Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Bahalı Bakı

«Azərbaycan paytaxtı ancaq varlılar üçündür»

«Azərbaycan paytaxtı ancaq varlılar üçündür»

22.06.2009
«Eca İnternational» veb-saytı Bakının adını dünyada ən bahalı şəhərlər sırasında çəkib. 50 şəhər arasında Bakı hətta Moskvanı da qabaqlayır, Azərbaycan paytaxtı bu siyahıda 20-ci yerdədir, ötən ilsə 109-cu yerdə olub. Amma bu araşdırma əcnəbilərə münasibətdə aparılıb. Yəni Bakı bura gələn xaricilərə fantastik qiymətlər təklif edir.

SƏSİNİ EŞİDİB QİYMƏTİ QALDIRIRLAR

Altı ildir Bakıda yaşayıb-işləyən Türkiyə vətəndaşı Eyyub Koksal bu rəylə razıdır, deyir ki, Bakı bahaçılıqda Avropanın bir çox şəhərlərini qabaqlayır. Eyyub danışır ki, dünyada qiymətlər düşdüyü bir vaxtda onun Bakıda xərcləri günü-gündən artır, məsələn, qaldığı evin yiyəsi kirayə haqqını artıq 500 manata qaldırıb. E.Koksal əvvəllər yeməyə restorana, kafeyə gedirdisə, indi bazarlığını edir, qolunu çırmalayıb aşpazlıq öyrənir:

- Bəs bazarlıq edəndə, xarici olmanız qiyməti qaldırmır ki?

- Əlbəttə, nə qədər ki, susub dururam, qiymət hamı üçün necədirsə, mənim üçün də elədir. Elə ki, danışdım, qiymət qalxır. Amma birtəhər bazarlığımı edirəm, baxıram, yerli alır, arxasınca da mən istəyirəm ki, satıcılar qiyməti qaldıra bilməsin. Amma Bakı çox bahalı şəhərdi. Birtəhər dolanırıq burda.

QİYMƏT ƏCNƏBİNİ DƏ QORXUDUR, YERLİNİ DƏ

Hollandiyalı Sofiya isə deyir ki, o, Bakıya gələndən xərcləri planlaşdırdığıyla üst-üstə düşməyib, elə bahaçılıqla üzləşib ki, matı-qutu quruyub.

Bakıda elə mağazalar var ki, ordakı qiymətlər adi dükanlardan xeyli fərqlidir, burdan əsasən bir şəhərin imkanlı sakinləri alver edir, bir də əcnəbilər. Məsələn, şəhərin «Torqovı» deyilən küçəsində duran taksi sürücülərinin çoxu 2 km-lik məsafəyə ən azı 20 manat istəyirlər, çünki adətən onların müştəriləri əcnəbilər olur.

Amma Bakı təkcə əcnəbilər üçünmü bahalı şəhərdir?

30 yaşlı Rüfət deyir ki, Azərbaycan paytaxtı ancaq varlılar üçündür:

- Sözün düzü, hər şey bahadır. Yemək, geyinmək, hədiyyələr…Məncə, Bakıda əhali belə yüksək maaş almadığı üçün qiymətlər baha sayılmalıdır.

Bəzi yerli sakinlər isə hesab edirlər ki, Bakıda işləyən xaricilər yüksək əməkhaqqı aldığı üçün onların gileylənməsinə əsas yoxdur. Bəzi sakinlər də Bakını elə də bahalı şəhər saymırlar, bir neçəsi isə deyir ki, qiymətlər pis deyil, amma pul olsa.

«BU, TURİZM AXININA DA MƏNFİ TƏSİR EDİR»

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə deyir ki, Bakını xaricilər üçün əsasən yaşayış xərcləri baha edir. Yəni otelə düşən əcnəbilər bir gecə üçün az qala dünyanın ən bahalı şəhərlərindəki mehmanxana qiymətinə bərabər pul ödəməli olurlar. Yerlilərin də bahaçılıqdan gileylənməsinə gəlincə, Q.İbadoğu deyir ki, neftdən varlananların əksəriyyəti Bakıda yaşadığından onların xərclədiyi pullar paytaxt bazarlarına da təsir edir. Nəticədə imkansız adamlar bahaçılıqdan əziyyət çəkməli olurlar.

Qubad İbadoğlu deyir ki, Bakının dünyada bahalı şəhər imiciylə tanınması ölkə paytaxtına turizm axınına da mənfi təsir edə bilər.

