Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 13:39

Verilişlər / İşdən sonra

İsa Qəmbər: «Cəmiyyətin ayağa qalxacağı gün yaxınlaşır»

«Cəmiyyətdəki bu ifrat müdriklik Azərbaycan xalqına uzun əsrlərdi xasdır»
x
«Cəmiyyətdəki bu ifrat müdriklik Azərbaycan xalqına uzun əsrlərdi xasdır»

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Müsavat Partiyasının başqanı İsa Qəmbər «Azadlıq» radiosunun «İşdən sonra» verilişinə müsahibə verib. Müsahibənin maraqlı məqamlarını təqdim edirik:

- İsa bəy, Azərbaycan cəmiyyəti bu gün müqavimət göstərmək gücündədirmi?

- Bunu öncədən demək olmaz. Müqavimət gücü elə spontan baş verir ki, heç kim onu gözləmir. Bu gün hər kəs üzərinə düşən işi etməlidir. Əgər avtoritar rejim vətəndaş cəmiyyətini daha da zəiflətmək, fəaliyyətini məhdudlaşdırmaq, hücumlarını çoxaltmaq siyasəti aparırsa, təbii ki, vətəndaş cəmiyyəti də üzərinə düşən işi yerinə yetirməlidir. Hazırda QHT-lərin müqavimət çağırışı tamamilə düzgündür. Biz bir partiya olaraq buna dəstəyimizi verəcəyik.

Etirazlar iki halda müsbət nəticə verə bilər. Birinci halda Azərbaycanda ağlı başında olan hakimiyyət olsa, ikinci halda isə, cəmiyyət bütöv ayağa qalxır, etiraz, müqavimət hərəkatını formalaşdırır. Əgər birincisi yoxdursa, ikinci baş verə bilərmi? Xalq - sosioloji sirrdir. Alimlər də deyə bilmirlər ki, nəyə görə zahirən xırda hadisəyə görə xalq ayağa qalxıb haqqını tələb edir, digər tərəfdən isə, böyük bir xalq illərlə avtoritar, totalitar rejimlərə dözürlər, haqsızlığa səbrlə tab gətirirlər və ümidlərini yalnız ağ atlı oğlana bağlayırlar. Bu sirrin cavabı hələ verilməyib.

Azərbaycanda vəziyyət hələ ki «bıçağın sümüyə dirənməsi» deyil. Belə olsaydı, ağrısından insanlar dayana bilməzdi və bu bıçaq sahibini məhv edərdi. Ancaq bunu gözləməyə də ehtiyac yoxdur. Zədələnməni gözləməyə dəyməz. Mənə elə gəlir ki, bir sıra əlamətlərdən də cəmiyyətin artıq müqavimət fikrinə gəlməsi, o səviyyədə olduğu görünür. Qorxu hissi tədricən arxa plana keçir. Narazılıq hissinin artması isə açıq-aydın hiss olunur. Mən bunu bir siyasətçi kimi hiss edirəm. Cəmiyyətin hərəkətə gələcəyi gün uzaqda deyil.

- Amma bəziləri deyir ki, artıq «xalqın etiraz etmək həvəsi və gücü qalmayıb». Nəzərə alsaq ki, sonuncu böyük etirazlar 2005-ci ildə olub, bu fikir doğru deyilmi?

- Yenidən elmə üz tutum. Türkiyədəki tanınmış seysmoloqlardan biri bəyan edib ki, «çoxdandı İstanbulda orta güclü zəlzələlər müşahidə olunmur, buna görə də mən narahatam ki, böyük zəlzələ olsun». Əgər 2005-ci ildən bu tərəfə cəmiyyətdə güclü hərəkət olmayıbsa, bu, heç də o demək deyil ki, cəmiyyətin gücü tükənib. Əksinə, cəmiyyətdə gücün toplanmasından xəbər verir. Ona görə də nə hakimiyyətdəkilər arxayınlaşmasınlar ki, cəmiyyət sakit görünür, nə də dəyişiklik arzusunda olan insanlar ruhdan düşməsin ki, guya cəmiyyətin gücü tükənib. Qətiyyən belə deyil.

Bizim insanımız həddindən artıq ağıllı, praqmatik adamdır. Hətta bəzi hallarda mənim istədiyimdən daha ağıllı və praqmatik. İnsanımız elə bil ki, uğur, qələbə günü yaxınlaşana qədər gücünü sərf etmək istəmir. Deyir ki, «tam arxayın olum ki, bu gün qalxsam, bu gün hərəkət etsəm, vəziyyəti dəyişə bilərəm. Həyatımı da, sağlamlığımı da, iş yerimi də təhlükə qarşısında qoyub müqavimət göstərəcəm». Və cəmiyyətdəki bu ifrat müdriklik Azərbaycan xalqına uzun əsrlərdi xasdır. Bu müdriklik cəmiyyəti bəzən gözləmə mövqeyinə sövq edir. Ancaq ayağa qalxmaq anının da düzgün diktə edilməsinə gətirib çıxarır. Hazırda bütün əlamətlər cəmiyyətin həmin o ana yaxınlaşdığından xəbər verir. Mən hakimiyyətdəkiləri qorxutmaq üçün demirəm. Özləri bilər. Ancaq həmin gün yaxınlaşır. Cəmiyyətin ayağa qalxacağı gün yaxınlaşır.

