Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:20

Cəmiyyət

«Polis zabitləri sauna, motel və masaj yerlərinə nəzarət edirlər»

2008-ci ildə QHT-lər və müvafiq hökumət qurumları 121 insan alveri qurbanının olduğunu müyyənləşdiriblər
Şriftin ölçüsünü dəyiş - +
ABŞ Dövlət Departamenti insan alverinin vəziyyəti haqda 173 ölkə üzrə illik hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, Azərbaycan insan alverinin mənbəyi, tranzit və daşınma ölkəsi olaraq qalır.

Azərbaycandan qadın və uşaqlar cinsi istismar üçün Birləşmiş Ərəb Əmirlikləri və Türkiyəyə aparılır. Gənclər və kişilər isə Rusiyaya aparılaraq əmək istismarına məruz qalırlar. Bu ölkədən insanlar cinsi istismar üçün həmçinin İrana və Pakistana da aparılır.

«AZƏRBAYCAN TRANZİT ÖLKƏ KİMİ İSTİFADƏ EDİLİR»

Hesabatda bildirilir ki, Moldova, Özbəkistan və Qazaxıstandan Türkiyəyə insan alverinin qurbanlarının daşınması üçün Azərbaycan tranzit ölkə kimi istifadə edilir. Naxçıvan Türkiyəyə aparılanlar üçün tranzit nöqtəsinə çevrilib.

Hesabatda deyilir ki, Azərbaycan hökuməti cəhdlər etsə də, insan alverinin qarşısını ala bilmir. Hökumət bu cür halların araşdırılması, məhkəməyə cəlb edilməsi və cəzalandırılması üçün kifayət qədər iş görməyib.

Hesabatda Azərbaycan hökumətinə insan alveri ilə məşğul olanlara təzyiq göstərilməsi üçün qanunu gücləndirmək tövsiyə edilir.

Sənəddə deyilir ki, Azərbaycan hökuməti 2007-ci illə müqayisədə daha sonralar insan alveri ilə bağlı çox az araşdırma aparıb. 2005-ci ildə qəbul edilən insan alveri ilə mübarizə qanunu həm cinsi, həm də əməyin istismarını qadağan edir. Bunun üçün 5 ildən 15 ilə qədər cəza nəzərdə tutulur.

«POLİS ZABİTLƏRİ SAUNA, MOTEL VƏ MASAJ YERLƏRİNƏ NƏZARƏT EDİRLƏR»

2008-ci ildə hökumət insan alveri ilə bağlı 66 araşdırma apardığını deyib. 2007-ci ildə isə bu rəqəm 75 idi. Bir çox vətəndaş cəmiyyəti qurumlarına görə, məmurlar arasında korrupsiya və onların yaxşı təlimləndirilməməsi insan alverinə qarşı mübarizəni effektiv edə bilmir. Verilən məlumatlara görə, insan alveri ilə bağlı saxlananlar məhkəmədə hakimə rüşvət verərək qərarı dəyişiblər. Həmçinin polis zabitləri sauna, motel və masaj yerlərinə nəzarət edirlər. Bəzi insan alveri qurbanları bildiriblər ki, polis tərəfindən oğurlanaraq fahişəliyə cəlb olunublar və onlara bu haqda şikayət etməmək üçün hədə-qorxu gəlinib.

«ƏMƏK İSTİSMARI, CİNSİ İSTİSMARDAN DAHA ÇOX OLA BİLƏR»

Hökumət 2009-cu ildə insan alveri ilə bağlı yeni fəaliyyət planı qəbul edib. Lakin burada proqramın həyata keçirilməsi üçün maliyyə və sənədin hansı yolla icrası barədə məlumat yoxdur.

Hesabatda bildirilir ki, Azərbaycan hökuməti insan alveri qurbanlarına yardım edlməsində müxtəlif səylər göstərib. Lakin hökumətin qurbanların müəyyən edilməsi üçün sistemi yox idi. Bəzi QHT-lər hesab edirlər ki, əmək istismarı, cinsi istismardan daha çox ola bilər. Hökumət qurumları arasında insan alveri qurbanlarına yardım edilməsi ilə bağlı koordinasiya zəif təşkil olunub. Bir çox qurumların hətta ofisi və insan alveri ilə mübarizədə birbaşa əlaqə məntəqələri olmayıb.

