Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 21:08

Verilişlər / 14-24

Xaricə göndərilən tələbə oxusun, yoxsa işləsin?

Təhsil Nazirliyinin rəsmisi deyir ki, qərar olmadan onlar təqaüdü artira bilməzlər
Şriftin ölçüsünü dəyiş - +
Xaricə göndərilən tələbə oxusun yoxsa işləsin? Türkiyədə dövlətlərarası müqavilə əsasında təhsil alan azərbaycanlı tələbələr hər ikisini etməli olurlar. Ankara Universitetinin tələbəsi Ramin Məcidov deyir ki, Türkiyə və Azərbaycandan aldığı təqaüdü üst-üstə qoyub bir ayı başa vurmaq olmur. Ona görə də yay tətilində də işləyir ki, növbəti dərs ilində xərclərini qarşılaya bilsin:

«BU TƏQAÜDLƏ TÜRKİYƏNİN İRİ ŞƏHƏRLƏRİNDƏ YAŞAMAQ MÜMKÜN DEYİL»

- Azərbaycandakı ailə gəliri burdakından qat-qat aşağıdır. Bu da bizə rahat hərəkət etməyə icazə vermir. Həftə sonları işləmək məcburiyyətində qalırıq. Hətta yayda evə getmirəm, Antalyada işləyirəm. Bu, evdən gələn xərclərimi minimuma salmaq üçündür. Çünki ailəmin də vəziyyətini bilirəm. Dərsləri axsatmamaqla yanaşı maddi problemləri həll etməyə çalışırıq.

Hazırda Türkiyədə 550-yə yaxın azərbaycanlı tələbə təhsil alır. Onlar yataqxana və təhsil xərcləri ödəmirlər. İldə bir dəfə olan təyyarə xərci isə Azərbaycanın üzərinə düşür. Hər tələbəyə Türkiyə hökuməti ayda 150 dollar, Azərbaycan isə 50 dollar təqaüd verir. Tələbələr deyirlər ki, bu təqaüdlə Türkiyənin iri şəhərlərində yaşamaq mümkün deyil. Ankara Universitetinin siyasi elmlər fakültəsinin dövlət idarəçiliyi bölümünün tələbəsi Sahil Bağırov:

- Bu təqaüd bir aya bəs eləmir. Tələbə də evdən pul ala bilməyəndə işləməyə məcbur olur. Azərbaycan tərəfi aylıq 50 dollar verir. Bu pul da üç aydan bir verilir. Ortalama götürsək, bir tələbə üçün 50 dollar iki həftəlik puldur. Dərs notlarını, kitab xərclərini çıxıram. Təkcə günlük yemək-içməyə çata bilər.

«HƏFTƏ SONLARI ANKET İŞLƏRİ GÖRÜRƏM»

Elgiz Qəhrəmanov Ankara Universitetinin siyasi elmlər fakültəsinin beynəlxalq əlaqələr bölümündə oxuyur. Dövlətdən aldığı təqaüd ona da çatmır. Xərclərini ödəmək üçün müxtəlif işlərə əl atır:

- İmkan olduğu qədər ailəmiz kömək edir. Olmayanda isə özüm həftə sonları, yaxud dərslərimin az olduğu vaxtlarda işləyirəm. Həftə sonları anket işləri görürəm. Hər hansı restoranda, mağazada işləmək olur. Yay tətilində gedib Antalyada, Alanyada çalışırıq. Otel işlərindən tutmuş tərcüməçiliyə qədər işlərlə məşğuluq.

