Cümə axşamı, Fevral 23, 2012 Bakı vaxtı 04:06

Verilişlər / İz

Təklənmiş demokrat

Şriftin ölçüsünü dəyiş - +
Seyid Cəfər Pişəvəri
«Düşmən hədələri bizi tutduğumuz haqq yolundan döndərə bilməz. Ya ölüm, ya azadlıq, üçüncü yol yoxdur!».

Bu sözlər ötən yüzilin ortalarında İran Azərbaycanında qurulmuş Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvərinindir. O, ikinci yolu seçdi, amma müəmmalı ölümün caynağından da qurtula bilmədi...

Azərbaycan Demokrat Firqəsinin sədri olmuş S.C. Pişəvəri və onun başçılıq etdiyi Milli Hökumətin qısa fəaliyyəti bu həftə «İz»in hədəfindədir. Bələdçimiz AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimlidir (Bije). Əkrəm müəllim «Məni bu böyük yola gətirib çıxaran azadlıq istəyim və bir də millətim haqda düşüncələrim olmuşdur» deyən böyük demokratın keçdiyi həyat yolunu yenicə çapdan çıxmış «Seyid Cəfər Pişəvəri-Mübarizə burulğanlarında keçən ömür» kitabında işıqlandırmağa çalışıb.

Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə) 1892-ci il avqustun 26-da Xalxal mahalının Zeyvə kəndində əkinçi ailəsində doğulub. Ailədə 5 uşaqdan 2-cisi olan Seyid Cəfər 5 yaşından yazıb-oxumağa başlayıb. O qədər güclü yaddaşı varmış ki, kənd mollası atasına məsləhət görüb ki, onu Bağdada oxumağa göndərsin. Ancaq mahalın hörmətli adamlarından sayılan Mir Cavad kişinin gücü bütün ailəsini götürüb 1905-ci ildə Bakıya köçməyə çatıb. Mir Cavad kişi həm də Səttarxanın mücahidlərindən idi və onun bu mənada Mir Cəfərə necə təsir göstərdiyini demək, yəqin ki, artıq olardı. 101 yaşacan yaşamış bacısı Suğra xanımın xatirələrinə görə, ata ilə dostları arasında fədailər barədə söhbətlər balaca Seyid Cəfərin böyük marağına səbəb olarmış...

Dediyim kimi, 1905-ci ildə qaçaq-quldurdan canını qurtarıb Bakıya köçən ailə Bülbülədə məskunlaşır. Seyid Cəfər Bülbülədə və Sabunçuda təhsil alır. Maddi vəziyyətləri ürəkaçan olmadığından, oxuduğu məktəblərin xadimə işlərini də görür, ailəyə kömək edirmiş. Sonra «İttihad» məktəbinə, daha sonra «Darülmüəllimin» mədrəsəsinə daxil olur. Təhsilini bitirdikdən sonra həm «İttihad»da, həm də Bakı bələdiyyəsinin 9 saylı məktəbində müəllimlik edir. Xırdalanda müəllimlik etdiyi dönəmlərdə isə, əlavə olaraq orada yaşayan iranlı şagirdlərə öz kirayə otağında pulsuz dərs deməyə başlayır. Millətin xilas yolunun, həm də təhsildən, maarifdən keçdiyini o artıq dərk etməyə başlamışdı...

Bakı mühiti izsiz keçmir. O, müxtəlif təşkilatlarda, cəmiyyətlərdə, dərnəklərdə çıxış edir, qəzetlərə yazmağa başlayır. İlk məqaləsi M.Ə.Rəsulzadənin redaktoru olduğu «Açıq söz» qəzetində çıxır. Ancaq sonra N.Nərimanovun mövqeyinə rəğbət bəsləyir, İranın azadlıq və qurtuluş yolunu Moskvada, sovetlərdə görür...

- Seyid Cəfərin sonrakı fəaliyyəti necə keçdi?
- Bu radio dastanda onu nədən «Təklənmiş demokrat» adlandırdıq?
- O Bakıdan niyə getdi?
- Həyatının neçə ilini «Qəsri-Qacar» həbsxanasında keçirdi?
- Milli hökumət necə quruldu?
- Sovetlərin bu hökumətə dəstəyi nədən qaynaqlanırdı?
- Sovet qoşunları İran Azərbaycanından niyə çıxdı?
- Milli hökumət nə səbəbdən devrildi?
- Pişəvərinin səhvləri nədə idi?
- Seyid Cəfər Təbrizi niyə tərk etdi?
- «Seyid Cəfərin 1 ildə etdiyini, Rza şah 20 ildə edə bilmədi» ifadəsi kimindir?
- Pişəvəri öldü, yoxsa öldürüldü?
- Ölümündən qabaq onun sürücüsünü niyə dəyişdirdilər?
- Pişəvərinin son mənzili hara oldu?
- Və nəhayət: Adı Azərbaycan olan hökumətlər niyə ömrügödək olur?

