Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

«Azəriqaz» izahat verdi

Vətəndaşlara satılan hər 1000 m3 təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib

Vətəndaşlara satılan hər 1000 m3 təbii qazın qiyməti 47,2 manatdan 100,0 manata dəyişdirilib

01.07.2009
İyulun 1-dən əhali işlətdiyi hər kub metr qaz üçün 4 qəpik yox, 10 qəpik ödəməli olacaq. Bu qərarı «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin (QSC) müraciəti əsasında Tarif Şurası verib. Şura qiymət artımını iki amillə əsaslandırıb: qazdan istifadədə israfçılığın qarşısının alınması və mövcud qiymətin xərcləri ödəməmsi.

RƏSMİ İZAHAT

Qazın qiymətinin qaldırılması isə iqtisadçılar arasında birmənalı qarşılanmır. Amma əvvəlcə «Azəriqaz»ın qiymət artımına izahatı barədə. İyulun 1-də mətbuat konfransı keçirən QSC-nin iqtisadiyyat və proqnozlaşdırma şöbəsinin rəisi Tofiq Allahverdiyevin sözlərinə görə, onların xərcləri borclarını ödəmir:

«Bu növbəti iqtisadi tənzimləmədi. Bəziləri deyirlər ki, qiymət qalxır. Bəli, loru dildə desək, qiymət artıb. Amma iqtisadi dillə danışsan, satılan qazın qiyməti həm xərclərini ödəməlidir, həm də mənfəət əldə etməyə imkan verməlidir. Bu da bunun izahı».
Tofiq Allahverdiyev qazın min kubmetrinin qiymətinin niyə iki dəfədən çox, 100 manata çatdırılımasıyla bağlı sualın cavabında deyir ki, onlar Dövlət Neft Şirkətindən qazın min kub metrini 42 manata alırlar, bu həcmdə kub metrin realizasiyasına çəkilən xərclər də təxminən 20-25 manat civarındadır. Təxminən 30-32 manatlıq mənfəət isə «Azəriqaz»ın qarşısına qoyduğu işləri həyata keçirmək məqsədi güdür.

Bəzi ekspertlər hesab edir ki, qazın qiymətinin qaldırılmasına səbəb QSC-nin kommersiya strukturlarına satdığı qazın pulunu yığa bilməməsidir. Amma Tofiq Allahverdiyev bununla razılaşmır. Deyir ki, onlar əhaliylə kommersiya təşkilatlarının yükünü bir-birinin üstünə atmırlar:
«Hər hansı qrupun maliyyə yükünü başqasına yükləmək düzgün deyil. Bu qəbul olunmur».

«HEÇ OLMASA 10 FAİZ QALIDRSAYDILAR…»

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev deyir ki, o, hələ də qiymət artımında iqtisadi əsaslanmanı tapa bilmir:
«Birdən-birə 2 dəfə qaldırmaq… Ağıla sığımır. Heç bir iqtisadi əsas yoxdur. Hələ işıq 3 dəfə artanda mən onda öz etirazımı bildirdim. İndi qiyməti qaldırmaq istəyirlərsə, 2 dəfə yox də... Lap mən imkanlı adamam, qiymət qaldıranda mənim xərclərim artır, imkanım da zəifləyir. Heç olmasa 10 faiz qalıdrsaydılar…»

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, Neft Şirkətinin sonuncu hesabatında qazın maya dəyəri 23 manat göstərilib. Ona görə də məbləğin birdən-birə 100 manata qaldırılması normal sayıla bilməz.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyev isə deyir ki, bu qiymət artımı digər sahələrdə qiymətlərin artmasına təsir göstərə bilər: «Əhali artan xərci işlətdiyi sahədən çıxarmağa çalışacaq».

Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü Vahid Əhmədov da deyir ki, qazın bahalanması onlar üçün də gözlənməz olub. Millət vəkilinin fikrincə, Tarif Şurasının qərarı müəyyən problem yarada bilər. Vahid Əhmədov hesab edir ki, sosial müdafiəyə ehtiyacı olanlar, təqaüdçülər, ünvanlı sosial yardım alanlar, minimum əmək haqqı ilə yaşayanlar var və onlar üçün çətin olacaq.

Ekspertlər proqnozlaşdırırlar ki, «Azəriqaz indiyə kimi əhalinin 60 faizindən qaz pulu yığırdısa, indi bu faiz kəskin şəkildə aşağı düşəcək.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: millatci Şəhər: azarbaycan
07.07.2009 02:47
bela deyak,maddi maraq hal hazirda insanliqida otub kecib.bu cur olka saxlamaq olmaz,har sheyin haddi var...birda man bu sayta har gun daxil oluram burda bazi fikirlar yani realliqi qabul etmayanlara sozum budu bura tak sizin kimilarin vatani torpagi deyil,haqq olan raylar xatiriniza deyirsa acin aztv-ni kef elayin ozunuzu agilli hesab etmayin...

Kimdən: Səbuhi
02.07.2009 18:08
Allah cəzsını versin millətə zulm edenlerin!

