Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


İqtisadiyyat

Azərbaycan qazı Avropanın əlindən çıxır?

«Hakimiyyət qaz məsələsində də Rusiya və Qərb arasında balans saxlamağa çalışır»

«Hakimiyyət qaz məsələsində də Rusiya və Qərb arasında balans saxlamağa çalışır»

30.06.2009
Azərbaycan qazını Rusiyaya satmağa razı oldu. Gələn ildən boru kəmərləri Azərbaycan qazının 500 milyon kubmetrini Rusiyaya daşımağa başlayacaq.

Azərbaycan qazına Avropa da iddialıdır. Rusiyayla imzalanan saziş Azərbaycan qazını Avropanın əlindən çıxara bilərmi? Qərb ölkələrini qazla təmin edəcək «Nabucco» layihəsinin müəllifləri gecikmirlər ki?

«AVROPA HƏRƏKƏT ETMİRSƏ, BU, ONUN ÖZ GÜNAHIDIR»

Rusiyanın «Qazprom» şirkətinin rəhbəri Aleksey Millerin mətbuata verdiyi müsahibələrini təhlil edən bəzi mütəxəssislərin fikrincə, Rusiya özünü bir neçə ildən sonra istifadəyə veriləcək «Şahdəniz» yatağının əsas müştərilərindən biri kimi görür. 500 milyon kubmetrlik qaz isə artıq bu yolda ilk addımlardan biridir.

Amma Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, əgər Avropa hərəkət etmirsə, bu, onun öz günahıdır:

- Azərbaycan öz qarşısında belə bir şərt qoymayıb ki, qazı Avropaya satsın. Dəfələrlə hökumət bildirib ki, qazı kommersiya şərtləriylə satacaq. Məni təəccübləndirən odur ki, «Qazprom»dan savayı başqa bir şirkətin Azərbaycanla bu cür razılığı olmayıb.

İlham Şabanın fikrincə, yaxın 10 ildə «Nabucco»nun reallaşacağı gözlənən deyil.

«BU ADDIM ÖLKƏNİN RUSİYADAN ASILILIĞINI ARTIRDI»

Digər iqtisadçı Natiq Cəfərli də deyir ki, «Nabucco»nun tikintisi üçün maliyyə tapılması elə də çətin deyil, sadəcə, bu kəmərlə daşınacaq qaz resursları kifayət etmir.

Yəni təkcə Azərbaycan və Türkmənistan qazının hesabına «Nabucco» kimi iri layihəyə qol qoymaq mənasızdır. Amma N.Cəfərli hesab edir ki, Azərbaycan bu təbii sərvətinə təkcə kommersiya kimi baxmamalıdır, bu, həm də siyasi məsələdir. Ekspertin fikrincə, Azərbaycan öz qazını Rusiyaya satmaqla strateji seçmini etdi:

- Onsuz da Rusiyanın Azərbaycana təsir rıçaqları varıydı. Bu addım ölkənin Rusiyadan asılılığını artırdı.

«RUSİYAYA VERİLƏN QAZ «NABUCCO» ÜÇÜN NƏZƏRDƏ TUTULAN YATAQDAN DEYİL»

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə deyir ki, Rusiyaya verilən qaz «Nabucco» üçün nəzərdə tutulan yataqdan deyil. Onun sözlərinə görə, başqa ölkələrlə də, məsələn, Türkiyəylə də danışıqlar aparılır. Rusiyanın «Şahdəniz» yatağından çıxarılacaq qazın da əsas alıcısı olmasıyla bağlı deyilənlərə gəlincə, N.Quliyev bildirir ki, bununla bağlı əlavə danışıqlar gedəcək.

Mətbuatda Azərbaycanın Rusiyaya qazın min kubmetrini 300 dollardan satdığı barədə məlumatlar yayılıb. Nizaməddin Quliyev deyir ki, sazişdə qiymətin kommersiya sirri olduğu göstərilib:

- Kim nə deyir desin, bu, kommersiya sirridir. Tərəflər razılaşıb ki, qiyməti açıqlamasın.

Azərbaycan qazının Rusiyaya satılmasında siyasi çalarlar varmı?

«AZƏRBAYCAN BUNUNLA MANEVR EDİR»

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, hakimiyyət qaz məsələsində də Rusiya və Qərb arasında balans saxlamağa çalışır:

- Rusiyaya veriləcək qazın həcmi Azərbaycanın qaz ehtiyatı baxımdan həlledici həcmdə, yəni çox deyil. Azərbaycan bununla manevr edir, balans adlandırdığı xətti davam etdirir. Biz Rusiyanın Azərbaycanda yeganə qaz monopolisti olmasını istəmirik.

