Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Bloqlar / Hüseynbala Səlimov

AXC yenidən bərpa oluna bilərmi?

23.06.2009
Azərbaycan müxalifətinin bir qrup lideri mitinqdə. 26 noyabr 2005
İndi diqqət daha çox İrandakı hadisələrə yönəlsə də, ölkə daxilindəki proseslər də az maraq kəsb etmir. Diqqətçəkən hadisələr yetərincədir…

Məsələn, hakim partiya bu vaxta qədər qanunlarda mövcud olan nisbətən liberal maddələri sərtləşdirməklə məşğuldur. Sanki YAP, onun deputatları və məmurları qonşuluqdakı proseslərdə nəzərə çarpan güzəştin olmamasından ilham alırlar. Hər şeyi, elektron və kompüter mediasını, hətta QHT-ləri nəzarətə götürmək üçün əllərindən gələni əsirgəmirlər...

Cəmiyyət və müxalifət isə seyrçi mövqeyindən əl çəkə bilmir. Bu qədər dövr keçib, böyük olaylar baş verib, amma ölkə müxalifəti hələ də öz aralarında əməkdaşlıq və birləşmək formullarını tapa bilmir. Bunu müxalifətin üzvlərinin də bir qismi etiraf edir. İndi yeni ideya ortaya atılıb. Söhbət Azərbaycan Xalq Cəbhəsinin (AXC) bərpa olunmasından gedir...

«Super» təşkilat yaratmaq ideyası çoxdan səslənirdi. İndi bu, AXC-ni bərpa etmək formasında peyda olub. Birinci dəfə bu ideya mərhum eks-prezident Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıdandan sonra səslənmişdi. Amma həmin vaxt bu mümkün olmadı. Hətta 1998-ci ildə öz aralarında vahid namizədi müəyyənləşdirə bilməyən AXCP ilə Müsavat seçkini boykot etmək qərarına gəldilər. Amma yaxın tarixi də unutmaq mümkün deyil. Bir vaxtlar yaradılmış Demokratik Konqresdən bir formul kimi niyə istifadə edilməsin?

Azadlıq meydanı, 1988-1989
İndi bu ideyanın, yeni AXC-nin bərpa olunmasının həyata keçməsini mane olacaq faktorlar çoxdur. Ən böyük neqativ cəhət ondan ibarətdir ki, müvafiq partiyaların hər birinin nomenklaturası formalaşıb. Əgər AXC yaranarsa, onun rəhbərliyi necə formalaşacaq? Təbii ki, yeni birliyin əsasını AXCP, Müsavat və AXCP-nin klassik qanadı təşkil etməlidir.

Amma bir məsələ yenə də problem kimi qalır. Məsələ bundadır ki, özünü tarixə proyeksiya etmək və bununla müəyyən qədər siyasi gündəmdə qalmaq bir o qədər də gənc üsul deyil. Hətta belə fikirlər var ki, Müsavat partiyası başqa ad altında yaradılsaydı, bu, Heydər Əliyevin və indiki prezidentin Demokratik Respublikaya və onun banilərinə münasibətini bəlkə dəyişərdi, çünki müsavatçılıq və Müsavat deyəndə onlar indiki müxalifətçi Müsavat partiyasını nəzərdə tuturlar. Düzdür, burada başqa detal da az rol oynamır. YAP Azərbaycan respublikasının banıisi kimi Heydər Əliyevi görür və bunu hamıya təlqin etməyə çalışır...

AXC-nin bərpa edilməsi haqda fikirlər səslənərkən istər-istəməz bütün bunlar yada düşür. İndi bir çox strukturları Demokratik Respublika dövründəkilərlə bağlamağa cəhd edirlər. Ancaq bu, nə qədər uğurludur? Belə cəhdlər bir çox hallarda həmin tarixi simvolların deqradasiyasına gətirib çıxarmırmı?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Yeni Fikirci Şəhər: Bakı
26.06.2009 17:16
Muxalifeti tenqid edenlere de, onu terifleyenlere de irad tutmaq olar. Elə bilməyin ki, AXC yaransa nə isə dəyişəcək. AXC-dən də uğurlu variant 2005-ci ildə yaradılmış "Azadlıq" bloku idi. Amma 4 mandat bu blokun taleyini həll etdi. Səbəb isə o oldu ki, 2000-ci ildə də Əli Kərimli parlamentə gedib. Yazıqdır bu millət, niyə aldadırsız. Biz meydanda ona görə başımızı dubinka qabağına verməmişdik ki, Pənah Hüseyin, Cəmil Həsənli, Arzu Səməsbəyli, İkram İsrafil, İltizam Əkbərli və Nəsib Nəsibli deputat olsun. Əgər məqsəd həqiqətən də deputat olmaq idisə niyə Ruslan Bəşirlini qurban verdilər. Çünki hər seçkinin qurbanı bir partiya olurdu, 2005-in də qurbanı "Yeni Fikir" oldu. İndi onu yada salan da yoxdur axı. Ayıbdır ay millət, ay müxalifət. Əgər yenə də son məqamda köhnə intriqalar ortaya çıxacaqsa, bu fikri qapadın. Çünki beş-altı üzvlər də imtina sizdən imtina edəcək.