Bəs siz necə bilirsiz, Bakı əcnəbilərə niyə bahalı görünür?
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (4)
Kimdən: x Şəhər: y
06.07.2009 16:50
Eger biri mene teklif elese ki, gel ermeni vetendashi ol, ve hec vaxt azerbaycana qayitma. memnuniyetle olardim. Hec olmasa onlar oz milletlerin qaygisina qalir.

Kimdən: x Şəhər: y
06.07.2009 16:46
x i kenddeki qiymeti = y.
transporter optavoya verir 2y - e
optavoy maqazine 4y - e
maqazin verir 8y - e
indi deyin gorek kendlinin veziyeti indi yaxshidi yoxsa qiymetler qalxmamishdan evvel
inanin ki bu hele sahibkarlarin eli ile gelende bele olur
Hesablayin gorek x memurun eline kecibse,
y = ?

Kimdən: Alima Şəhər: Oslo
06.07.2009 14:41
Bahaligin gorxusundan Bakiya bu ilki seferimi texire saldim.

Kimdən: taleh Şəhər: Qebele
04.07.2009 14:12
hətta şəhərin mərkəzindəki "second hand" magazasinda köhnə paltarlar "Laçin" "Binə" "Vagzal"daki tezə paltarlardan qat-qat bahadır.Eləcə də Mərkəzdəkilərin Kənardakılara qarşı münasibəti yuxaıdan aşağiyadır

Kimdən: Ferid Şəhər: Baki
25.06.2009 19:32
az qalib narahat olamayin lap az
Qabon,Nigeriya,bonbeyin gunune dusheceymiz gun elede uzaq deyil

Kimdən: Spartak Şəhər: Qullar diyarı
25.06.2009 13:19
Qiymətlər günü- gündən təyyarə kimi qalxır.Camaatı da diriyiblər 300-400 manata adında qoyublar ki, yüksək əmək haqqı,o da ki ayın o başına çatmır. Qarnımı gücnən doyurub, əynimə heç nə ala bilmirəmsə,özümdə borcun içində üzürəmsə bunun nəyi yüksək əmək haqqı oldu.Özümdə gündə minimum 12-14 saat işləyirəm

Kimdən: Ferman Şəhər: isvec
24.06.2009 23:45
ona göreki dunyanin en bahali besh ölkesinde( isvec.norvec.danimark island.fillandiya)bele bahalilig yoxdu.gunahkar xalgdi.her bir xalg yasham terzin özu secir.

Kimdən: Mübariz Şəhər: Bonn
24.06.2009 22:20
Män bundan bir nechä ay ävväl yazmishdim ki Maliyyä Böhrani qida sektoruna kechäcäk vä bahalashma olacaq bunun qarshisini alin. Ancaq bunu edäcäk kadirlar olmadigindan bunu bashara bilmädilär. Mänä görä Azärbaycanda känd täsarifati lazimi qaydada deyil vä dünyadaki Maliyyä Böhranida buna äklänincä bahalashmagin qarshisini ala bilmädilär.

Kimdən: nmk
24.06.2009 12:11
Mensur, menim vecime deyil,Luandada qiymetler bahadir ya yox.Ve Bakida da ve elece de olkemizin 4 bir yaninda qiymetlerin bahali olmasi hech de qebahet deyil.Men yazmishdim ki, eger maashlar da yuksek olarsa ve tedricen artarsa ve buna muqabil olaraq da qiymetlerin artamasi da meqsedemuvafiqdir.Ve men bu fikirleri soyleyen de , suni bahachiligi nezere almiram.

Kimdən: namiq
24.06.2009 10:55
Mensur qardash, biz hech de dunyadan bixeber deyilik.Narxozu da bitirmeshim , diger yerleri de.Yeni demek istetirem ki, qiymetlerin artiminda bir o qeder de arzuolunmaz bir shey yoxdur.Kime lazimdir, maashlarin 10-15 dollar olmasi,keyfiyyetsiz erzagin su qiymetine olmasi,binalarin ucuz olmasi.Men yazdim ki, maashlar da yuksek olsun, ve buna muqabil de qiymetler de bahali olsun.Yeni istehsalchilar da, xususen de kendliler de ozlerine gun aglasinlar.Her halda sene de xosh olmaz . goren de ki kendli ana-bacilar kuchede istehsal etdikleri mallari deyer-deymezine satirlar.
    Növbəti 
Səhifə (4)