Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

«Gün gələcək Elçibəyi yox sayanlar pis vəziyyətdə qalacaq»

Prezident Elçibəy «Azadlıq» meydanında. 23 iyun 2008

Prezident Elçibəy «Azadlıq» meydanında. 23 iyun 2008

24.06.2009
“Əbülfəz bəy siyasəti çox gözəl bilirdi. Onunla bağlı irəli sürülən fikirlər – “yox, şair ruhlu idi, yox, siyasəti bilmirdi” – bunlarla qətiyyən razılaşmaq olmaz.

Bəy siyasəti dəqiq bilirdi. Çox uzaqgörən bir insandı. Azərbaycan keçmiş sovet respublikaları arasında rus əsgərinin çıxarıldığı çox az ölkələrdən biridir. Bundan böyük siyasi məharət nə ola bilərdi”.

Azərbaycanda milli azadlıq hərəkatının rəhbəri olmuş mərhum prezident Əbülfəz Elçibəy haqda bu fikirləri Azadlıq Radiosuna danışdığı xatirələrində TRT-nin Yayın və Denetleme Kurulunun üzvü Selcuk Alkın söyləyir.

S.Alkının Ə. Elçibəylə yaxın münasibətləri olub – o öz xatirələrini bölüşərkən Azərbaycanda keçmiş prezidentin doğum gününün rəsmi səviyyədə anılmamasına da təəssüflənib.

“Tarixi dəyişdirmək mümkün deyil. Bəy Azərbaycanın demokratik seçkilərlə seçilmiş ilk prezidenti idi. Azərbaycan xalqı üçün, Azərbaycan türkləri üçün müstəqil dövləti demək olar ki, Bəy qurub.

Əbülfəz Elçibəy Kələkidə. 1996
Onu yox saymaq tarixə qarşı çıxmaqdır. Gün gələcək, onu yox sayanlar özləri çox pis vəziyyətdə qalacaqlar. Xalqın azad iradəsi ilə hakimiyyətə gələn adamı necə yox saymaq olar?

Bunu nəinki siyasətçi, insan kimi də qəbul eləmək mümkün deyil”.
S.Alkın eks-prezidentin türk dünyasının birliyi uğrunda, İrandakı azərbaycanlıların hüquqları uğrunda çalışmalarını da xatırladaraq “bunları da ancaq böyük siyasətçi edə bilərdi” deyir.

S. Alkın “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyasının nümayəndəsi kimi dəfələrlə Azərbaycanda olub – elə Ə.Elçibəyin də son günlərinə qədər onun yanında olub.

S.Alkın Ə.Elçibəylə hələ 1989-cu ildə ilk dəfə Azərbaycanda olarkən – Bakıda müstəqillik uğrunda mitinqlər zamanı tanış olduğunu deyir. “Elə o günlərdən Bəydə insana və millətinə olan böyük sevgini görmüşdüm. Mənim üçün onunla tanış olmaq böyük fəxrdir”.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (4)
Kimdən: Hemid
08.07.2009 17:42
Elchibey ola biler humanist bir insan idi. Men razi. Amma o hemde burnunun ucundan uzaqi gormeyen bir shexs idi. Bir deste qiyamchinin qabaqindan qachdi. Halbuki o donem Azerbaycan tarixinde belke de en mesuliyyetli meqam idi. Hakimiyyeti Heyder Eliyeve Verdi – bu ise onun Azerbaycanin geleceyine vurduqu zerbe idi. Ozunden sonar partiyasi da param-parcha oldu.

Kimdən: Turk Şəhər: Turkustan
08.07.2009 12:36
Boyuk insanlari zaman da unutdura bilmir!

Kimdən: Nevin Şəhər: Baki
08.07.2009 12:06
Hamimiz yazirik , ve her defede kecmise donub tarihin kanli sefelerinden danisrik, ancak hec ozumuze sual vermiri ki bizler bu kun Azerbaican ucun ne edrik? ve ya bu kun Aliyevlerin Kralkini bizler yaratmadikmi? Bu kun bizler dovlet deyib neden suzuruk ve ne ucun susmaki kabul etik? bizler deyildikmi ki Przident seckilerinde kiskiran ki I. Aliyevden baska liderimiz yokdu? ona korede kelin Ə.Elçibəyi rahat buraxa ki o dunyada ise sakit yasin!

Kimdən: ozer Şəhər: ankara
08.07.2009 00:28
Elcibey gercekten durust dogru insan idi.Ancak gunumuzde durustlugun ve dogrulugun kıymeti yoktur..Rusya Elcibey'i devirdi..Yerine aliyev i getirdi..Ustune Karabag'ı Rusya isgal etti..Azerbaycan ve Ermenistan da butun hukumetler Rus yanlısıdir.Rus hegemonyasını kıramadıkca bu ulkeler hicbir zaman bagımsız olamaz!

Kimdən: QƏMLİ* Q*QƏMİLİ *Q Şəhər: GÖYLƏRDƏN
07.07.2009 13:55
Ey insan!bilmirəm kimsən, nəçisən özüvü yığışdır!Axırımcı xəbərdarlığımdır!,birdə mənim adımdan istifadə etməyin!.Birdə ki, mind you own of bisunes okey!

Kimdən: QƏMLİ* Q * Şəhər: UZAQLARDAN
07.07.2009 10:46

Həqiqətən mən yanılmışam.Ümüdlə qurduğum arzuları heçə vurdun?.Bu nə deməkdir?

Kimdən: millatci Şəhər: azarbaycan
07.07.2009 04:00
sharhlari oxudum.an cox ZIRVEDEKI-nin yazilari asil haqiqata uygun oldugunu qabul etdim.bali hokumdarin urayi yanmalidi mamlakatina.amma lazim galdikda gucunu gostarmalidi,cunki onun dushmani dostdan cox olur.marhum ELCIBAY haqiqatan asil turk oglu va vatanparvar idi afsuslar atrafindakilar satqin cixdi.indida oturub deputad kursusnda nagil danishirlar (kecmish muxalifatcilar).ALLAH RUHUNU SHAD ELASIN ELIN BAYI..........

Kimdən: AliSh
06.07.2009 04:09
Zirvedeki seninle 90% raziyam yaxshi sherhdi. lider yumshaq olmamalidi

Kimdən: Ali
06.07.2009 04:07
Qz sen Promtda tercume elemisen o sozleri?)

Kimdən: Eldar Şəhər: Rusiya
06.07.2009 01:02
Allah rəhmət eləsin.Öz ömrünü xalqa məhz ƏBÜLFƏZ bəy bağışladı.
    Növbəti 
Səhifə (4)