Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

«Hamısı deyirdi ki, Qarabağ Azərbaycanın tərkibində qalmalıdır»

06.07.2009
Aram Abramyan
Azərbaycan və Ermənistan ziyalılarının Qarabağa, Yerevan və Bakıya birgə səfərinin iştirakçısı olan «Aravot» (Səhər) qəzetinin baş redaktoru Aram Abramyan Bakı səfərindən sonra «Azadlıq» Radiosunun Ermənistan xidmətinə müsahibə verib.

-Səfər haqqında təəssüratlarınız?

-İlkin təəssüratım odur ki, həm Ermənistan, həm Azərbaycan, həm də Qarabağ rəhbərliyi həqiqətən də bu problemə imkan daxilində tezliklə son qoymaq əzmindədirlər.

Amma məsələ burasındadır ki, onların problemə yanaşmaları fərqlidir və açığını deyim, məndə elə bir təsəvvür yaranmadı ki, prezidentlər arasındakı fikir müxtəlifliyi xüsusi olaraq azalıb.

-Bakıda sizə necə münasibət göstərdilər?

-Ümumilikdə xeyirxahlıqla qarşılandıq. Əlbəttə, bizimlə münasibətdə olanlar ziyalılar idi. Məsələn, Polad Bülbüloğlu və ya konservatoriyanın rektoru – bunlar sözün yaxşı mənasında kosmopolit tərbiyə görmüş adamlardı. Təbii ki, prinsipial məsələlərdə onların fikri müəyyən çərçivəni aşmırdı. Hamısı deyirdi ki, Qarabağ Azərbaycanın tərkibində qalmalıdır və sonradan İlham Əliyev də bu fikri təkrar etdi. Amma, düşmənçilik, nifrət və etnik dözümsüzlük ovqatı yox idi.

-Belə tədbirlər nə dərəcədə faydalı ola bilər?

-Düşünürəm ki, yaxşı təşkil olunsa, belə görüşlər tərəflər arasındakı gərginliyin azaldılmasına xidmət edər. Bunun üçün nümayəndə heyətlərinin tərkibini, müzakirə olunan məsələlərin gündəliyini dəqiq seçmək və bu görüşləri tez-tez keçirmək lazımdır.

Amma istənilən halda, son sözü prezidentlər deyir, biz yox.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: alex
06.07.2009 18:58
mence once barishib sonra puldan basib ermenilerin torpaglarini elinden almag lazimdir. onsuzda bizim guldurlarda ne geder desen pul var, goy versinler millete protsentsiz kredit bizde gedib alag ermenilerden oz torpaglarimizi, onsuzda onlar biz ora gelenden sonra orada galan deyiller. hamsi satib cixib gedecekler daha gozel yerlere.

Kimdən: Aqil Şəhər: Naxçıvan
06.07.2009 18:54
Hər şey qaydasındadır. O vaxtlar bizim karifeylərimiz ermənilərin azəri türklərinə qarşı törətdikləri cinayətlərdən sonra "Qardaş olub hayastan, Azərbaycan" oxudular. İndi bu
musiqini ifa edəcək müğənnini heç axtarmağa belə lüzum yoxdur. Hər şey bəllidir. Karifeylərin davamçıları var.

Kimdən: vetenperest
06.07.2009 18:20
O qeder gelib-gedeceyik, axirda her iki olke gomruk nazirleri meseleden cixis yolu ucun serhedleri acacaq, sonra gelib gededenlerin sayi artacaq, sonra da bu mesele "hell olacaq".Burda ne var ki, illerdir hell ede bilmirler.Herseye zaman lazimdir, zaman...gululmseyin cenablar, gulumseyin :)