çərşənbə, Oktyabr 22, 2014 Bakı vaxtı 14:37

Cəmiyyət

Bəhram Bağırzadə: "Allahın rəhmi gəldi, düz yola çəkdi məni"

Multimedia

Səs

BƏHRAM BAĞIRZADƏ
• 1972-ci ildə Bakıda anadan olub.
• Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.
• O həm də karikatura çəkir, əsərləri fərdi sərgisindən başqa bir çox sərgilərdə də nümayiş olunub.
• Amma təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda bu adamın tanınmasında müstəsna rolu “Şən və Hazırcavablar” kubunda -“Bakılı Oğlanlar” komandasındakı çıxışları oynayıb.

-Vaxt ayırıb studiyamıza gəldiyiniz üçün sizə təşəkkür edirik.

-Siz sağ olun ki, lazımlı bilib məni dəvət eləmisiniz. İnanıram ki, bu isti gündə söhbətimiz də səmi, isti keçəcək.

- İsti sıxır sizi?

-İsti də əladır. Tanrı bizə göndərib bu gözəl havanı və biz bu günümüzə də şükr eləməliyik.

-İşləriniz necə gedir?

-İşlərim şükr Allaha əla gedir. Bir Tanrı bəndəsi olaraq əgər səhər oyanmışamsa, yaxşı əhval-ruhiyyədəyəmsə, qulağım eşidir, danışa bilirəm, səhhətim yaxşıdısa və Azadlıq radiosu da yada salıb məni dəvət edirsə deməli şükr Allaha, işlər əladı.

-Təsəvvür edək ki, bir gün yuxudan ayılırıq, danışa bilmirik və ya gözlərimiz görmür. Onda nə eləmək lazımdır, yenə şükür etməliyik?

-Bəli şükr eləmək lazımdır, çünki ondan da pis ola bilərdi. Mənim aləmimdə əgər insan ayılıb görsə ki, danışa bilmir, birinci düşünməlidir ki, bu nədən irəli gəlir və günahı ilk növbədə özündə axtarmalıdır.

Tanrı rəhmdildir. Və müsəlman namaz qılanda hər dəfə dua edir ki, ay Allah əgər mənim günahım varsa onun cəzasını bu dünyada ver, axirət gününə saxlama. Gör insanın nə boyda günahı olmalıdır ki, səhər yuxudan oyananda dili tutulsun, danışa bilməsin.

Amma, əgər artıq bu başına gəlibsə yenə də şükr eləməlisən ki, Tanrı sənin cazını bu dünyada verdi və ondan da pis şeylər ola bilərdi.

- Özünüzdə günah axtardığınız vaxt olub?

- Bəli. 10 il əvvəl daxilimdə mübarizə gedirdi. Allahın rəhmi gəldi, düz yola çəkdi məni. Ona görə də rahatam.

-İçinizdə belə bir mübarizənin gələcəkdə baş verə biləcəyi ehtimalı var ya yox?

- Hər gün dua edirəm ki, nələrdən uzaqlaşmağa çalışmışam və əksəriyyətinə nail olmuşam, yenidən içimdə o mübarizə getməsin.

-1972-ci ildə anadan olmusunuz. 72-dən 2009-a nə tapmısınız?

- Çox şey tapmışam. Ailə, ailə üzvləri və sairə. Amma ən əsası Allahın yoludur ki, onda rahatlıq tapmışam. İtirdiklərim də var əlbəttə.

Bu yaxınlarda atam dünyasını dəyişdi, 72 yaşında.

Baxmayaraq ki, bu itkini həzm etmək çox çətindir mənimçün, amma şükürlər olsun ki, o doğrudan da dəyəprli həyat yaşamışdı və tanıyanlar da bunu deyir.

-Hər halda iman adamı başqalarından fərqli olaraq belə halları nisbətən rahat keçirməlidir.

-Dua edirəm ki, Allah o dünyasını versin. Mənim də əməllərim bu dünyada düz olsun ki, Tanrı o dünyada görüşməyimizə imkan yaratsın.

-Tanrı sizi niyə yaradıb?

