Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:27

İqtisadiyyat

«Azəriqaz» Dövlət Neft Şirkətinin tabeliyinə verildi

Şriftin ölçüsünü dəyiş - +
«Azəriqaz» Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeliyinə verildi. Prezident İlham Əliyevin iyulun 1-də imzaladığı «Neft və qaz sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında» sərəncamda belə deyilir.

Sənəddə tabeliyə verilmə neft-qaz sahəsində vahid idarəetmə sisteminin yaradılması məqsədi ilə əlaqələndirilir.

Dövlət Neft Şirkətinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Vergilər Nazirliyinə tapşırılır ki, «Azəriqaz» Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsini və dövlət qeydiyyatına alınmasını təmin etsinlər.

Nazirlər Kabineti isə bir ay müddətində Dövlət Neft Şirkətinin nizamnaməsi və strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ehli Haradan: baki
02.07.2009 15:12
bizim bu igtidarda hec utanmag deyilen shey yoxuymush. BU geder rezalet hele men hec bir yerde görmemishem. Gaz ixrac edesen, özün de vetendashlara satilan gazi ikigat artirasan. BUndan antimilli gerar, hökumet tarixde görünmeyib. yaziglar olsun

Kimdən: puparo Haradan: Baki
02.07.2009 12:46
Beyler vurushanda taq kasibin belinde qirilar deyibler...yetimin coreyini kesmesinler...yerde qalanini ozleri bilsinler.o ki qaldi Azeri qaza yeyilen qaz pulunu yeyenler onsuzda ozlerine gun aqlayiblar.vay ayaqina yalandan qaz pulu yazilanlarin halina.

Kimdən: Nurkan Haradan: Baku
02.07.2009 10:59
Əlixan yedi qurtardı!
İndi də qazın qiymətini qaldırırlar.
Azərbaycan ölkəsini ən az Məmurlar qədər sevirəm. Onlardan fərqli olaraq bu ölkəni maddi maraq olmadan sevirəm.
İmkanım olsa ilk fürsətdə bu ölkədən qaçmağı da fikirləşirəm eyni zamanda!

Kimdən: Nurlan
02.07.2009 07:52
Yaxsi addimdi. Her halda SOCAR Azerbaycanda en yaxsi fealiyyet gosteren ve tekminleshen qurumdu. Qaz ishine de yaxshi baxarlar.

Teki qiymetleri fantastik derecede qaldirmasinlar