Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:13

İqtisadiyyat

Azərbaycanı yaxın gələcəkdə nə gözləyir?

Davamlı korrupsiyaya, formal və qeyri-formal monopoliyalara görə biznes üçün mühit əlverişsiz olaraq qalacaq
Şriftin ölçüsünü dəyiş - +
Londondakı «Economist Intelligence Unit» təşkilatı ötən ay Azərbaycanla bağlı proqnozlarını yayıb. Qurumun Azərbaycanın yaxın gələcəyi ilə bağlı gözləntilərini təqdim edirik:

DAXİLİ SİYASƏT SAHƏSİNDƏ

2008-ci ilin oktyabrında yenidən prezident seçilən İlham Əliyevi görünür, ikinci dönəmdə çətinliklər gözləyir. Səbəb də beynəlxalq iqtisadiyyatın zəifləməsi və neftin qiymətinin düşməsidir.

2009-cu ildə keçirilən referendumla Konstitusiyaya edilən dəyişiklik İlham Əliyevə 2013-cü ildə keçiriləcək prezident seçkisində də iştirak etməyə imkan verir.

Ona görə İlham Əliyevin həmin seçkidə iştirak edəcəyi və ya xanımı Mehriban Əliyevanın, yaxud da bir inandığı adamın prezident seçilməsini təmin edəcəyi gözlənir.

Buna baxmayaraq, qarşıdakı illərdə gözlənən xaricdəki zəif iqtisadiyyat Əliyevin indiki ikinci prezidentlik dövrünü əvvəlkindən daha çətin edir.

Xaricdən gələn neft pullarının qəfil azalması prezidentin siyasi elitanı dəstəkləmək imkanlarını zəiflədir.

İqtisadiyyat zəifləyən kimi siyasi mübarizənin güclənəcəyini, proqnozlaşdırıla bilməyən siyasi mühitin yaranacağını demək olar.

Əliyevin idarətməsindən narazılığın artması da gözləniləndir. Siyasi elitanın narazı üzvlərinin fəallaşacaqları da gözləniləndir. Xüsusilə iri şəhərlərdə işsizliyin artması sosial gərginliyə katalizator ola bilər.

Amma hökumət hər hansı etiraz nümayişinə icazə verməyəcək və «Economist Intelligence Unit»in mütəxəssisləri hesab edirlər ki, Əliyev və onun müdafiəçiləri siyasi səhnəyə nəzarəti yenidən əllərinə alacaqlar.

XARİCİ ƏLAQƏLƏR SAHƏSİNDƏ

Qarşıdakı illərdə Azərbaycan öz xarici siyasət istiqamətini balanslaşdırmaqda çətinlik çəkəcək. Azərbaycanın enerji ehtiyatları üçün Rusiya ilə Avropa Birliyi arasında rəqabətin güclənəcəyi gözlənir. Hazırda Bakı Qərbin və Rusiyanın təzyiqi altındadır. Qərb ondan yeni enerji layihələri istəyir. Moskva isə həmin istəyi rədd edib layihələri Rusiya ilə həyata keçirməyi tələb edir.

Bir tərəfdə də Azərbaycan Ermənistan qoşunlarının ərazisindən çıxması üçün danışıqlar aparır. Türkiyənin Ermənistanla münasibətlərinin normallaşdırılmasında müəyyən addımlar var.

Görünür, Qarabağ hələlik fikir ayrılıqları üçün əsas olaraq qalacaq. Türkiyənin Ermənistanla əlaqələri bərpa etməsi üçün Qərbin Ankaraya təzyiqləri davam edəcək.

İQTİSADİ SİYASƏT SAHƏSİNDƏ

Kommersiya banklarının xaricdən kredit almasında problemlər davam edəcək. Çox zəif iqtisadi inkişaf və neftin qiymətinin aşağı düşməsi büdəcənin gəlirlərini azaldacaq. Hökumət sosial öhdəliklərinin yerinə yetirilməsi və davam edən infrastruktur layihələrinin başa çatdırılması üçün büdcə kəsirini artırmağa məcbur olacaq.