2008-ci ildə QHT-lər və müvafiq hökumət qurumları 121 insan alveri qurbanının olduğunu müyyənləşdiriblər. Hökumət onlardan 52-nə sığınacaq verib. Hökumət qurbanlardan insan alveri ilə məşul olanların tədqiqatında iştirak etməyə çağırıb. Lakin qurbanlar deyiblər ki, bəzi polis işçiləri onlara cinayətlə bağlı müraciət etməyə imkan verməyiblər və fiziki hədə-qorxu gəliblər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: eldar Haradan: "publiçnıy dom"
18.06.2009 15:49
ABŞ Dövlət Departamenti insan alverinin vəziyyəti haqda hesabatı tam həqiqətə uyğundur. Hələ mən deyərdim hesabatda çox şey göstərilməyib. Hələ bu harasıdır.. Bu da Azərbaycan hökumətinin ümumi fəaliyyətinin göstəricisi, məntiqi nəticəsi.

Kimdən: eldar Haradan: "publiçnıy dom"
18.06.2009 14:07
Hörmətli MİLLİ! Səninlə 100 faiz razıyam!

Kimdən: MILLI Haradan: BOYUK AZERBAYCAN
18.06.2009 00:19
BIZIM INDIKI SOU BIZXNES EHLI DE MAVILERLE FAHISELERDIR BIRINCI ORDAN BASLAMAQ LAZIMDI

Kimdən: hasan Haradan: Baku
17.06.2009 19:50
Dubaya,Türkiyəyə və s.ölkələrə faşiəliyə gedənləri polislər (polisə nəzarətin əməkd-rı)yola salır və qarşılayır,bu sahədəki cinayətləri nə qədər ki,polis istintaqını aparacaq,tutulanlar -istənilən summanı tapıb verə bilməyənlər olacaqlar.

Kimdən: camel Haradan: Isvec
17.06.2009 18:49
Sauna ve s. yerlerde polisin nezaretinde prostitusiya fealiyyetleri ile mesgul olunmasi faktini Az.da 7den 77 e hami bilir. Amma, Bakidan Istanbula geden avtobusun mehz bu meseleye xidmet etmesi meni xeyli teeccublendirdi. Bakidan qirmizi korpuye kimi yol ustunde yerlesen rayonlardan qadinlar avtobusa minir, Turkiyenin muxtelif seherlerinde Musterilerle danisib (surucu danisir - turkdur) onlari muxtelif seherlerde "ev qulluqcusu" adi ile yola salirlar. Bunu hami gorur avtobusda olanlar. Bu da size insan alverinin mexanizmi. Qeyret elden coxdan gedib, hec olmasa namusu saxlayin da...

Kimdən: Mübariz Haradan: Bonn
17.06.2009 18:33
Hakimiyyet deyir ki bele sheylerin qarshisini almaq üchün här shey edririk. ABSH Dövlet Departamenti hechdä elä demir. Azärbaycan xalqini äxlaqsizdiq bataginda bogmaq istiyänlär bir gün mütläqä özdäri bogulacaqdr. Atalarmiz nä deyib .Nä tökärsän qashigina o da chixar qarshina.

Kimdən: Coni Haradan: Veten
17.06.2009 16:59
Ganunlaruis sertleshdirmek ve ya bunu yungullleshdirmekle hec ney e nauiil olmag olmaz. Bele sheylerin kökünde sosial chetinliler dayanir. Bu barede dushunmek lazimdir.

Kimdən: kamal Haradan: Istanbul
17.06.2009 16:29
Paho yeni bir xeber imish bu.Gozelim Azerbaycanda bunu bilmeyen yoxdur.Zahid Orucda bilir yeni.Opurem haminizi

Kimdən: Rasul Haradan: Baki
17.06.2009 16:15
Zennimce heesabatda xususi olaraq ona diqqet yetirmek lazimdir ki, oten il insan alveri qurbanlarinin mueyyenleshdirilmesinde QHT-lerin fealiyyeti olub. O cumleden hesabatda adlari cekilmeyen QHT-lerin movqeleri eks olunmusdur. Bu cur hesabatlar bir daha gosterir ki, QHT-lerin rolu cemiyyet ucun ehemiyyet kesb eden meselelerin arasdirilmasinda danilmazdir.