün iyulun 9-da yenə müraciət etmək fikrindədir.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının nümayəndəsi Yaşar Həkkakpur isə deyir ki, onlar Əlirza Fəşri və Sima Didarın, eləcə də milli haqlarını tələb edən digərlərinin həbsdən azad edilmələrinə nail olmaq üçün bütün dünyaya müraciət etmək fikrindədirlər:

«Biz dünyanın hər yerində olan insanlara müraciət etməyə hazırlaşırıq. Qoy hamı İran rəhbərliyinə və onun müvafiq orqanlarının rəislərinə məktub yazıb Əlirza Fərşi, Sima Didar və digərlərinin azadlığa buraxılmasını istəsinlər. Əlirza Fərşi hətta tutulub aparılanda da «Ana dilində mədrəsə» şüarını səsləndirirdi. Buna görə insanı həbs etmək düz deyil».

Əlirza Fərşi kompyuter texnologiyaları üzrə alimdir. Univeristetdə dərs deyir. O, bu il mayın 22-də milli haqların təminatı tələbi ilə Təbrizdə keçirilən etiraz aksiyası zamanı saxlanılıb. Bundan bir müddət sonra vəkili Abbas Camali vsitəsilə xanımı Sima Didar həyat yoldaşı ilə görüş üçün həbsxanaya dəvət olunub və o da saxlanılıb.

Sima Didar İran azərbaycanlıları arasında fəallardan biri kimi tanınır. İranda nəşr olunan «Yaşmaq» tələbə jurnalının baş redaktoru olub.

Yaşar Həkkakpur deyir ki, etiraz aksiyalarında iştiraka görə həbsxanaya düşənlərin sayı dəqiq məlum olmasa da, onlardan 11-nin kimliyi barədə əllərində məlumat var. Bunlar Əli İslami, Bayram Xaliqzadə, Əkbər Məhəmmədi, Qadir Hümməti və digərləridir. Onlardan 3 nəfərin sonradan azad edildiyi bildirilir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Mamed Şəhər: Azərbaycan
14.07.2009 12:04
Salam, mümkün deyil ki, hər hansı bir ölkə sahibləri həmin ölkənin mənafeyi xətərə düşsə icazə verə ki, ölkəni dağıtsınlar. elə öz ölkəmizi götürək, dindarlara elə şər atıb tuturlar ki, qeyri müsəlman ölkələrdə belə şeylər olmur. Ona görə də İranda tutulanlar haqda narahat olmağa dəyməz.

Kimdən: Naile Şəhər: BAKI
09.07.2009 00:47
COX TEESSUFLER OLSUN KI,1991-CI ILDE SOVET -RUS IMPERIYASINDAN AYRILIB MUSTEQILLIYIMIZI ELAN EDENDE SIMALI AZERBAYCAN KIMI ELAN EDILMEDI. EGER O CUR YAZILSAYDI ISTER -ISTEMEZ BELE BIR IFADE AZERBAYCANIN DIGER HISSESI OLDUGUNU HAMIYA XATIRLADARDI. MENE ELE GELIRDI KI, SIMALI AZERBAYCAN MUSTEQILLIYINI ELAN EDENDEN SONRA DAYANMADAN CENUBI AZERBAYCANIN MUSTEQILLIYI UGRUNDA MUBARIZEYE QALXACAGIQ.BASIMIZI QARABAG DERDI ILE QATIB QLOBAL BIR PROBLEMIMIZDEN UZAQLASDIRDILAR.INANDIRIM SIZI AZERBAYCAN BUTOV OLSA ermeniler QARABAGI AVTOMATIK BIZE QAYTARARLAR.YALAN OLMASIN IRAVAN XANLIGININ TORPAQLARINDAN CIXARLAR.BUNLARA GOREDIR KI,AMERIKA IRANA DEYMIR(ermenilere gore),RUSIYA BIZIM ERAZIMIZDEN IRANA URAN GONDERIR. OZ ELIMIZLE OZ BASIMIZI KESIRLER.AZERBAYCANDA XALQA XIDMET EDEN NE IQTIDAR VAR ,NE MUXALIFET.BELKE DE DOGRU DEYIBLER HER BIR HAKIMIYYET OZ XALQINA LAYIQDIR.