Türkiyə Universitetləri Məzunları İctimai Birliyindən Çingiz Bayramov isə deyir ki, birlik xaricdə təhsil alanların təqaüdünün artırılması üçün bir neçə dəfə təkliflərlə çıxış edib:

- Ən yaxşı yol odur ki, Azərbaycanla əlaqə quran Türkiyə firmaları və ya Türkiyədə işləyən Azərbaycan firmaları o tələblərlə maraqlansın, onlara kömək etsinlər. Bizim böyük firmalarımız, eləcə də dövlətimizin əlaqədar qurumları, araşdırma aparmalıdır, Təhsil Nazirliyindən bu gənclərin siyahısını almalıdırlar ki, bizə gələcəkdə hansı kadr lazımdır. Onlar tələbələri öhdəliyinə götürə, müəyyən məbləğdə təqaüd verə bilər ki, qayıdıb gələndə də onun firmasında işləsin.

«BİZ QƏRAR OLMADAN O MƏBLƏĞİ ARTIRA BİLMƏRİK»

Təhsil Nazirliyinin xarici əlaqələr şöbəsinin müdiri Qulu Novruzov isə deyir ki, təqaüdlərin aşağı olması ilə bağlı nazirliyə tələbələr də, valideynlər də müraciət ediblər:

- Mən desəm ki, Türkiyənin verdiyi 150 dollar, Azərbaycanın verdiyi 50 dollar orada yaşamaq üçün kifayətdir, bu, həqiqət olmazdı. Təbii ki, onların valideynləri də kömək etməli olur. Diplomdan sonrakı pillələr üzrə təhsil alan tələbələrin bəziləri işləmək məcburiyyəti qarşısında qalır. Biz bu 50 dollar təqaüdü Azərbaycan hökumətinin müvafiq qərarları əsasında veririk. Bu qərar olmadan biz o məbləği artıra bilmərik.

Azərbaycanlı tələbələrin Türkiyədən aldığı təqaüd indiyədək bir neçə dəfə artırılıb. Azərbaycan tərəfinin müəyyənləşdirdiyi məbləğ isə hələ ki, dəyişilməyib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Kohnetelebe
06.07.2009 22:02
Siz yene yaxsi yasayirsiniz 93 -98 illərdə 50 dollar sədəgə verirdiler "yetimlere". Sonrada 8 "Şirike" is təklif elədilər. Ali savadli gullar ölkesi olmaqda dunyada birinci yerdeyik.

Kimdən: Türkiyede tehsil alan şexs Haradan: Türkiyenin her hansı bir şeheri
01.07.2009 16:05
Bu yazıyla çox az razıyam. Çünki dövlet olaraq bize 1 qepik bele vermeyibler. Amma rekklama gelende çox yaxşı reklam edirler. Özellikle İstanbul Konsulluğu. 4 ildi Türkiyede oxuyuram amma heç yandan teqaüd almamışam ve almıram. Bizde yalnız teqaüdü düzeldenler öz ciblerine düzeldirler. Telebelere ise heç ne vermirler. Türkiyede tehsil alan Azerbaycanlı telebeleri yalnız Türkiyenin böyük şeherlerinde tehsil alan telebeler başa düşer.

Bizde Dövletin teqaüdü yalnız varli insanların uşaqlarına verilir. Kasıblara vermirler.
Türkiyede bir mitinq olanda yaxşıca tirkalayırlar ki, size burs düzeldeceyik. Sağ olsunlar düzeldirler, Amma öz ciblerine bizim adımızdan düzeldirler.

Kimdən: Rəşad Haradan: Bakı
28.06.2009 20:41
Mən YÖS yolu ilə Türkiyədə təhsil almaq sonra ya orda qalmaq,ya da İtalyadakı qohumlarımın yanına getmək niyyətindəyəm...Bir az ağlı olan insan(özüdə hələ 16 yaşındadırsa)Azərbaycanda bir gün də qalmaz