- Deyə bilmərəm niyə. Amma yəqin ki, alnımıza yazdıqlarını həyata keçirmək üçün. Və mənim də hesab edirəm ki, ən birinci vəzifəm balalarımı düzgün böyüdüb tərbiyə etməkdir. Necə ki, valideyinlərim belə edib.

- “KVN” sizdən nə aldı?

- Karl Marks deyib ki, «vaxt gələcək insanların hər şeyi olacaq, bircə vaxtı çatmayacaq».

Bax “KVN” məndən həmin vaxtı aldı. Vaxt Allah tərəfindən verilən bir bərəkətdir. Onun içində ruzi də var. Həmin vaxtı elmə sərf edə bilərdim.

Digər tərəfdən isə Tanrı 90 -cı illərdə hər gün məğlubiyyətlərlə üzləşən bu millətə həmin komandanı yetirdi ki, biz qalib gələk və insanların qəlbində qələbə ümidi yaradaq. Ola bilsin ki, bizim də o mərhələdə vəzifəmiz bu idi. Tanrı belə məsləhət görmüşdü.

İndi isə balalarımı böyüdürəm. Maksimalist deyiləm. Dua edirəm ki, Tanrı balalarımı dolandıra biləcək, yaxşı tərbiyə edə biləcək qədər ruzi göndərsin. Artıq istəmirəm. Bir də uşaqlara yaxşı təhsil verə bilim. İmkan olsa xaricdə. Ancaq respublikaya qayıdıb öz xalqına qulluq eləmələri şərtilə.

-Niyə xaricdə təhsil alsınlar?

- Çünki Azərbaycanda indi təhsil sistemi çox aşağı səviyyədədir.

-Nə vaxt həyəcanlanırsınız?

- Savadsız insan görəndə həyəacanlanıram, özümü çox pis hiss edirəm.

-Bəs özünüzdən savadlını görəndə nə edirsiniz?

-Baş əyirəm qarşısında və heyfslənirəm ki, əvvəlki illərimdə niyə mən bu elmə yiyələnməmişəm. Çox şeyləri bilmirəm. Elə öz sənətimdə də. Və çalışıram ki, vaxt tapıb kitablar əldə edim, öyrənim.

- Səhnədən adamlar necə görünür?

- Bimirəm necə görünür. Amma «Planeta parni iz Baku» teatrının rəhbəri Tahir İmanovdan xahiş eləmişəm ki, gələcəkdə tamaşanın sonunda – final musiqisi səslənəndə aktyorlar səhnəyə əllərində böyük güzgülərlə çıxsınlar və tamaşaçılar özlərini bu güzgülərdə görə bilsinlər.

- Bəs tamaşaçıların arasından özünüzü gödüyünüz olur?

-Əlbəttə olur. Və istəməzdim ki, mən o obrazların arasında olam. Bundan ötrü daxilimdə mübarizə də gedir. Məsələn fikirli olaraq birməyib maşını işıxforun qırmızı işığında sürmüşəm və bundan çox əziyyət çəkmişəm. Halbu ki, bu gün Bakıda maşını qırmızı işıqda sürən hələ bir əda ilə də ətrafına baxıb «qəhrəmanlağını» başqalarının da gördüyündən əmin olmaq istəyir.

-Niyə insan belə olur?

-Məncə bu ilk növbədə imansızlıqdan irəli gəlir, yəni Allah qorxusu yoxdu onda. 2-cisi bu mədəniyyətsizlikdən irəli gəlir. 3-cü də savadsızlıqdan. Almaniyada yol hərəkəti qaydalarını pozmağa, xüsusilə maşını səxoş idarə etməyə görə çox ciddi cəza nəzərdə tutulub. Məncə, bizdə də belə etsələr pis olmazdı.

-Sizcə bu effekt verər?

-Mənə elə gəlir ki, əgər istənilsə – yəni "bu belə olmalıdır" deyilsə, bir günə bu problemi həll etmək olar.

-Kimi axtarırsınız tez-tez?

