Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 19:27

Verilişlər / Kontekst

«Azəriqaz»ın ARDNŞ-a verilməsi ilə qaz ucuzlaşa bilər

«Qazın qiyməti hansı məntiqlə qaldırılır?»

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, «Azəriqaz»ın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tabeliyinə verilməsi əhaliyə satılan təbii qazın qiymətinin aşağı düşməsinə səbəb olmalıdır. Çünki artıq qazı istehsal edən şirkət onu əhaliyə özü satacaq.

İndiyə qədər «Azəriqaz» əhaliyə satılan qazın qiymətinin baha olmasını qazı ARDNŞ-dan daha baha qiymətə alınması ilə izah edirdi. İyulun 1-dən isə «Azəriqaz» artıq ARDNŞ-ın tabeliyindədir. Bir ay müddətində Nazirlər Kabineti bununla bağlı bütün məsələləri tamamlamalıdır.

DÖVLƏT NEFT ŞİRKƏTİ RƏQƏMİ NİYƏ AÇIQLAMIR?

«Azadlıq» radiosuna müsahibəsində «Azəriqaz»ın mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirib ki, təbii qazı ARDNŞ-dan 42 manata alıb onu əhaliyə təxminən 47 manata satıblar. İndi isə bu rəqəm 100 manata qədər artırılıb.

İlham Şaban isə deyir ki, ARDNŞ-ın qaz tarifləri ilə bağlı açıqladığı son rəqəm 2008-ci ilə qədər olan dövr üçündür. Bundan sonra Dövlət Neft Şirkəti bu rəqəmi açıqlamır.

ARDNŞ-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə qurumun «Azəriqaz»a qazı neçəyə satması ilə bağlı onda dəqiq rəqəmin olmadığını deyir:

- Hər bir müqavilədə oradakı informasiyaların ictimaiyyət üçün açıq olub-olmadığı göstərilir. Bu haqda məndə dəqiq informasiya yoxdur.

Nizaməddin Quliyev informasiya almaq üçün rəsmən müraciət etməli olduğumuzu bildirdi.

«BİZ ÖZÜMÜZÜ KİMİNLƏ MÜQAYİSƏ EDİRİK?»

Tarif Şurası ictimaiyyət üçün açıqlamasında yaxın müddətə qədər Azərbaycanda təbii qazın əhaliyə region ölkələri ilə müqayisədə 6 dəfə ucuz satıldığını bildirmişdi. Ekspert İlham Şaban isə bu analogiyanın hansı ölkə ilə aparıldığını anlaşılmaz sayır. Onun sözlərinə görə, təbii qaz Rusiyada 70, Qazaxıstanda 55, Özbəkistanda 40 dollara satılır. Regionun iri qaz istehsalçısı olan ölkələri İran və Türkmənistanda isə qaz əhaliyə son dərəcə ucuz verilir. Özü də bəlli bir limiti istifadə edəndən sonra. Azərbaycan regionda qazı əhaliyə yalnız Gürcüstandan ucuz satır ki, bunun da səbəbi Gürcüstanın qazı ixrac etməsidir:

- Biz özümüzü kiminlə müqayisə edirik? Bəlkə Avstriya ilə, Almaniya ilə, Britaniya ilə, Norveçlə müqayisə edirik? Orada kommunal xərclər insanların gəlirlərinin 25 faizini aşmır. İnkişaf etmiş ölkələrdə vətəndaşlar gəlirlərinin 10 faizini ərzağa xərcləyir. Görün insanların təhsilə, turizmə xərcləmək üçün nə qədər vəsaitləri qalır. Bizdə isə rəsmi statistikaya görə, insanların qazancının 70 faizi ərzağa xərclənir. Belə olan halda qazın qiyməti hansı məntiqlə qaldırılır?

