Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


İqtisadiyyat

«Nabucco»ya bu dəfə Amerika qoşulur

ABŞ Dövlət katibi Hillari Klinton Türkmənistan xarici İşlər naziri Rəşid Meredovu qəbul edir, Vaşinqton, 24 iyun 2009

ABŞ Dövlət katibi Hillari Klinton Türkmənistan xarici İşlər naziri Rəşid Meredovu qəbul edir, Vaşinqton, 24 iyun 2009

25.06.2009
Yerində sayan Transxəzər və «Nabucco» layihələrinə təkan verməyə bu dəfə Amerikanın özü qoşulub

«Nabucco» düyününü açmağa bu dəfə Amerikanın özü qoşulub.

«Azadlıq» radiosunun əldə etdiyi məlumata görə, Türkmənistanın xarici işlər naziri Rəşid Meredova Amerika səfərində kimlə görüşməyi, nədən danışmaq məsləhətlərini elə bu yaxınlarda Aşqabadda olan Riçard Morninqstar verib.

Rəşid Meredovun Vaşinqton səfəri haqda Türkmənistanın Amerikadakı səfirliyi söz demək istəməyib.

Ancaq Amerika hökumətində Avrasiya enerji məsələləri üzrə xüsusi səfir Riçard Morninqstar «Azadlıq» radiosuna deyib ki, söhbət enerji layihələrindən gedir.

Morninqstar deyir ki, Türkmənistanla qaz əməkdaşlığı Amerikanın diqqət mərkəzindədir, Meredov ExxonMobil və Chevron kimi neft nəhənglərinin nümayəndələri ilə görüşəcək.

Maraqlıdır ki, Amerika ilə Türkmənistanın qarşılıqlı investisiya müqaviləsi yoxdur. Bu məsələ 1991-ci ildə gündəlikdə idi, ancaq 1994-cü ildə Türkmənbaşı buna son qoydu.

İndiki prezident Qurbanqulu Berdıməhəmmədov son vaxtlar ixrac məsələsində Rusiyadan asılılıqdan qurtarmaq istəyir, bunun da bir yolu «Nabucco»dur. Xəzər dənizi ilə Azərbaycana, buradan isə Türkiyə vasitəsilə Avropaya getməli olan bu kəmərə Türkmənistanın 10 milyard kub metr qaz verəcəyi gözlənilir. Azərbaycan isə 8 milyard kub metr qaz verməlidir. Ancaq Morninqstar deyir ki, bu 8 milyard rəqəmi ilkin rəqəmdir, sonra bundan qat-qat çox veriləcək.

Morninqstarın fikrincə, çətini kəməri işə salmaqdır: ««Nabucco» işə düşsə, Türkmənistan daha çox qaz verəcək. Şimali İraq qazı da gəlsə, Azərbaycanın da böyük qaz ehtiyatı var, o da gəlsə, Türkmənistandan daha çox qaz gələcək».

Xəzərdə Türkmənistanla Azərbaycanın qaz yataqları mübahisəsini isə Morninqstar həll olunan sayır. O deyir ki, sərhəd məsələsinə toxunmadan mübahisəli Kəpəz yatağını birgə işləmək olar, təki Xəzərlə qaz gəlsin.

Morninqstar «Azadlıq» radiosunun yalnız bir sualına cavab verməyib - Vaşinqtonda Meredovdan soruşulacaqmı ki, Türkmənistanda insan haqlarının durumu niyə belədir?
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: terlan Şəhər: baki
30.06.2009 11:07
Mence bizim qazi rusiya satmagimiz cox duzgun addimdi.Amerikaya ve ya avropaya umud ederek oturub gozlemeye deymez eger onlar NABUCCO lahiyesinin bash tutmasini isteyirlerse gerek konkret addimlar atsinlar.O ko qaldi Qarabag meselesine bunu ozumuz hell etmeliyik birbash Rusiya ile ozumuz raziliga gelmeliyik.Prezidentimizin addimi cox duzgundur.

Kimdən: zorge Şəhər: LITVA
27.06.2009 18:04
Tessufler olsun ki ruslar bu gunki hakimiyyetin rushvetxorlugundan istifade edir.Hami bilir ki Garabag ruslarin eliyle gedib.Bir millondan cox gacgin 1990 -cu ilin ganli 20 yanvar hadiseleri Garabag bu du bize ruslarin verdiyi hediyyeler.Rus hakimiyeti nece ki hiss etdi gaz Evropaya cixacag ve bundan sonra o Azerbaycana teesir gorsede bilmeyecek,Azerbaycani yeniden teleye salmaga gelirler.Hami bilir ki bu gun Azerbaycan milletin birinci Garabag meselesi maraglandirir.Ona gore ruslar Bakiya Azerbaycan milletin TELEYE salmaga gelirler.Azerbaycan nefti gazi rusiyaya yox Evropaya satmalidi.Eyer biz gazi nefti Evropaya satsag ister istemez Amerika Evropa Turkiye kimi olkeler bizim arxamizda duracag.Ruslardan ne geder uzag gezsey cox xeyir taparig.

Kimdən: ELCI BEY -eskeri Şəhər: BAKI
25.06.2009 18:24
Biz bir millet olaraq,Kepez neft yatagını bırge ıslede bılerık.

Kimdən: Mübariz Şəhər: Bonn
25.06.2009 17:56
Här sheyi Qärb vä ABSH belä istiyir deylä gözüyumlu etmäyä qalxmamaliyiq. NABUCCO mäsäläsindä Rusyayi göz önündä saxlamaq lazimdir