Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Dünya

Iranda qanlı toqquşmalarda ölənlər var

20 iyun 2009. Tehranda etraz nümayişləri

20 iyun 2009. Tehranda etraz nümayişləri

21.06.2009




DEVİD MİLİBAND: "XARİCİ ÖLKƏLƏR  İRANDA  ETİRAZÇILARA  DƏSTƏK  VERMİR" 


Bunu Böyük Britaniyanın xarici işlər naziri David Miliband deyib.

O İranın daxili işlərinə qarışmamaqla bağlı prezident Mahmud Əhmədinejadın çağırışına cavab olaraq belə deyib.

Miliband deyib ki, öz hökumətini seçmək İran xalqının, ədalətli seçkilərə təminat vermək isə İran hakimiyyətinin işidir.

O əlavə edib ki, bu cür toqquşmalar yalnız İranın beynəlax aləmdə imicinə xələl gətirə bilər.




 

20 İyun 2009. Tehranda qanlı toqquşmalar davam edir





DÜNƏN TEHRANDA BAŞ VERMİŞ TOQQUŞMALARDA AZI  10 ADAM ÖLÜB


 

 
İrandan son xəbərlər
 

Dünən Tehranda nümayişçilərlə polis arasında baş vermiş toqquşmada azı 10 nəfər ölüb, 100-dən çox adamsa yaralanıb.

Məlumatı İranın dövlət televiziyası yayıb.

Dövlət televiziyası polislə toqquşanları terrorçu qrup kimi qələmə verib.

İngilis dilində yayılan " Press TV" həmçinin dünənki toqquşmalarda 2 yanacaqdoldurma məntəqəsi və 1 məsçidin yandırıldığını, polis məntəqəsinə hücum edildiyini xəbər verir.

Qərb agentlikləri isə şahidlərə istinadla hökumətpərəst hərbi Bəsic qrupunun nümayişçilərə atəş açdığını xəbər verirlər.
 

20 iyun 2009 Tehran. Etiraz aksiyasının iştirakçılarına qarşı gözyaşardiçi qaz tətbiq olunub



TEHRAN POLİSİ MUSAVİYƏ XƏBƏRDARLIQ EDİB

Tehranın polis rəisi muxalifət lideri Mirhüseyin Musaviyə xəbərdarlıq edib ki, istənilən iğtişaşa qəti cavab veriləcək.

Polis rəisi İsmail Əhmədi Müqəddəm Musaviyə göndərdiyi məktubda onu quldurlar üçün gizli, qanunsuz mühit yaratmaqda günahlandırıb.

Bu barədə İran qəzetləri xəbər verir.

Həmçinin ölkənin təhlükəsizlik şurası bundan əvəl müxalifət liderlərinə xəbərdarlıq edib ki, istənilən qanunsuz aksiyaya görə məsuliyyət daşıyacaqıar.


MUSAVİ : " İRAN İSLAM RESPUBLİKASI YALAN VƏ FIRILDAQDAN TƏMİZLƏNMƏLİDİ"

Bunu müxalifət lideri Mirhüseyin Musavi internetlə yaydığı bəyanatında deyib.

İyunun 12-də İranda keçirilmiş prezident seçkilərində Mahmud Əhmədinejadın qalib gəldiyi bəyan edildikdən bu yana ölkədə kütləvi etiraz aksiyaları keçirilir.

Nəticələrin saxtalaşdırıldığını deyən müxalifət təkrar seçki keçirilməsini tələb edir.

Dünən polis Tehranda nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz, su və dəyənəklərdən istifadə edib.

Dövlət kütləvi informasiya vasitələrinin məlumatına görə bir nəfər özünü İran İslam İnqilabının lideri Ayatolla Ruhulla Xomeyninin məqbərəsi yanında partladıb.
(məlumatlar videonun altında davam edir. Təqdim olunan video Tehrandakı hadisələrin iştirakçıları tərəfindən lentə alınaraq "YouTube" yüklənib. İranda tətbiq olunan senzura səbəbindən görüntülərdəki hadisələr haqda məlumat almaq mümkün deyil)

JavaScript söndürülüb, ya da Adobe Flash Player-in köhnə versiyasıdır. Flash Player-in son versiyasını yüklə

Yüklə


Nəticədə iki nəfər ölüb, 8 adamsa yaralanıb.

Dövlət televiziyasının məılumatına görə nümayişçilər bankların pəncərələrini sındırıb, avtobusları yandırıblar.

İranın ali dini lideri Ayatolla Əli Xamenei nümayişlərə son qoymağa çağırıb.

İnqilab Şurası dünən ölkədə yaranmış vəziyyəti müzakirə etmək üçün yığışsa da müxalifət liderləri Mirhüseyin Musaviylə Mehdi Karrubi sesiyanı baykot ediblər.

Şura bülletenlərin 10 faizini yenidən saymağa hazır olduğunu bildirsə də müxalifət bununla razılaşmır.

ABŞ prezidenti Barak Obama İranın hakim dairələrini öz xalqına qarşı güc işlətməməyə, söz və sərbəst toplaşma azadlığına hörmətlə yanaşmağa çağırıb.

Həmçinin Avropa Birliyi hakimiyyəti dinc nümayişlərə müdaxilə etməməyə çağırıb.

Dünən Almaniyada İran müxalifətinə dəstək olaraq nümayiş keçirilib.

Hamburqda etiraz aksiyasına çıxmış minlərlə iranlı təkrar seçki keçirilməsini tələb edib.


TEHRANDA TOQQUŞMALAR DAVAM EDİR


Tehranda polislə müxalifət tərəfdarları arasındakı toqquşmalarda partlayış baş verib.

