Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:02

Cəmiyyət

QHT təmsilçiləri yenidən aksiya keçirməyə cəhd edib

QHT nümayəndələrinə parlamentə tərəf getməyə icazə verilməyib
Şriftin ölçüsünü dəyiş - +
Qeyri-hökumət təşkilatlarının nümayəndələri iyunun 30-da yenidən Milli Məclis qarşısında aksiya keçirməyə cəhd göstəriblər. 100-ə qədər QHT nümayəndəsi 20 saylı məktəbin qarşısında toplaşsa da, onlara parlamentə tərəf getməyə icazə verilməyib.

Özlərini təqdim etməyən mülki geyimli şəxslər aksiya iştirakçılarının «qeyri-demokratik qanuna yox», «Birləşmək hüququmuzu tanıyın» kimi şüarlarını əllərindən alaraq cırıblar.

«Azadlıq» radiosunun hadisə yerində olan əməkdaşları xəbər verir ki, yalnız 3 QHT rəsmisinə qətnaməni parlamentə təqdim etməyə icazə verilib.

Bundan öncə iyunun 19-da da Vətəndaş Cəmiyyətinin Müdafiə Komitəsinin üzvləri parlamentin qarşısında aksiya keçirməyə cəhd göstəriblər. Onlar parlamentin QHT-lərlə bağlı qanuna əlavə və dəyişikliyi təxirə salmasını istəyirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: AliResh Haradan: Baki
30.06.2009 13:01
paho o men de 11e ishlemishden Milli Meclisin qabaginda gozlemisem.Aferin onlara ! !QHT-lere Ar olsun onlara ! ! Mulki geyimli "hakimiyyet keshikcileri" ne

Kimdən: Reshad Xasayoglu
30.06.2009 12:49
Bu aksiyaya mulki geyimli polis emekdashlarinin qanunsuz mudaxilesi onu gosterir ki,Azerbaycanda polisin ishi cinayetkarlara qarshi deyil vetendash cemiyyetinin inkishafina qarshi yonelib.