SİYASİ PARTİYALAR AKSİYALARA HAZIRLAŞIR


Bu arada siyasi partiyalar qazın qiymətinin artırılması ilə bağlı etiraz aksiyalarına başlayacaqlarını bildiriblər. Siyasilər bildirirlər ki, bir çox dövlət müəssisələrində kütləvi ixtisarlar aparıldığı, əhalinin gəlirlərinin azaldığı bir vaxtda hakimiyyətin belə bir addım atması vətəndaşların sosial durumuna ciddi zərbədir və qərara yenidən baxılmalıdır. «Ümid» Partiyasının sədri İqbal Ağazadə deyir ki, indi siyasi partiyalar etiraz metodları üçün ən optimal variantları axtarmaqdadırlar:

- Hakimiyyət siyasi-ictimai aktivlik üçün bütün imkanları ən son həddə qədər daraldıb. Elə repressiv üsullara əl atıb ki, siyasi qurumlar yetərincə zəifləyiblər. İnsanların etiraz etmək istəkləri var, ancaq təşkilatların buna hazırlığı çox aşağıdır. Hakimiyyət bilərəkdən siyasi qurumları xalqdan çox uzaqlaşdırıb ki, onların birləşərək daxildən gələn etirazları idarə etmək imkanları olmasın. İndi biz bu təşkilatlanmanın optimal variantlarını axtarırıq.

İqbal Ağazadənin sözlərinə görə, hakimiyyət bilərəkdən qazın qiymətinin artırılması üçün yay aylarını seçib. Çünki yayda siyasi aktivlik həddi minimuma enir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Ferid Haradan: Baki
14.07.2009 18:24
Yeqin bunlar qazi ruslara pulsuz veribki bizim ucun evezine qiymeti qalxizillar.

Kimdən: Arif Haradan: Türkıye
03.07.2009 22:23
Heç zaman bu dövlet qazın qiymetini aşağı salmaz.Sen qorx ki, havaya qiymet qoymasınlar. Bu güne şükür edin, ey menim yazıq milletim!!!

Kimdən: Kazim Haradan: Sahil
03.07.2009 14:16
Der-divara yaziblar ki neft xalqin servetidir, Altinda da YAP-in ulu onderinin adi. Indi bir YAP-ch chixib desin ki bu neft kimindir? Bizim, yoxsa Ailenin? Ne qeder bu camaati minib chapacaqlar bunlar?



Kimdən: Ferid Haradan: BAKI
03.07.2009 14:14
Daha qorxudan qonagin qabagina chay da qoymayacagiq ki saygac ishleyir. niye axi insanlar etiraz elemek uchun siyasi partiyalari gozlemelidir? Bizi bu qeder alchaldirlarsa, ozumuz etiraz elemeliyik.Bunun dalinca da ishigin, suyun qiymetini qaldiracaqlar. Sonra da deyirler insanlar niye olkeden gedir? Bura yashamali yerdirdir meger?

Kimdən: max Haradan: Baki
03.07.2009 11:13
Ay millet bu bize ele azdir sesimiz cixmayana qder bundanda pis olacaq camahaati qirmaq nece olur ki bax bele
mullet gucnen dolanir bular qazin pulunu qaldirir muxalifetde bow bow daniwmaqdan bawqa hec ne ede bilmir.Bundanda bewbeter olacaq

Kimdən: vuqar Haradan: şəmkir
03.07.2009 10:58
Allah səbəbkarların bəlasını versin. Amin evladlarından çəksinlər.

Kimdən: Makedon Haradan: Baki
03.07.2009 10:38
Gozlayacaklar gorseler naraziliq var, azaldacaqlar. Oa da ki neca. 53 manat artirdilar 15 manat azaldacaqlar. :)

Kimdən: pravdorub Haradan: Baki
03.07.2009 09:56
Dunyada en bahali enerji bizdedir. Iqtidar bu milletin sonuna calishir.

Kimdən: Celal Haradan: Evden
03.07.2009 02:04
hech bir ucuzlashmadan sohbet gede bilmez, eksine evvel qaz elden ele kechib pul bolushdurulurduse indi her shey bir basha ARDNS-nin elinde olacaq

Kimdən: Azad
02.07.2009 23:19
yene oyuncaq oynayirlar? evvel qiymeti qaldirdilar, iki gun kecmemis verdiler neft sirketine o da qiymeti asagi salacaq, meqsed ne oldu? azerbaycanin ugurlu ve mentiqli siyaseti
Səhifə (2)
    Növbəti