Partlayış İslam inqilabının lideri Ayətullah Xomeyninin mavzoleyi yaxınlığında törədilib. Terrorçu-kamikadzenin özü həlak olub, iki nəfər isə yaralanıb.

Məlumatı yerli KİV-lər yayıb.

Bundan əvvəl isə Tehranda müxalifətin nümayişini dağıtmaq üçün polis gözyaşardıcı qaz, su şırnaqları və dəyənəklərdən istifadə edib.

Nümayişçilər prezident Mahmud Əhmədinejadın tərəfdarlarının qərargahını yandırıblar.

Müxalifət iddia edir ki, iyunun 12-də keçirilmiş prezident seçkisinin nəticələri saxtalaşdırılıb, nəticələrə yenidən baxılmalıdır.

Rəsmi məlumatlara əsasən isə, seçkini hazırkı dövlət başçısı Mahmud Əhmədinejad udub.

İyunun 19-da İranın ali dini lideri Ayətullah Əli Xamneyi də seçkiləri ədalətli sayıb. O, nümayişlərin dayandırılmasını tələb edib.

 

 
 

 

 

 

Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Natiq M Şəhər: Sumqayıt
22.06.2009 09:37
İslam düşmənlərinin növbəti dayanacağı İRAN. İndi də oranı qarışdırırlar. Ən dəhşətlisi də budur ki, İran iqtidarı İraqın SƏDDAM HÜSEYN iqtidarı kimi düşmənlərin əlinə əla fürsət - ÜMUMXALQ NARAZILIĞI fürsəti verir.

Kimdən: Akif Şəhər: toronto
22.06.2009 07:34
Helbetde allah butun olenlere rehmet elesin. Lakin biz ilk novbete bizim Cenublu Gardashlarimizin geydine galmaliyig. Odurki gerek dushunek ki bu veziyet Cenub Azerbaijana ne kimi tesirler ede biler .
Yashasin Vahid Azerbaijan !!!!

Kimdən: emil Şəhər: almaniya
22.06.2009 00:55
Bu rejim artig basini itirib. Bilmir nä etsin. Ägär hadisälär belä davam edärsä bu onlarin sonu demäkdir. Onlar häftä ärzindä törätdikläri cinayätä görä cavab veräcäklär. Gec tez hag ädalät yerini tapacag insaallah. Bir täräfdän bu hadisälärin sonunu säbirsizliklä gözläyiräm ona göräki üräyim agrayir o gänclärä millätinnän asili olmayarag hamisi bizim balalarimizdi. Bir täräfdän basa düsürämki ägär bu xalg häräkati geri cäkilsä häps olunan minlärlä minlärlä cavanlar edam olunacag.Bu mäni gorxudur. Älimizdän nä gälir biz sadä azärbaycanlilar sizä yalniz mänävi dästäk verä bilirik. Allah bu necä gündä väfat edän insanlara rähmät(onsuzda onlarin yeri behistdir) galanlariniza can sagligi versin. Amin. Tezliklä öz arzulariniza catasiz. Tutulan insanlara AZADLIG AZADLIG AZADLIG amin

Kimdən: Rufat Şəhər: Baki
21.06.2009 22:59
eeeeyyyyy ilham eliyev narahat ol!!!! diktatura rejimler bir bir tarixin arxivine gedir

Kimdən: Nemran Şəhər: Ukrayna
21.06.2009 22:05
Amma gelin heqiqeti etiraf edek Iran Iraq olmayacaq......bir de ki bu igtisaslar olub-olub dayanacaq ve qarsisi alinacaq....nece deyeller.....panika panika yaratmayaq.......

Kimdən: Kamil
21.06.2009 21:32
Allah Islam dovletini daim qorusun. Amin.

Kimdən: emil Şəhər: almaniya
21.06.2009 16:10
Iranda täkcä 20 june dä ölänlärin sayi 13 kecib.Allah onlarin hamisina rähmät eläsin amin!Halal olsun oradaki baci vä gardaslarimiza.Gün o gün olsun ki gurtulasuz bu rejimnän.Bu rejimin axir näfäsidi. bu sayta dünän www. youtube daxil oldum vä bu sujet mäni vä ailä üzvülärni cox mäyus etdi. Amma xais ediräm üräyi saglam olmayanlar, usaglar baxmasin. dBasij militia killed a young woman in Iran ( Kargar St.) June 20 ...

Kimdən: MIkayil Şəhər: Baki
21.06.2009 14:46
Demokrariya elə bir şeydi ki, onu heç bir diktatura dayandıra bilməz. İran xalqını tamami ilə dəstəkləyirik, arzulayırık ki, tezliklə molla rejimindən qurtulsunlar və Yaxın Şərqin bütüm terorcu şəbəkələri öz maliyyə dayaqlarından məhrum olsun. Demokratiya hər yerdə QƏLƏBƏ çalacaq.

Kimdən: Aqshin Şəhər: Baki
21.06.2009 14:25
Bilmirem butun bunlarin axiri neye getirecek.Ama Iran hokumeti dogurdan da Islam hokumeti olmasindan vaz kechmelidir.Mence artiq mexanizm ishde dushub, ve inshallah yaxinlarda demokratik dunyevi bir hokumet gurarlar.

Kimdən: agshin Şəhər: baki
21.06.2009 14:07
dunenci toqqusmalarda an azi 13 nefer helak olub.olenleri terorist adlandirirlar ,eslinde en boyuk teroris ozleridir.
    Növbəti 
Səhifə (2)