Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

«Məcbur elədilər ki, bəyənməlisən, mən də bəyəndim...»

Bakı metrosunun «İçərişəhər» stansiyası

Bakı metrosunun «İçərişəhər» stansiyası

28.06.2009
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov «Azadlıq» radiosunun suallarını cavablandırır :

- Son vaxtlar metronun bir neçə stansiyasına partlayıcı yerləşdirilməsi barədə məlumat yayılıb, hərçənd təsdiqlənməyib. Zənglərin artmasının səbəbi nədir və Neft Akademiyasına hücumdan sonra metroda hansı əlavə təhlükəsizlik tədbirləri görülür?

-Metroda təhlükəsizlik tədbirləri daim görülüb. İyulun 1-dən əlavə 16 nəfər sutka ərzində metropolitendə nəzarət sistemi yaradıb. Metroda monitor sistemi var, təklif var ki, vaqonlarda da monitor quraşdırılsın. Hələ ki bununla bağlı danışıqlar gedir.

- Tağı müəllim, əgər metro girişindəki polislər sərnişinlərin çantalarını bəzən yoxlamırsa, onda sərnişin metroda özünü necə təhlükəsiz hiss edə bilər?

-Bu sistem başqadır, bunun mənə aidiyyatı yoxdur. Əvvəl heç olmasa onlara əmək haqqını mən verirdim. İndi nə maaşlarını verirəm, nə bir şey. Onlar sərbəst strukturdur. Metrodan 750 min sərnişin istifadə edir, növbədə olan polislərin sayı isə təxminən 60-65 nəfərdir. Bunlar nə edə bilər? Bir-birimizə nəzarətçi olmalıyıq, eyni zamanda biz yeni sistem də təklif etmişik, görək nə alınır. Bu planı ətraflı açıqlamaq istəməzdim.

- Bir müddətdir İçərişəhərə avtobus işləmir, indi də üstəlik metronun İçərişəhər stansiyasının iyul ayında müvəqqəti olaraq bağlanması barədə məlumatlar var. Necə bilirsiniz bu əhalidə haqlı olaraq narahatçılıq yaratmayacaq ki?

-Metronun İçərişəhər stansiyasının bağlanması danışıqlardan asılıdır. Əgər sentyabr ayına qədər ekskalatorların dəyişdirilməsini başa çatdırsalar, bağlanmayacaq. Yox, əgər gördük ki, sentyabra qədər mümkün deyil, ola bilsin 1-2 aylıq bağlandı. Hələlik bağlanmaq haqda söz-söhbət yoxdur.

- «İçərişəhər» stansiyasının yeni xarici görkəmi ilə bağlı müxtəlif fikirlər var, siz necə bu quruluşu bəyənirsinizmi?

-Bəyənməsəydim, onu eləyəndə deyərdim bəyənmirəm. Deməli məcbur elədilər ki, bəyənməlisən, mən də bəyəndim. Artıq tikilib, heç bir müzakirəyə ehtiyac yoxdur. Yaraşıqlı bir şeydir, demək olmaz ki çox pisdir. Yüz söz deyə bilərik, onsuz da aydın məsələdir, kimsə nə isə deməlidir.

- Metropolitenin yeni stansiyalarının açılışını nə zaman gözləmək olar?

-«Azadlıq» stansiyası dekabr ayında açılacaq.

- Yeri gəlmişkən «Azadlıq» stansiyasının ərazisində bir qrup qaçqın məskunlaşmışdı və köçmək istəmirdi. Onların məsələsi necə həll olundu.

-Evtikmə kombinatı tərəfdə onlara yer verilib, tikilənə qədər də aylıq kirayə haqqı verəcəklər həll olunacaq. Nə qədər pul verilir, onu bilmirəm vəsaiti Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi verir.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: azadliq
07.07.2009 16:55
metro girish chixishlarindaki butiklerin agila sigmayan ayliq arenda pulu hara getdiyine aydinliq getirerdin ay Tagi muellim,nagil danishmagdansa

Kimdən: elman Şəhər: baki
07.07.2009 15:20
t.ehmedovun bir muavini bir defe dedi ki kohne guneshli stansiyasi bizim uchun maraqli deyil. sorushmaq isteyirem bu tereflerde yashsayan metroya uzun yol qet edenler onlar uchun adam deyiller? (xezer,shixlinski, mehmadarov, yeni ve kohne guneshli, hovsan, zig,turkan, naxcivanski v.s yuz minlerle insan yashayan yer neden strateji sayilmir. ancaq kasib rayonudur deyemi? en cox metro bu terefe lazimdir cenab t.ehmedov. cavabiniz sag olun

Kimdən: namiq
02.07.2009 10:46
Tagi muellim, yaxshi olar ki, metrodan dilenchileri yigishdirasiniz.Seher -axsam ovqatimizi telx edirler

Kimdən: ramin Şəhər: baki
30.06.2009 11:33
Tagi mellim yaxsi organizator ve teserufatcidi, kash butun idareler metro kimi geliz bir sistem kimi duz isleyerdi..Tagi mellim kend adami kimi danisir, ama metro yaxsi isleyir, sagolsun

Kimdən: Haci Şəhər: NY
30.06.2009 04:48
EN azindan Ny-daki metrolardan daha temiz ve daha yaxsidir bizim metrolar

Kimdən: Rovsen Nesirli Şəhər: Baki
29.06.2009 17:49
Yəqin bu sözə görə Tağı Əhmədovu bir xeyli "burcudacaqlar".

Kimdən: Anar Şəhər: Baki
29.06.2009 15:11
Ay camahat yene bir duzemmeli ishleyen metrodu. bunada shukur.

Kimdən: Şahin
29.06.2009 11:41
Bir məsəl var: "dil çaşar düzünü deyər." Təki hər bir yuxarıda oturanlarımızın dilləri belə tez-tez çaşıb düzü söyləyə idilər... Onda bəlkə biraz demokratikləşəydik.

Kimdən: Zaman Şəhər: Baki
29.06.2009 11:34
Taghi mellim interviewlarini TVde de defelerle baxmisham.Chox demiyecem ama dogurdan da metronu bele bir shexse hevale etmek agilsizligdir.O metronu shexsi mulkiyyeti kimi gorur. Amma ola da biler ki kimlerse serf edir Taghi muellimin bu vezifeni tutmasi.

Kimdən: bomzh Şəhər: xaraba
28.06.2009 17:52
Belesavadsiz insanlar olkeni idare edir.Yazig AZerbaijan ,kimlerin ellerinde galmisan.
    Növbəti 
Səhifə (2)