Davamlı korrupsiyaya, formal və qeyri-formal monopoliyalara görə biznes üçün mühit əlverişsiz olaraq qalacaq.

Azərbaycanın əsas problemi neftin qiymətinin dəyişməsidir. Ölkənin xaricə satdığı malın 95%-i neftdir. Bu, büdcənin gəlirlərinin 60%-ni verir.

2009-cu ildə dünyanın neftə tələbatının azalacağı gözlənir. Ona görə də biz hesab edirik ki, bu il neftin orta qiyməti bir barelə 47.5 dollar olacaq. 2010-cu ildə neftin bir bareli 53.5 dollar ola bilər.

İQTİSADİ İNKİŞAF SAHƏSİNDƏ

Beynəlxalq iqtisadi böhranın təsirinə görə bu ilin ilk dörd ayında Azərbaycanın iqtisadi artımı 4.3 % olub. Neftin qiymətinin aşağı olduğunu nəzərə alsaq, bu ilin sonuna qədər ölkənin ümumi illik iqtisadi artımının 2.5% olacağını proqnozlaşdırmaq olar. Bu da 1996-cı ildən bəri ən aşağı göstəricidir. 2010-cu ildə isə bu artım ən yaxşı halda 4.5 % ola bilər.

Hətta, neftin qiymətində risklərə görə, 2009-cu ildə iqtisadi artım sıfırdan aşağı da düşə bilər.

İNFLYASİYA

2008-ci ildə inflyasiya 20.8 % olmuşdu. Bu il inflyasiyanın 3.5%, 2010-cu ildə isə 10%-ə yaxın olacağı gözlənir.

Biz hesab edirik ki, Mərkəzi Bank 2009-cu ilin sonu, 2010-cu ilin əvvəllərində manatın ucuzlaşıb öz nominal dəyərinə çatmasına imkan verəcək.

«Economist Intelligence Unit» haqqında qısa məlumat

«Economist Intelligence Unit» 1946-cı ildə Londonda «The Economist» qəzetinin təhlillərlə məşğul olan bir qurumu kimi yaradılıb. İndi isə dünyanın 40 ofisləri olan bir fond kimi dünya miqyasında araşdırmalar aparır.

«Economist Intelligence Unit»in analizlərindən beynəlxalq şirkətlər, maliyyə institutları, universitetlər və dövlət agentlikləri etibarlı mənbə kimi istifadə edirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: QZ Haradan: mələk
30.06.2009 16:53
O, böyük "TANRIMDAN"başqa heç kəs bilmir.
Zamana buraxaq:,ümüd edirəm ki, gələcəyimiz bundanda daha, yaxşı olacaq.Qələbəliyə doğru gedəcəyik.Bir də, sevdiyim şəxsə demək istəyirəm ki, Zaur mən uzaqda olsam belə, həmişə qəlbimin hakimi olmusan.Grateful.

Kimdən: Ali Haradan: Baki
29.06.2009 16:33
maraglidir, goresen bu informasiyani yaymag ucun Economist Intelligence Unit'den icaze almisiniz mi? indi EIU sizi mehkemeye verse nece olar? yoxsa bele fikirlesirsiz ki, "azadligi yaymag" ugrunda mubarizenizde basgalarina samil olunan gayda-ganunlar (bu halda copyright) size tetbig olunmur???

Kimdən: Racu
28.06.2009 17:25
insallah yaxsi olar...mende ozum fiziki sexs kimi Havalandirma Ventilyasiya isleri gorurem...........elimde sadece bir sadliq sarayi var...................ancaq bunu deye bilerem meni yaxsi analdiniz.......!!!!!!!