Kimdən: aspirant
02.07.2009 18:07
Bir iqtisadcı olaraq mən də tarif şurasının bu qərarını bəyənmirəm və təəsüf hissi ilə qeyd edirəm ki, nə yazıqlar olsun, bizdə sıravi vətandaşların etirazları ilə hesablaşan nə hökumətimiz, nə də rəhbər şəxslərimiz yoxdur.Mənə elə gəlir ki, qiymətlərin 2.1 dəfə qaldırılması Azəriqazın gəlirlə işləməsini təmin etməyəcək, əksinə onsuzda kifayyət qədər mövcud olan oğurluq hallarının artmasına,meşələrin daha sürətlə qırılmasına gətirib cıxaracaq.Ümumiyyətlə bu məntiqlə yanaşsaq,onda metropoliteində də gediş haqqı,komunnal xidmətlətin də qiyməti,təhsil haqları da qaldırılmalıdır,cunki bu müəsisələr hamısı dövlət dotasiyaları hesabına fəaliyyət göstərirlər.Təcüblü hal odur ki, hokumətimiz Rusiya ilə qazın satışı haqqında saziş imzalayandan dərhal sonra daxili bazarda qiymətlərə yenidən baxıldı.Necə ola bilər ki, Respublikamız Gürcüstana, Türkiyəyə qazın hər kub metrini 120 ABŞ dollarına satdıgı halda,öz vətəndaşlarına 5 dollar da baha satsın.Maraqlı məntiqdir...

Kimdən: mexfi
02.07.2009 16:56
axi niye bu milletin servetini,millete bele satirlar,istediyi kimi hereket edirler,soze baxee,israfchiligin qarshisini aliriq.niye ozlerine sual vermirler ki,sade vetendashin ne huneri var ki,israfchiliq etsin,o deqiqe derisini soyarlar.bu villalarin shotchiklerine hech 1 ce defede olsun,pul yigan ishchileriviz yaxinlasha bilirmi?elbetdeki yox,evezinde ne etmelisiz,milleti pis gune qoymalisiz,ele bilki bu servetleri ozleri icad edibler havadan.indi kim kime atdi zemanesidir.demirler dozumlu xalq,yaxshi bunada dozun,ayilacayiqki,ne torpagimiz var,nede servetimiz,onsuzda 20 faiz torpagimizdan olmushauq,bir 80 faizde enerji servetlerimizden.

Kimdən: On doqquz Şəhər: Baki
02.07.2009 15:59
Azəriqaz nəvaxt dürüst işlədi ki indiden sonra da işləsin. Qapı-qapı pul yığanlara deyirdim ki mənə nə qədər borcu olduğumu təsdiq edən sənəd ver hər dəfə bir bəhanə ilə vermirdilər. Pulu alıb gedirlər.Əvəzində də standartdan kənar kassa mədaxil qəbzi verirlər.Yoxlayanda da (internetdə) görürsən borcum var. Maraqlıdır ki bu borcu öz yeyintilərinə uyğun tənzimləyirlər.

Kimdən: Hələ bezməmiş Şəhər: Bakı
02.07.2009 15:51
Ay Bezmish! Allah duanı qəbul etdi:
"Azəriqaz" xaraba qaldı. Amma adamın insafı olar! 1 kub metr qaz da 4.7 qəpiyə olar?.. Qənaət etmək lazımdır... Qazı, elektrik enerjisini lazımsız yerə işlətməyin. Allah müsrifləri sevməz!

Kimdən: Qarabaq elili Şəhər: bedbext olke
02.07.2009 12:57
bizlere bu da azdir-Ne qeder ki bashimizi salliyib "qoyun kimi" bugunden sabaha yashayacagiq ele bunada shukur etmeliyik.

Kimdən: Bezmish Şəhər: cehennem
02.07.2009 12:19
AZERIQAZ-i xaraba qalsin. Qanunsuz olaraq parniklere qaz satirlar pulunu camaatdan bu yolla yigirlar. Onlarin nezaretchileri ise daha chox "quzuya nezaret eden canavar"a oxshayir. Indi onlar daha chox ogurlug qaz satacaqlar. Duzgun insanlarin vay halina. Merdi qova-qova namerd eliyirler.

Kimdən: Yurdsever
02.07.2009 10:55
Maraqlidir, bes Azerbaycan Beynelxalq emeliyyat shirketinnen pulsuz alinan ve ehaliye satilan qaz barede ne deye biler Azerigaz resmileri?
3 yataqdan chixan semt qazi pulsuz olaraq Azeriqazin sistemine vurulur. Hemin qazin chixarilmasi, transportirovkasina 1 qepik de pul xerclemir. Hansi odenilmeyen xerclerden sohbet gedir?

Kimdən: Ayla Şəhər: Baki
02.07.2009 10:39
coooox teesuflenirem ki biz yene de susuruq,dozyuruk...ne vaxta geder bu davam edecek? Nabuko layihesine qaz 4atdira bilmirler ki bawga olkelere satsinlar, cox guclu bir argumentdir ki oz xalqini soysunlar...
p.s. gunden gune fikirlewirem ki bu olkeden getmek lazimdi,amma sonra ozumi saxliyiram ki olkenin ne gunahi var ki bele vicdansiz rehberi var...nese etmek lazimdi...daha dozmek olmaz...sebr tukenib, ozde coxdaaan !!!!
    Növbəti 
Səhifə (2)