Dinlə

Canlı efir

Növbəti veriliş

Yeni təmirdən çıxan Bakı səkisi
Bakıda yeni düzəldilmiş «28 May» küçəsi
Göndərən: Çingiz

SİZDƏ DƏ MARAQLI VİDEO, FOTO VƏ YA SƏS YAZISI VARSA, BİZƏ GÖNDƏRİN.

Top-10

«BİR QIZ QALASI QALIB, ONU DA SÖKSÜNLƏR, BƏLKƏ, HACIBALANIN ÜRƏYİ SOYUYAR...» – oxucularımızın yazdıqları

Sorğu

... ... ...
BAŞQA SORĞU: Azərbaycanda rüşvət və korrupsiyanın kökündə nə dayanır?

Cəmiyyət

Eskalatorsuz keçidlər

Heydər Əliyev prospektindəki piyada keçidi («Mobil reportyor»)

04.07.2009
Bakının magistral yollarında yerüstü keçidlərin quraşdırılması sakinlərin ürəyincə olsa da, bu sevinc çox çəkmədi. Artıq paytaxtın bir neçə yerüstü keçidində eskalatorlar işləmir. Bakının Ziya Bünyadov, Heydər Əliyev prospektlərindəki piyada keçidlərində eskalatorlar tez-tez dayanır. Piyadalar isə deyir ki, eskalatorların dayanması isti günlərdə narahatlıq yaradır.

Eskalator, yoxsa pilləkən

«Keçidi quraşdıranda çox sevinmişdim. Bu böyük yolu hardan gəldi, necə gəldi keçməklə həyatımızı təhlükəyə atırdıq. Ancaq eskalatorlar iki gündən bir dayanır. Keçidləri tikməklə iş bitmir ki, ona nəzarət də eləmək gərəkdir».

Bu sözləri Ziya Bünyadov prospektində yaşayan 54 yaşlı Fərman Səlimov deyir. Piyada keçidi metal konstruksiyalardan quraşdırıldığına görə içərisi də çox istidir.

Bu keçiddən gündə bir neçə dəfə istifadə edən Fəridə Məmmədova da onun dediklərini təsdiq edir:

«Keçid metal konstruksiyadan hazırlanıb. İri şüşələrinə isə nəfəslik qoyulmayıb. Yayda gündüz saatlarında bura çox boğanaq olur. Təsəvvür edin ki, eskalator işləməyəndə bu yüksəkliyə çıxıb isti, havasız bir yerə düşürsən. Sanki sovetlər dövründəki kimi plan doldururlar. Bu ərazidə yaşayanlar bu keçidlə qarşı tərəfdəki parka gedirlər. Bu şəraitsizlik xüsusən yaşlı və uşaqlı piyadalar üçün çətin olur».

Keçidlər niyə tez sıradan çıxır?

İqtisadçı Zöhrab İsmayıl deyir ki, yol keçidlərinin istismara yararlılıq müddətinin az olacağı öncədən bəlli idi:

«Bu obyektlər dövlət büdcəsindəki dövlət investisiya xərcləri hesabına tikilir. Özü də keyfiyyətsiz tikilir. Bu sahə üzrə ekspertlər yol qovşaqları tikilən zaman dəfələrlə bildirmişdilər ki, dövlət yalnız bu obyektlərin tikintisinə deyil, istismarına da vəsait ayırmalıdır. Bax, indi bu problem yaşanmaqdadır».

Zöhrab İsmayılın fikrincə, bu məsələdə vətəndaşların üzərinə də vəzifə düşür:

«Vətəndaşlar keçidləri özlərinin müxtəlif məzmunlu reklamları ilə «bəzəyirlər». Burada internet ünvanlarından mənzil kirayəsinə qədər bir xeyli reklama rast gəlmək olar. Polisin Post-Patrul Xidməti qayda pozan sürücülərə aman vermir. Ancaq yaddan çıxarırlar ki, piyadaların hərəkətlərinə nəzarət də onların vəzifəsidir».

Bakıdakı bütün piyada keçidləri kimi, yerüstü keçidlər də Nəqliyyat Nazirliyinin balansındadır. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov mediaya açıqlamasında bildirir ki, nazirlik piyada keçidlərinin istismara yararlığına nəzarət edir. Təmirə ehtiyacı olan hissələr təmir edilir. N.Həsənov keçidlərdəki bir sıra qüsurları qəbul etsə də, problemlərin daha çox vətəndaşların məsuliyyətsizliyi üzündən yarandığı fikrindədir. 
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Qara Yusif Şəhər: Baku
04.07.2009 15:38
5 gunluk dunyanin....gozu doymazlarinin analogu olmayan quruculuq isleri.

3 gunluk kecidler
4 gunluk korpuler

     
Şriftin ölçüsünü dəyiş - +