Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 20:19

Verilişlər / 14-24

Gənclərin dinlərarası dialoqu Avropaya körpüdürmü?

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
İslam və xristianlıq
İyulun 25-dən 31-dək Bakıda «Gənclərin dinlərarası dialoqu Avropaya körpü kimi» adlı təlim keçirilir. Təlim Avropa Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. Müxtəlif ölkələrin gəncləri arasındakı bu dialoq-təlim daxilində fərqli dinlərdən olan avropalı gənclər məscidlərə, kilsəyə və sinaqoqa səfər edəcəklər.

Bu barədə «Azadlıq» radiosunun «14-24» proqramına layihənin nümayəndəsi Raul Gülməmmədov danışıb:

«Müasir Avropa elə bir yerdir ki, orda hər dindən olan nümayəndə yaşayır. Belə bir şəraitdə - müxtəlif sivilizasiyalardan olan insanlar bir araya gəlirlərsə, onlar arasında sözsüz ki ayrılmalar olur. Bu ayrılmaların qarşısını almaq üçünsə, dinlərarası dialoqlar təşkil olunmalıdır. Fikir ayrılıqlarını aradan qaldırmaq üçün bu dialoqların təşkili vacibdir. Məncə, bu dialoqlar müasir Avropaya doğru körpüdür».

«RADİKAL MÜSƏLMANLAR SALAM VERMİRLƏR»

İlkin Hüseyn 4 ildir ki, xristian dininin katolisizm cərəyanının nümayəndəsidir. O hesab edir ki, bu cür təlimlər tolerant, xoşxasiyyətli insanlar çərçivəsindən kənara öz təsirini göstərsə yaxşı olar. Onun Azərbaycanda qeyri-xristianlarla dialoqu isə heç də asan başa gəlməyib. İlkin deyir ki, dinlərarası dialoq deyəndə elə başa düşürlər ki, hərə öz dinini başqasına qəbul etdirməlidir: «Öz dinlərinin doğru olduğunu sübut etmək üçün müxtəlif arqumentlərə əl atırlar. Onların dialoqu bundan uzağa getməyib. Dinlərarası dialoq isə bir-birilərinin ümumi tərəfini anlamaqdır».

Bununla belə, o xristian olaraq ətrafındakılardan mənfi münasibət görməyib: «Yalnız xırda detallarda problem olur. Məsələn, deyirlər ki, sən niyə xaç taxırsan. Bəzən çox radikal müsəlmanlar pis yanaşırlar. Onlar da Məhəmməd peyğəmbərin hədisinə əsasən salam verməkdən imtina edirlər. Ancaq belə xırda xoşagəlməz hallar olur».

Raul Gülməmmədov deyir ki, «Gənclərin dinlərarası dialoqu Avropaya körpü kimi» layihəsi Avropa gənclərində islamofobiyanın, Azərbaycan gənclərində xristianlara qarşı stereotiplərin aradan qaldırılması baxımından önəmlidir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Abdulla Haradan: shirvan
13.07.2009 13:51
Avropada islamlashma gedir bizde hemisheki kimi gerileme.Biz inkishafi ancag soyunmagda goruruk eger ele olsaydi onda meshedeki meymunlar en inkishaf etmish sayilardilar cunki onlarda lut bunlarda

Kimdən: Aziz
05.07.2009 17:58
Sən onların dininə tabe olmayınca, nə yəhudilər, nə də xaçpərəstlər səndən razı qalmayacaqlar. De: “Yalnız Allahın haqq yolu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan nə bir qoruyan, nə də bir xilas edən olar.
Müqəddəs Quran, əl-Bəqərə surəsi, 120 ayə

Kimdən: KOROGLU Haradan: ATROPATEN
02.07.2009 09:03
Bize bu telim lazim deyil.Biz onsunza en tolerant ölkeyik.Gedib avropalilara öyretsinler. Ilkin Hüseyndir kimdir bilmirem, öz dinini deyisib xaç taxmaqla tolerant olmusan? İslamda nə qüsur tapdın ki, dinini ən azı bir-birindən fərqli 5 müxtəlif müqəddəs kitabı olan bir dinlə dəyişdin. Bədbəxt oğlu bədbəxt.

Kimdən: Arif
29.06.2009 16:30
Ne gozel! Belke tolerantliq nehayet ki muselmanlara da gosterildi - Azerbaycanimizda! Mescidleri belke daha qapamadilar ve sokmediler. Dini fealiyyete tezyiqler etmediler. Allah elesin. Kashki olkede sinaqoqalara, kilselere olan munasibet butun mescidlerimize de gosterilerdi. Tolerantliq yaqin buna xudmet eder, inshallah.

Kimdən: Ağabala
29.06.2009 16:04
Avropa maya buraxır ki, Azərbaycanda özünün 5-ci sütunun yarada bilsin. Qorxuram ki, bizim camaat həmişəki kimi yaxşı cəhətlər əvəzinə mənfi cəhətləri qəbul etsin. Avropanın dinini qəbul etməyin, onlar özləri 500 ildən çoxdur ki, bu dini inkar etməyə başlayıblar. Onun əvəzinə Avropanın təşkilatlanmaq bacarığını, şüurunu, səriştəsini nümünə götürün.