Kimdən: orxan Haradan: ankara
28.06.2009 11:47
Dostlar men prezidentin resmi saytına tegaütlerin artırılması üçün ısmarıç yazdım mene tehsil nazirliğinnen gelen cavabı size deyim.deyillerki galdırdığınız mesele tehsil nazirliğinin imkan ve selahiyetleri xaricindedir.bes kimin selahiyetindedir? milyardlığ binalar tikiller.ora bura pulu tokuller ama azerbaycanın geleceyi olabilecey bizlere 50 dollar veriller.mence biz yox onnar utansın yerin dibine girsinner.sorada dimesinnerki gelin vetende işleyin.50 dollar tegaud alan bir telebe heç vaxt çıxıb gelen değil.xarice geden galır hele orda.galanını siz fikirleşin.teyare biletinide dayı öz hesabımıza alırıg sorada guya nazırlıg gaytaracag bize.bes menım teyare bıletıni almağa pulum yoxsa neylemeliyem????

Kimdən: isimsiz
28.06.2009 07:04
Yuxarida deyilir ki turkiye dovleti azerbaycanli telebelere 150 dollar verir..ama bu hec de ele deyil bu qanun 3 il qabaq legv olub.artiq turkiye dovleti 1 qepik de vermir,ki men onlari suclamiram vermek mecburiyyetinde de deyil sadece her kes bilsin diye yazdim..

Kimdən: adı lazım deyil
26.06.2009 15:50
Cenablar men de türkiyede oxuyuram istanbulda ama dövlet xetti ile deyil yani men "ailem"in pulu ile oxuyuram.5 ildi burda oxuyuram dövletten bir manat pul almıram ama dövlet xetti ile gelenler ki coxu bakıda rüşvet vererek imt. keçirler.150 türkiyeden 50 azerb. dövleti verir onlara. yol, ve yatak, bir öğün yemek( fiş deyirler uzun meseledi) pulsuzdu bu da onlara yetir. tebii ki bezileri o pulnan qız "saxlamağı" düşünürlerse yanılırlar.ki, saxlayanlar var. sözüm onda yox, neise üreyimi tökdüm birgün o neftin pullarını burunlarından getireceyik.

Kimdən: Şahin
23.06.2009 12:08
Təəssüflə bildimək istərdim ki, bizim mentalitetimizdən (xüsusilə də biraz özlərini vəzifəli hesab edənlərin mentalitetlərindən) utanmaq, xəcalət çəkmək hissləri silinib. "Hörmətli" Qulu bəy bu perspektivdən çıxış edərək örnək olur: "-Mən desəm ki, Türkiyənin verdiyi 150 dollar, Azərbaycanın verdiyi 50 dollar orada yaşamaq üçün kifayətdir, bu, həqiqət olmazdı." Hörmətli tələbələr, hökümətimiz üçün sizin dəyəriniz bütün təhsil müddəti ərzində vur-tut 20 barrel neftə bərabərdir (yəni, 20 barrel "qara "qızıl""). Sonra da utanmazlıq prinsipindən çıxış edərək televizorlarda bar-bar bağırırlar ki, bəs xaricə gedən savadlı tələbələrimiz geri dönmürlər. Narahat olmayın, mən öz tanıdıqlarıma deyərəm ki, o 20 barrelin dəyərini sizlərə göndərsinlər, sizin deyəsən qarınağrınız bu imiş...

Kimdən: Ramil Haradan: Baki
20.06.2009 19:00
Təsəvüür edin Azərbaycan höküməti öz vətəndşlarına Tükiyə dövlətindən 3 dəfə az yardım edir. Müdrik neft siyasəti müdrik dilənçilik siyasəti ilə birgə addımlayır.

Kimdən: dost
20.06.2009 02:10
Azerbaycanin en yaxsi bal yiganlari gelir Turkiyeye,Turkiyenin ise OSYM de en az bal yiganlari,ferq ondadir ve elbette ki bu teqaudler cox azdir

Kimdən: Parviz Hashimli Haradan: Baki
18.06.2009 17:37
Telebelerin xaricde tehsil almasin uchun ayrilan pullar imkanli adamlarin xaricde oxuyan ushaqlarina verilir..Bunu men arashdirmisham.
Səhifə (2)
    Növbəti