Kimdən: Naile Şəhər: Baki
26.06.2009 12:18
AZERBAYCAN XALQ CEBHESI BERPA EDILMELIDIR,NE QEDER KI, XIRDA-XIRDA PARTIYA VE TESKILATLAR VAR BIR O QEDER DE KLAN REJIMINE QARSI MUBARIZE APARMAQ CETINDIR.QARSIDA BOYUK ISLER DURUR:BUTOV AZERBAYCAN MESELESI VE ESL DEMOKRATI DOVLETIN QURULMASI. ISGAL OLUNMUS TORPAQLARIN GERIYE QAYTARILMASI ISE BU FONDA COX ASANLIQLA HELL ETMEK MUMKUN OLACAQ.

Kimdən: S
25.06.2009 18:25
UŞAQLARI DA DEYİR ATA ANAMIZ İŞƏ GEDİB. DEMİR Kİ KÜÇƏDƏ QIŞQIRMAĞA GEDİB ))))

Kimdən: anar Şəhər: Baki
25.06.2009 11:08
Xəyanətkarlar tərəfindən tarixin yaddasina gömulmus AXC haqda danismaq gulməlidir həmkar.Gəl özumuzu dunyaya guldurməyək. Sadəcə İsa Qəmbərin basi xarab olub.

Kimdən: Demokrat Şəhər: Amerika
25.06.2009 09:52
Mence AXC ideyasinin bir esas menfi terefi var. Hokumet bu ada, bu brende qarshi kifayet qeder qara piar aparib onu hormetden salib. Bu adi camaata yaxshi bir ideya kimi anlatmaq lazim oldughundan chox vaxt teleb edecek. Ikincisi ise her defe Musavat AXCP ile real birlik ideyasi ortaya atanda araya bir kohne intriqa da girir - cebhe adina ora bashqa adamlari da soxmaq - meselen Mirmahmud. Bu neye lazimdi? Iki iri partiya kishi kimi, bir de tekrar edirem kishi kimi oz aralarinda razilashsinlar ve duz-emelli birlik yaratsinlar. Onlara ne qeder "partiya"-nin qoshulub-qoshulmamasindan asili olmayaraq, Eliyevlerle mubarize uchun kifayet qeder guclu bir koalisiyanin esasi qoyulacaq.

Kimdən: Firudin Allahverdi Şəhər: Bakı
24.06.2009 05:04
İlham bəy, məncə də XC brendi uğursuz variantdır. Müəyyən müsbət, həmçinin bir çox mənfi stereotiplər yarana bilər insanların arasında. Başqa adlar düşünmək olar - məsələn Azərbaycan Dirəniş Hərəkatı və s...
Amma əsas problem "Prezident kim olsun?" sualıdır. Bu məsələ də Qarabağın status probleminə bənzəyir. Məncə müxalifət ortaq məxrəcə gəlib nisbətən gənc birini yetişdirib, o insanın ətrafında birləşməlidir.
Məgər şərtdir ki, c-b Qəmbər, ya da c-b Kərimli prezident olsun?
Mən onlardan soruşmaq istərdim: məqsəd nədir, hər hansınızın prezident olması, yoxsa məmləkətin ağ günə çıxması?
Bu sual yalnız onlara deyil, hər birimizə aiddir və mən 2. cavabı seçirəm.

Kimdən: Ebulfez Şəhər: Baki
23.06.2009 22:41
Məncə,bu birliyin gerçekləşməsində ən çox maraqlı olan siyasi partiyalardır.Bu ən yaxşısıdır və bundan narahat olmaq da lazım deyil.
Bir gənc kimi biz birgə mübarizənin qələbəsinə inanırıq.
bomzhun rəyinə hörmətlə yanaşaraq soruşuram.Əgər sizin inam ölçən cihazınız varsa paxıl olub gizlətməyin.Gətirin biz də ölçək görək xalq kimə nə qədər inanır.
İKincisi əziz bomzh,deyin,Allah xatirinə indi on ildən sonra sizin simanız xarabalıq bayquşları üçün köhnə sima olacaq? Bu nə yanaşama?Müxalifət lideri bəyəm maşındır,xörəkdir nədir ki,köhnəlsin.Reallıq hislərinizi itirməyin.Əksinə o liderlər daha çox təcrübə qazanıb bu illər ərzində.
Siz isə gedin xarabalığa,burada ümidsizlik toxumu səpməklə məşğul olmayın.

Kimdən: Cebheci genc Şəhər: Baki
23.06.2009 22:11
Hamini bu ideyani desteklemeye cagiririq.Biz haziriq...
Xalq muxalifete inamin her seckide gosterib.Biz xalqin inamini bununla mueyyen edirik.

Kimdən: Naseh Şəhər: BAKI
23.06.2009 18:27
Dahiyanə fikirdir.İsa bəydən ricam budur ki, bu ideyani davamlı olaraq cəmiyyətin
şüuraltıcına təcir etmək üçün gündəmdə saxlasın.

Kimdən: Ramil Şəhər: Baki
23.06.2009 17:37
Bugünki iqtidarın 2008-ci ildə müxalifət olmayacaq fikri puç olub. Bugün nəinki müxalifət partiyaları, bu avtoritar siyasətə etiraz edən müstəqillər də artır. AXC-nin yenidən yaradılması partiya yaratmaq demək deyil. Sovetdən belə mürtəce quruluşa qarşı bütün təşkilatların öz haqları uğrunda xalq hərəkatı şəklində mübarizəyə qalxmasıdır.
Müxalifət yoxdur - deyib qaça bilərsiniz. Sual budur: Harayacan?
    Növbəti 
Səhifə (2)