Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

A.Mollazadə Qarabağdan ümidlə qayıdıb

04.07.2009
Asim Mollazadə
Azərbaycanla Ermənistan nümayəndə heyətləri iyulun 3-də Xankəndi, Şuşa, Yerevan və Bakıda səfərdə olublar.

Dağlıq Qarabağ və Ermənistanda keçirilən görüşlərin təəssüratlarını «Azadlıq» radiosuna deputat Asim Mollazadə bölüşür.

- Dağlıq Qarabağ və Ermənistana səfəri necə qiymətləndirirsiniz? Ermənilərin münaqişənin həllinə dair fikirləri nədir?

- Səfərdən müəyyən ümidlə dönmüşəm. Sülh danışıqlarında bir nəticə əldə ediləcəyinə şanslar var. Təbii ki, bizim missiya qarşısında belə hədəf qoymayıb ki, dövlət səviyyəsində gedən danışıqları, yaxud ATƏT-in Minsk Qrupunun işini hansısa formada əvəzləyək. Belə bir format müəyyənləşdirmişik ki, bu proseslərə dəstək verə bilsin. Azərbaycanla Ermənistanın Rusiyadakı səfirləri və Rusiya prezidentinin xüsusi səfiri Mixail Şvıdkoy çalışırlar ki, humanitar-mədəniyyət məsələlərini önə çəkib münaqişənin həllinə dəstək ab-havası yaratsınlar. Cəmiyyətin, mətbuatın, parlamentin sülh mühiti yaratmaq və iki xalqın düşmən obrazını aradan qaldırmaq üçün böyük potensialı var. Bunu həm Ermənistan rəhbərləri, həm də Ermənistan nümayəndələri ilə söhbətdə hiss etdik.

- Belə bir fikir var ki, separatçı rejimin rəhbəri Bako Saakyanla müqayisədə Ermənistan prezidenti ilə görüş gözləniləndən daha mülayim keçib.

- Bu prosesə hansısa mənfi çalar gətirmək istəmərəm. Ümidvarıq ki, iki xalqı birləşdirən nöqtələr tapılandan sonra mənfi ab-havanı gətirən qüvvələrin imkanı azalacaq.

- Belə bir səfərin olacağı barədə məlumat niyə əvvəlcədən açıqlanmayıb?

- Bu texniki prosesə maneçilik törədə bilərdi.

- Bu cür səfərlərin davamı olacaqmı?

- Sülh yaratmaq üçün bir şans yaranıb, bu şansı buraxmamalıyıq. İndi fikirləşirik ki, təkliflər planı da hazırlayaq. Bu təkliflər qəbul olunandan sonra çoxşaxəli işlərin görülməsi nəzərdə tutulur. Ümumiyyətlə, dairəni genişləndirərək daha geniş tərkibdə işləməyi planlaşdırırıq.

- Azərbaycanın işğal altında olan torpaqlarında oldunuz. Oraları necə gördünüz?

- Biz Xankəndində, Şuşada olduq. Biz Şuşada məscidi ziyarət etdik, Bülbülün evində olduq. Sonra Cıdır düzündən vertolyotla Yerevana getdik. Müharibə və hərbi rejim şəraitində olan bölgə barəsində ciddi inkişafdan danışmaq olmaz.

- Ermənistana səfər edəcək nümayəndə heyətinin tərkibini kim təsdiqləyib?

- Burada 3 səfirin əməyi olub. Əsas təşkilati məsələlər onlar tərəfindən hazırlanmışdı.

- Ermənistanın nümayəndə heyəti də Bakıda olub. Onlar Bakıdan hansı təəssüratlarla ayrılıblar?


- Ümidvaram ki, yaxşı. Onlar Bakını görüblər, biz onlara tanış olmaq şəraiti yaratdıq, erməni kilsəsində oldular. Mənə elə gəlir ki, bu amil də müsbət prosesə öz təsirini göstərəcək.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Ilqar Abdullah
06.07.2009 19:26
Demek isteyirsiniz ki, Mollazade Qarabagdan s chemodannim nastroyeniem gelib.Gozlerinden gorsenir.

Kimdən: pervane
06.07.2009 15:53
basha dushmurem,onlar niye bakiya gelib,ermeni kilsesini ziyaret edirler?beyem,burani biz ishgal etmishiy??sanki evez-evez...bizimkiler ora gedir,onlar da bura gelirler..)))))0

Kimdən: alex
06.07.2009 12:38
cox tesuf ki, axirda Asim kimileri bu xalgi ermeninin ayagina verdi. bir vaxtlar ermeniye garsi danisanlar indi gedib orda ermeniyle konyak vurur, bunu xalg bagislamayacag.
bu hakimiyet butun cebhelerde ermeniye meglub oldu, ar olsun bele hakimiyete.daha sozum yoxdur.

Kimdən: Cebheci genc Şəhər: Baki
06.07.2009 12:33
Asim Mollazade sizin umidlerinizin bosh oldugunu tezlikle goreceyik.
Qondarma prezidente Cenab prezident deye muraciet etdiniz?

Kimdən: Vətəndaş Şəhər: Bakı
05.07.2009 12:32
Türk güzəştə gedən və bağışlaya biləndir (unutqanlığına görə). Amma vay o gündən ki, səbrini daşırsan. Biz bəlkə də türklərin ən unutqanlarıyıq.Səbrimiz çox gec daşır. QARI DÜŞMƏN DOST OLMAZ - DƏDƏ QORQUD.

Kimdən: Azer
05.07.2009 11:37
Ay millet bu ne haykuydu salmishig, eger bizim ziyalilar bu seferi elemeseydiler biz haradan bile bilerdiyki ermeniler bizim dushmenimiz deyil. Her yerinnen duran deyirdiki ermeniler torpagimizi ishgal eliyibler, bizi giriblar filan, amma eslinde mesele ele deyil. Bizim esil dushmenlerimiz bize ermenini dushmen obrazinda tegdim eliyenlerdi. Men bisavada inanmirsiz inanmayin, bes ziyali sozune ne sozunuz var? Asim mellimnen sitat: "Cəmiyyətin, mətbuatın, parlamentin sülh mühiti yaratmaq və iki xalqın düşmən obrazını aradan qaldırmaq üçün böyük potensialı var."

Kimdən: kamal Şəhər: Istanbul
05.07.2009 00:50
Bir shehud ovladi kimi Asim Mollazadeye haqqimi helal etmirem.

Kimdən: Vuqar-patriot
04.07.2009 21:50
Mence bildiyime gore ermeni numayende heyeti Dagliq Qarabagin Azerbaycan icmasi ile gorusmeyib gerek goruseydi.Birde ermeniler oz kilselerine gelib tez baxirlar gerk bizimkilerde gedib Susadaki mecide baxaydilar goreydiler ermeniler orani ne gune qoyub estefurulla televizorda gordum Allah olara qelim olsun donuz saxlayirlar. Gorsun biz onlarin kilselerni nece saxlayiq onlar nece.

Kimdən: Telebe
04.07.2009 20:49
Maraqlidir ermeniler hele sulhe dogru bir, addim bir yana, barmaq ucu atmamish bizimkiler niye birden bire o onlarla bu shekilde masa arxasinda eyleshir?!

Kimdən: Rasim Şəhər: mekansiz
04.07.2009 20:47
imici onlar özləri, 100-illər qabaqdan yaradıblar, terorlarla, türk sefirlerini qətilə yetirməklə, ümumən TÜRK milletinə düşmənçiliklə, ONLAR TÜRK MİLLƏTİNƏ PAXILLIQ EDİRLƏR!!!