İ.Qəmbər hesab edir ki, Azərbaycan hakimiyyətinin qaz satışına yalnız kommersiya yönümündən baxması yolverilən deyil. Onun sözlərinə görə, ölkənin Avro-Atlantik məkana inteqrasiyası kimi köklü maraqlar əsas götürülməlidir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: ELCI BEY -eskeri Şəhər: BAKI
04.07.2009 00:06
Ay qardaşlar biz bir-birimizi niye incdirik.İktidarlar gelib-gederdir.Azerbaycan qazı=Nabuka=qaz kemeriynen Türkiyeden kecmelidir.Rüsiya bize problemleri yaratmayib ki,sonrada hel etsin.

Kimdən: kimsesiz
03.07.2009 16:00
menim bashim chixmirki ,beyem bele bir qanun varki?hamimizin payi olan o servetlerin kime,nece,necheye satildigini bizlerden gizletsinler,ve adini kommersiya sirri qoysunlar,ele bil lap milleti baxcha ushaglarina donderibleree.

Kimdən: Burhan Şəhər: İstanbul
02.07.2009 10:23
Meni yanlış başa düştünüz sanıram.Ben diyorumki gazı satın rusyaya, ama sadece para için değil.Enerji dünyada büyük bir güçtür artık.Sizde de bu güç var ve de bunu kullanın.Rusyaya baskı yapın.Ermenistanı desteklemesinler.Türkiyede ermeni var doğrudur.Ama baküde de var.Yok mu? Bende Azeri kardeşlerimin refahını istiyorum.İşgal altındaki topraklarınızın boşaltılmasını istiyorum.Bunu da birtek Rusya yaptırabilir.Rusya Avrupada güçlü olmak için Azeri gazına ihtiyaç duyuyor.Avrupada güçlü olmak istiyorsa Ermenistanın işgali bitirmesini sağlasın.Şunu unutmayın Türkiyede 40 min ermeni varsa 400 min azeri vardır.Mesela benim eşimde Azeri. Biz bir millet 2 devletiz bu çok doğru.Bütün adetlerimiz öfrlerimiz geleneklerimiz aynı neredyese.
Hörmetle,

Kimdən: Ilkin
01.07.2009 16:21
Burhan bey, biz indiye qeder qazimizi Rusiyaya deyil Turkiyeye satirdiq. Hem de Avropa qiymetlerinden defelerle asagi qiymete. Bunu muqabilinde ne elde etdik? Turkiyenin Ermenistanla yaxinlasmasinin sahidi olduq. Deye bilersiniz ki, bu AKP-nin yanlis siyasetidir. Amma meni kederlendiren odur ki, Turkiye xalqi oz etirazini bildirmek yerine, serhedlerin acildigi teqdirde Ermenistanda pendirlerini sata bileceklerini planlasdirirdilar. Biz qardasiq, qoy hemise qardas olaraq da qalaq.
O ki qaldi Rusiyaya qaz satmaq meselesine, Rusiaya bir seytandir dusub bizim de sizin de daliniza. Ancaq praqmatik yanasmayla onlardan ozumuzu qoruya bilerik.

Kimdən: Rəşad Şəhər: Bakı
01.07.2009 13:53
Aşağıda şərh yazmış Türk Dostuma öz adımdan Belə Cavab vermək istəyirəm-70 il bir ölkənin əsarəti altında qalmağın nə demək olduğunu siz anlamazsınız...
Bu əsarətin səbəbinin də nə olduğunu siz Türklər yaxşı bilirsiniz...
Gəlin biz öz aramızda anlaşmazlıq yaratmayaq...
Təxminən bir ay öncə bu saytda sizin Baş Nazirin Belə bir fikrini oxudum--"Türkiyədə qanunsuz olaraq çalışan 40 mindən çox erməni var...Sadəcə onlara insani səbəblərdən dolayı Bir şey yapmıyoruz..."
Mən sizin ermənilərlə əlaqələrinizə bir söz demirəm.Siz də bunu iqtisadi əlaqələr kimi qiymətləndirsəniz yaxşı olardı :)

Kimdən: Burhan Şəhər: Istanbul
01.07.2009 10:19
Azerbaycan gazını Rusyaya satma karşılığında hiç bir siyasi beklenti elde etmedimi?Ermenistanın arkasında duran Ruslardan bu işgalin bitirilmesi için bir fayda istemedimi?Eğer sadece para için gazını Ruslara verdiyse yazık Azerbaycana.
Kendi öz tarihinize bir bakın.Ne zaman ruslardan ermenilerden bir fayda görmüşsünüz?Siz gazı ruslara satın onlarda ermeniye versin!Yani bir nevi Ermenistanın gazıda Azerbaycandan gedir.İlham Aliyev beye sesleniyorum.Gazınızı sadece para için satmayınız.Bu güç sizin elinizde vede kullanın bu gücü....Amma bir söz var...Kontrolsüz güç, güç değildir...Sizinki biraz böyle oluyo İlham bey..