Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Verilişlər / Panorama

«Qazın qiymətini korrupsiya artırır»

Rövşən Ağayev və Oqtay Haqverdiyev

Rövşən Ağayev və Oqtay Haqverdiyev

04.07.2009
«Qazın qiymətinin artırılmasının mahiyyətində korrupsiya dayanır».

Bunu «Panorama» verilişində iqtisadçı Rövşən Ağayev dedi. Onun fikrincə, məqsəd əhalinin hesabına daha da varlanmaqdır.

Rövşən Ağayev deyir ki, rəsmilərin qazın qiymətinin artırılmasının səbəbləri ilə bağlı gətirdiyi arqumentlər əsaslı deyil:

«Deyirlər ki, israfçılığın qarşısını alırlar. Əgər qaz istehlakı hökumətin özünün tərtib etdiyi normadan aşağıdırsa, hansı israfçılıqdan söhbət gedir? Qiymət artımını maya dəyəri ilə izah edirlərsə, bu məsələdə də şəffaflıq olmalıdır. Ancaq «Azəriqaz» da, Dövlət Neft Şirkəti də qapalı struktura çevrilib. Bu strukturlar ictimaiyyətin də, beynəlxalq auditorların da üzünə bağlıdır…».

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev isə qazın qiymətinin artması ilə «Azəriqaz»ın Dövlət Neft Şirkətinə verilməsinin eyni günə təsadüf etməsini müəmmalı proses adlandırır:

«Bilmək olmur nə işdir. Adamın ağlına qəribə fikirlər gəlir. Kim bilir, bəlkə də «Azəriqaz»da o qədər israfçılıq olub ki, indi onu Dövlət Neft Şirkətinin tabeliyinə verirlər. Hər şey orada ört-basdır edilməlidir. Kimdir yoxlayan?».

Oqtay Haqverdiyev deyir ki, «Azəriqaz» rəsmiləri israfçılıqdan danışmaqdansa, itkilərə fikir versinlər:

«Özlərinin deməsinə görə, itkilər yarım milyard kubmetrə yaxındır. Bu qədər itki olar? Əslində itki bir, iki faizdən çox olmamalıdır. Belədə itki 10 faizə çatır. Niyə bu itkini əhalidən çıxarmaq istəyirlər? Deyirlər maya dəyəri yüksəkdir. Açıb desinlər də maya dəyərinə nələr daxildir? Bəlkə onun yarısı aldıqları «Mercedes», tikdirdikləri villalardır?»…
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: A.B. Şəhər: NIAGARA
12.07.2009 17:38
Wekili avtobusla bakiya gelir ondan 5 manat gediw haqqi alirlar.Bakida taksi ile menzil bawina catanda taksi surucusu ondan 5 manat teleb edir.Wekili deyir:hayindi wekiden bakiya da 5 manat, bakidan-bakiya da 5 manat?
Hokumetimiz Rusiyaya qazin 1000 kub metrini 100 dollara satacaq.Wekili demiwgen: Azerbaycandan Moskvaya da 100 dollara,Azerbaycandan azerbaycana da 100 dollara? Qazimiz bol olarsa basilmaz veten, 12.07.09.

Kimdən: Kamran Şəhər: Bakı
07.07.2009 13:03
Bu hökumətin şüarı - Millət ac olarsa basılmaz kreslo.