- Son zamanlar - atamı. Baxmayaraq ki, 16 yaşımdan çalışıram. Asılacağım olmayıb. Fəhləlikdən başlamışam, bu günə gəlib çıxmışam. Maddi tərəfdən yox, amma mənəvi tərəfdən dayağımı itirmişəm. Ona görə doğrudan da bir az çətinlik çəkirəm həyatda.

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (5)
Növbəti
Kimdən: Ceyhun Abdulla Haradan: Baki
08.07.2009 19:27
SAlam doslar.
Esas odur ki, insan tam səmimi danışır.
Bir də ki, Allahın yaratdığı bir insan hər sözündə yaradanını yad edirsə burada nə qorxulu iş var ki.
Gəlin üzdə özünü vətənpərvər göstərib kabinetlərdə rüşvətsayanlardan qorxaq...

Allah hamımızın köməyi olsun.

Kimdən: Sago Haradan: Moscow
08.07.2009 19:04
Maryamka (Italiya), sorusmag eyib olmasun, bes suze hansi sozder xos gelir ki, her cumlenin evvleinde axirinda istifade edek. Sen kontaaltini ver maaa, men saa s udavolstvem pomogu. Nu davay, ne propaday!

Kimdən: ETIBAR Haradan: QARACUXUR
08.07.2009 16:14
GOZAL INSANDI DUYGULANDIM.ALLAH URAYINCAN VERSIN.

Kimdən: ilham Haradan: Russya
06.07.2009 12:26
Mənim Bəhramə cox hörmətim var.Bir insan kimi cox sağlam duşunur.Mən russya kanalinda(TNT- Comedi Klab) ermeni KVN iştirakcilari gorende cox isteyerdimki bizim bakili oğlanlar hansiki bu ermenileden milliyon kere talanlidir onlarda bele bir program teşkil edeydi russya televizya bazarin elden buraxmiyaydilar .Orda azerbaycanlilarda var iydi onlari uzaglaşdirdilar Tahir ,sonra Kerimov.Ve Bizim Vanşteyinde produserdir .Men cox isteyerdim bizi Bəhram kimi hemişə gənclər Russyada iştirak edərək Aərbaycanan olan gəncləri ireli cekeydiler.

Kimdən: i.azər
04.07.2009 21:53
Taleh, qardaşım
bu linklərə gir özün oxu.

http://tr.wikipedia.org/wiki/V._Behram

http://tr.wikipedia.org/wiki/Sasani_%C4%B0mparatorlu%C4%9Fu

Eger alınmasa Google də bahram gur yaz wikipediadan oxu.

hörmətlə

Kimdən: taleh Haradan: qebele
04.07.2009 13:55
"BEHRAM GUR" olub bir vaxtlar.bilen var "gur" ne demekdir?

Kimdən: ruhid Haradan: Gedebey
03.07.2009 14:09
Behram muellim heqiqeten de teriflere layiq insandi.Insallah tanri onu ser quvvelerden qoruyacaq.

Kimdən: Maryam Haradan: Italiya
01.07.2009 20:59
"Məncə bu ilk növbədə imansızlıqdan irəli gəlir, yəni Allah qorxusu yoxdu onda. 2-cisi bu mədəniyyətsizlikdən irəli gəlir. 3-cü də savadsızlıqdan."
adicillighi xoshuma gelmedi,her derdin koku savadsizliqdir, birdeki her cumlesini Allah ile bashlayir....elelerden qorxuram

Kimdən: Müəllim Haradan: Böyük Türküstan
01.07.2009 19:27
Bəhram əsil bakılıların, Azıri türklərinin layiqli təmsilçisidir.Maşallah, ağıllı, hazırcavab və ləyaqətini yüksək tutan insandır. Allah onun atasına rəhmət eləsin, Amin! Çünki o rəhmətlik belə ləyaqətli övlad tərbiyə edib. Şou aləmində belə özünə və auditoriyasına hörməti daim gözləyən insanlar, yazıqlar olsun ki, azdır.

Kimdən: Re: kamil
01.07.2009 14:31
Jale olmasin, Sonti olsun. Behram "muellimin" shekillerin sok reklaminda gormushem.
Səhifə (5)
Növbəti

Oxuyan gərək...