DİNLƏYİCİLƏRİN BƏZİ FİKİR VƏ SUALLARINA CAVABLAR:

- Azərbaycanda müxalifət yoxdur. Xalqı da irəli aparan yoxdur (imzasız)

- Mən buradayam. Mənim kimi də yüzlərlə, minlərlə fədakar insanlar var ki, irəli gedirlər və getməyə hazırdırlar. Vaxtaşırı da aksiyalarla cəmiyyəti fəallığa çağırırıq. Siz fikrinizə imzanı qoymursunuz, ancaq bizim haqqımızda deyirsiniz ki, «biz yoxuq». Bir az müqayisə edin (qəzəblənir).

- İsa bəy, niyə özünüzü vətən uğrunda həlak etmirsiniz? (imzasız)

- Bilsəm ki, özümü sabah Qız Qalasından atıb vətən uğrunda intihar etsəm, sən (ismarışı göndərəni nəzərdə tutur) ayağa qalxıb mübarizəni davam etdirəcəksən, burdan, «Azadlıq» radiosunda çıxıb gedib bunu edərəm. Ancaq mən sənə əmin deyiləm. Düşünürəm ki, mən gedəndən sonra, sənin gözün daha da qorxacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (8)
    Növbəti 
Kimdən: NAILE Haradan: BAKI
06.07.2009 11:25
AZERBAYCANDA KONKRET, ARDICIL OLARAQ
DEMOKRATIYANIN INKISAF MEXANIZMLERINI HAZIRLAMAQ LAZIMDIR.HAKIMIYYET AVTORITAR ,TOTALITAR OLA BILER, BUTUN DEMOKRATIK DOVLETLERDE BELE OLUB.BUTUN DEMOKRATIK OLKELERIN DEMOKRATIYA ELDE ETMEK TECRUBELERINI OYRENIB ISTIFADE ETMEK LAZIMDIR.

Kimdən: apon Haradan: baki
05.07.2009 19:15
allah bir gun ustlerine cokecek

Kimdən: ag atli oglan Haradan: Bakli
03.07.2009 04:03
Ushagim sensen. Sene danishdim, sen de gulag asdin. Bir de balsi unutma nagillarda DIVLER de olur. Ozunu pis aparsan gelib seni yeyerler.

Kimdən: mermi Haradan: baki
02.07.2009 15:15
Ag atli oglan, o nagillari axshamlar yegin sene nenen söyleyib, ushag vaxtinda. Bura nagil yeri deyil, yaxshi olardi ki, o nagillari gedib sen de öz ushaglarina danishasan

Kimdən: KRAL Haradan: AZZARBAYCAN
02.07.2009 11:32
KIM ? SIZ ? XALQ QALXANDA SIZ NE EDECEKSIZ? SIZDE GEDIB YENE KRESLO DAVASI DOYECEKSIZ? OLMADI BU. YENE HERC -MERCLIK.
BIR ORTAQLIGA GELE BILMIRSIZ OZ ARANIZDA BIRLIK YARADA BILMIRSIZ KICIK BIR OLKENIN BU QEDER PARTIYASI OLAR?

Kimdən: Ag atli oglan Haradan: Baki
02.07.2009 05:03
Gardashlar! Men burda yazilan sherhlerin hamisini bashdan axiracan diggetle oxudum, ve bu mentige geldim ki bu millet hele de agillanmayib. Bize daha 18 il zulm edilmelidir ki, biz kimin kim oldugunu anlayag. Eslinde burada Isa beye hucum edenleri basha dushurem. Onlar oz acizliyinden dolayi hirslerini tokmeye adam axtarirlar. Biz de bir oyreshmishik ancag zeyife, elinde silahi olmayana hucum etmeye. Igtidara (duxlari) catmir soz desinler. Bezileri cox Elcibey deyirler. Hardaydi bu Elcibey sevenler onun sagliginda? Niye desteklemediniz lazim olah megamda? Bir de unutmayin ki, hakimiyyeti Elcibey goyub gacdi, Isa Gember yox. Isa beyin hachansa preziden olub olmayacagini deye bilmerem (cetin ki) amma onu size degig deyirem xalgi xilas eden ag atli oglan MUSAVATIN siralarindan yaxin zamanda chixacag INSHALLAH. Gozleyin gardashlar.

Kimdən: YAPCI Haradan: BAKI
01.07.2009 20:11
ISA QEMBER cox duzgun fikirler soyluyur. Men ona inaniram. Isa bey hec zaman hec kimden qorxmadi ve hec bir yere getmedi. Vetende qaldi...

Kimdən: mermi Haradan: baki
30.06.2009 21:58
Isa bey, sizin elece de diger müxalifet liderlerinin fealiyyeti bilirsiz kimin fealiyyetine benzeyir? Pensiya yashi catmish, ancag galib ishleyen, yari pensiya, yari da mevacib alan yarimpensionerlerin fealiyyetine...Onlar da ishlerine dirnagarasi baxirlar, sizde, onlar da günlerinin kecirirler, sizde...Indi özünüz hesablayin, sizin yashiniz pensiya yashina catib, yoxsa catmayib...

Kimdən: Anar Haradan: Bakı
30.06.2009 16:41
Sən qarşından əmin olmadıqca, qarşındakının səndən əmin olmasını gözləmə...

Kimdən: 1234567+ Haradan: 7654321-
30.06.2009 04:23
Vezife azdir,hamiya catmayacaq . Avvelden nazara alin.Vezife alsanizda hale bilinmir,ki onu icra etmeye gabiliyyetiniz catacak ya yox. Imkan verin adam kimi yashayak.Her kes oz problemini hell etsin ve bashqasina problem yaratmasin . Bazar ehval-ruhiyyesi yaratmayin.
Səhifə (8)
    Növbəti