Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

Gədəbəyi sel aparır

Güclü yağış Gədəbəyə xeyli ziyan vurub

Güclü yağış Gədəbəyə xeyli ziyan vurub

19.06.2009
Leysan yağışlar dağlarda çayları daşırır. Gədəbəydəki Cəfərli çayının daşması ilə sel üç körpünü tam yuyub aparıb.

Bu barədə «Azadlıq» radiosuna Gədəbəy rayon İcra Hakimiyyəti başçısının müavini Qüdrət Paşayev məlumat verib. O bildirib ki, iyunun 18-də axşam saat 20 radələrindən güclü yağış dağlarda daşqına və mal-qara tələfatına səbəb olub. Bundan başqa, Arıqıran kəndində təsərrüfat sahələri məhv olub. Evlər su içində qalıb. Dəyən ziyan rayonun Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırılır.

Ötən günlərdə Gədəbəyə dolu düşməsi nəticəsində Fövqəladə Hallar Komissiyası 1366 nəfər rayon sakininə zərər dəyməsini müəyyən edib. Rayon mərkəzi, Ərtəpə, Söyüdlü, Qaradağ və Arıqdam kəndləri daxil olmaqla 27 min 566 dam örtüyü sıradan çıxıb, 450 hektara yaxın təsərrüfat sahəsi məhv olub.

Q.Paşayev həmçinin dolu nəticəsində 96 ədəd elektrik, 50-yə yaxın telefon dirəyinin və 229 qaz sayğacının yararsız hala düşdüyünü bildirib.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: ağabala Şəhər: Bakı
19.06.2009 12:08
Maraqlıdır Fövqəladə Hallar Komissiyası 1366 nəfər rayon sakininə zərər dəyməsini necə müəyyən edib