Bu sualların cavabını, yuxarıda «Multimedia» bölməsində «İz»i tıklamaqla tədqiqatçı-alim Əkrəm Rəhimlinin öz dilindən eşidə bilərsiniz. 1945-46-cı illərdə qurulan Milli Hökumətin Dövlət Himnini dinləmək imkanınız da var. Himnin sözləri Mir Mehdi Etimadın, musiqisi Cahangir Cahangirovundur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Mesud Haradan: NORVEC
09.07.2009 03:30
DUZELISH;
Verdiyim suallarin 2.ci sinde General SHVARTSKOF yerine sehv olaraq General Ayzenhaver,in adini yazmisham!
Demeli 2-ci suali tekrar yaziram;
2-General SHVARTSKOF Azerbaycan Milli Donletinin devrilmesinde rolu ne idi?

Kimdən: Mesud Haradan: NORVEC
09.07.2009 00:52
PISHIK SICHAN OYUNU OYNAYISIZ!
Qorxmursuzsa menim bu suallarimida hemin yaziya elave edin!
1-Pisheverinin Milli Devletini qan ichinde bogan devlet hansi devlet,idi?
2-General Ayzenhaver,in rolu Azerbaycan Milli Dovetinin devrilmesinde rolu ne idi?
3-ABS hemin dovrde ne movqe tutmushdu?
4-1946.ci ilden sonra, yeni AZERBAYCAN MILLI HOKUMETI DEVRILDIKDEN SONRA iran rejimini ABS himaye edib ya etmeyib?
5-pishik sichan oynamaq isteyirsinizse, artiq bu oyun kohnelib!
"VOLF"&"ZAYTS"a bashlayin!!:-)
SAYQILARLA!

Kimdən: NAILE Haradan: BAKI
08.07.2009 13:06
BIR MILLETIN NE QEDER HIMNI OLAR?IKISINI ELE UZEYIR BEY HACIBRYLI YAZMISDIR,BIRINI DE CAHANGIR CAHANGIROVUNDUR. BIZIM SEHVLERIMIZ ELE BURADAN BASLAYIR. ONA GORE VAHID AZERBAYCAN IDEYASINI HEYATA KECIRE BILMIRIK.

Kimdən: AyNur Adilsoy Haradan: Baki
07.07.2009 19:57
Dinledim, amma Pisheverinin olumuyle bagli cemiyyete hele de qaranliq qalan nuansla bagli yeni bir shey eshide bilmedim.
Halbuki cemiyete qaranliq qalan ve menim uchun cox maraqli olan nuanslara toxunulduguna umid etmishdim.
Bildiyim qederiyle Pisheveri Yevlaxda avtomobil qezasina dushmushdu, onun surucusunun deyishilmesiyle yanashi, Pisheveri adeten oturdugu arxa oturacaqda deyil, on oturacaqda eyleshibmish hemin gun (sebeb aydin deyil), tehqiqat aparildigi zaman surucunun bash verecekleri evvelceden bildiyi qenaetine gelindi. Neden ki, surucu qeza anina tam hazir veziyyetde olaraq ozunu zerbeden qoruyaraq labud olumden qachmishdir, eks halda surucunun o qezada helak olmasi mumkunsuz imish. Pisheverinin o zaman burda tehsil alan oglu 1 sutka erzinde mueyyen behaneler getirilerek Pisheverinin yanina buraxilmayib ve s.
"Iz"den xahish edirem, novbeti defe Pisheveriden yazmaq qerarina gelseler, bu meselelr baresinde genish melumat versinler, bu gunedek bu barede genish melumat elde etmek isteyim hele de mumkun olmayib.
P.S. Ekrem bey olkede geden sosial-iqtisadi inkishfi, yeni aqrar islahatlari, mekteblerin achilishini Pisheverinin adiyla baglayib , onu Onder adlaniranda bir anliq shashiraraq sohbetin kimden getdiyine qerar vere bilmedim. Lenet sheytana, neyleyim, bizim memleketde butun bash vrenler bir neferin adiyla baglidir axi..