Kimdən: Hidayet Haradan: Bakı
26.06.2009 00:36
Hörmetli yurtdaşlarım!Bu geder nankor olmag olmaz!Son 10 ılde vetenimizde şexsi evlerin tikilişi(çoxmetrtebelileri demirem!)texminen 10 defe,şexsi maşınların sayı ise 1000 defe artıbdır!Eceba bu tikintilerde yaşayan ve o maşınları süren bizler deyilikmi?Rayonlarda bele artıg onlarla şadlıg evleri tikilib ve vetenimizde bir günde toylarda bişirilen xörekler ve içilen içkiler 5 Latviya kimi dövletde yaşayan vetendaşların bir illik yemeyi ve içmeyinden çoxdur!Sovetlerin zamanında bir tayfanın yalnız bir neferinde tek bir Jiguli variydısa indi ele kendimiz yoxdurki onun her bir kişisinin maşını olmasın!Geyim-keçiminizdeki nezui-billahi İngilis Lordlarınkınından ferglenmir!Yaxşı daha ne isteyirsiniz bu hakimiyyetden?Nazir olmag könlünüzden keçir ve onların varını heç növ hezm ede bilmirsiniz! Axı hamı nazir ola bilmez!Birde garantiya varmıki Siz Kemaleddin Heyderovdan ve Ya Ziya Menmmedovdan yaxşı olacagsınız?(men deyerdimki onlarda 100 gat pis olardınız).Vetebnimizde bu gelişmeleri görmek istemeyen bir toplumun Prezidentine menim yazığım gelir ve onun emeyi bir gün bizim gözümüzden geler!!Allahdan gorxmursunuzmu?!!

Kimdən: Qəbələli Haradan: Qafqaz
24.06.2009 13:59
salam millət. Menim fikirlesdiyim bir "atalar sözü" - Bu gün dünənin meyvəsidir və sabahın toxumudur.- Gələcəkdə nə olacaq bir Allah bilir. Arzu edirəm ölkəmizdəki kasıblar varlansın.

Kimdən: ss Haradan: Rushvete Son!
19.06.2009 10:54
biznes muhuti dogrudan cox acinacaglidi,ona gore siravi Baki ehli Moskva ehlinden daha cox pul odeyir gida ve geyri-gida mehsullarina. tanidigim bir turk ish adami oz fabrikasini artig kocurur Gurcustana, deyir orda en az 600-1000 adam ishleyecek, onsuzda mal ixracat ucun nezerde tutulmusdu, Batum ve Poti'den rahat ixrac edecek malini, Azerbaycana gelme sebebi 'Gardaslig'ideyasi idise getmek sebebi Korrupsiyadir...

Kimdən: Ramil Haradan: Baki
19.06.2009 05:01
Bizim korrupsionerlərin yaxın gələcək nəyinə lazımdır.Onlar öz qohumlarının uzaq gələcəyinin firavanlığını da təmin ediblər.

Kimdən: MMM Haradan: BAKI
19.06.2009 03:03
BIZIM DUNYA ILE NE ISHIMIZ? "EJDAHA EMI" OZU BILIR NEYLEYIR)) DARIXMAYIN.MILLET HER SHEY YAXSHI OLACAQ.

Kimdən: Ilgar
19.06.2009 02:51
Yaziq millet hokumet onlarin qaygisina galmayib. Neftin cox cuzi bir hissesinden gelen gelirler Azerbaycana galir qalan esas hissesi qerb sirketlerinin ciblerine axir. Indi ise xaricilerle muqavile sona yetemek uzredir onlarda bunu uzatmaq isteyirler. Ona gore bele meqaleler yazirlar. Bir terefdende ki, Rusiya. Yaziq bu milletin hayina.

Kimdən: Vuqar-patriot
19.06.2009 02:37
Azerbaycanin geleceyi parlaqdir sadece bizi menevi olaraq sindirmaq isteyirler. her sey ozumuzden birde Allahdan aslidir kimisin bizim geceymiz haqimizda demeye sadece haqqi yoxdur. Qoy here oz papagna yiye dursun. Gelib bize proqnoz vermesin.
Allah bize sebr versin
Səhifə (2)
    Növbəti