Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Bloqlar / Qorxmaz Əsgərov

Demokratiya üçün İran dərsləri

İranda, nəhayət ki, islahatçı qüvvələr ayağa qalxıblar

İranda, nəhayət ki, islahatçı qüvvələr ayağa qalxıblar

16.06.2009
Nə vaxtsa, mollaların hakimiyətdə olduğu İrandan demokratiya öyrənəcəyimizi eşitsəydim, yəqin ki, gülümsəyib keçərdim. Amma zaman başqadır. Odur ki, keçək mətləbə.

Ötən əsrin 80-ci illərindən sivil dünyaya meydan oxuyan, öz inkişaf yolu olduğunu bildirən İranda, nəhayət ki, islahatçı qüvvələr ayağa qalxıblar. Daha normal cəmiyyət, daha normal dövlət qurub, daha normal siyasət yürütmək istəyirlər.

Kimdir bu islahatçı qüvvələrin lideri? Mir Hüseyn Musəvi – Xomeyni hökumətində əvvəlcə Xarici İşlər naziri olmuş, sonra isə səkkiz il (1981-1989) Baş nazir işləmiş siyasi xadim. Ona dəstək verənlər arasında isə İranın iki keçmiş prezidenti var – Məhəmməd Xatəmi və Haşimi Rəfsəncani. İmam Xomeyni ilə Şərqdə ilk ən qatı islam rejiminin əsasını qoymuş siyasi xadimlər cəmiyyətin liberal inkişaf yolunun alternativsizliyini dərk edibən islahat yoluna çıxırlar. Əhmədinejad nə qədər desə də, bu, Amerikanın «təşkil etdiyi rəngli inqilab» deyil. Yuxarıda adı çəkilən siyasətçilərin hamısı bu və ya digər formada imam Xomeyninin tələbələridir.

AZƏRBAYCAN CƏMİYYƏTİNİN İRANDAN ÖYRƏNƏ BİLƏCƏYİ BİRİNCİ DƏRS

Musəvi əxlaq polisinin ləğvindən, rejimin liberallaşma zərurətindən danışır. Və bu da Azərbaycan cəmiyyətinin İrandan öyrənə biləcəyi birinci dərsdir. Azərbaycan rəsmilərinin müsahibələrini oxuyanda, onların müxtəlif Qərb filosofları və ictimai-siyasi xadimlərindən qarma-qarışıq sitatlar gətirib özlərini də dolaşdırmalarını müşahidə edəndə adam düşünür: görəsən, bunlar doğrudan da elə bilirlər ki, bir az da güclü fikirləşsələr, Azərbaycan üçün demokratiya və liberal inkişaf yolundan fərqli bir inkişaf modeli tapıb ortaya qoyacaqlar? Baxın İrana, cənablar. Xomeyninin şagirdləri demokratiyaya üz tuturlar. Azərbaycanda qurmaq istədiyiniz yarıkommunist-yarıŞərq avtokratlığı sistemi İslam respublikasından daha güclü olmayacaq.

İrandakı hadisələrdən götürülə biləcək ikinci dərs isə təkcə Azərbaycan hökuməti üçün deyil, bütövlükdə Azərbaycan cəmiyyəti üçün önəmlidir. İran seçkilərində Əhmədinejad hökuməti seçki saxtakarlıqlarından çəkinmədi. İranın indiki prezidenti üçün əvvəlcə 65 faiz, sonra isə 62 faiz seçici səsinin verildiyini elan etdi. Bu gün İrandakı etiraz nümayişlərinə yüz minlərlə adam toplayan Musəviyə 30 faizdən bir qədər artıq səs yazıldı. Rəfsəncaninin seçki nəticələrini müzakirə etmək çağırışları qulaq ardına vuruldu. Musəvinin nümayişçiləri döyüldü, yüzlərlə adam həbs edildi, nümayişçilərə atəş belə açıldı, amma...Amma nümayişlər davam edir və nə Musəvi camaatı sakitliyə çağırıb rəqibinin saxtakarlığı ilə barışmaq fikrindədir, nə də İran cəmiyyəti bu acı həbi udmaq haqqında düşünür. Vuruşurlar...Çünki başa düşürlər ki, hakimiyyət üzərində xalqın nəzarəti xalqın haqsızlığa etiraz etmək gücü qədərdir.

MUSƏVİ QALİB GƏLƏNDƏN SONRA ƏHMƏDİNEJADIN YOLUNU TUTSA, NECƏ?

Hələ bilinmir ki, Musəvi tərəfdarları Əhmədinejadı devirə biləcəklər, yoxsa özləri əziləcəklər. Amma xalq onu təmsil etməyən hökumətin əleyhinə açıq mübarizə apardıqca tunelin o biri başında işıq ucu var. İşıq ucu var ki, nə vaxtsa, bu ölkədə əhalini təmsil eləyən hökumət gəlib onu zülmətdən qurtaracaq. Bəlkə Musəvi də qalib gələndən sonra elə Əhmədinejadın yolunu tutdu, onda necə? Onda da ortada bir presedent var: Bu xalq öz yolunu azmış hökumətini dəyişir. İran cəmiyyətindəki bu dinamika onu daim, hətta Xomeyni dönəmində belə, öz ərəb qonşularından fərqli bir durumda saxlamışdır. İranda İslam rejiminin bütün mürtəceliyi ilə bərabər bir parlamentarizm ənənəsi mövcud olmuşdur, normala yaxın seçkilər keçirmək praktikası olmuşdur ki, bu sistemi də ərsəyə gətirmək üçün İran cəmiyyəti təkcə 20-ci əsrdə beş dəfə inqilab etmişdir.

Demokratiya sadə bir anlayışdır: Hökumətin xalq üzərindəki hakimiyyəti idarə olunanların razılığından qaynaqlanır. Prinsip budur. Ancaq yuxarı başa keçən hakimiyyəti nəzarətdə saxlamaq çox çətin bir vəzifədir və hər xalq bu işin öhdəsindən gələ bilmir.

AMERİKANIN İSTİQLAL BƏYANNAMƏSİNDƏ XALQIN ÜSYAN HÜQUQU

Demokratiyanın beşiyi Amerikanın İstiqlal Bəyannaməsində xalqın hökumət üzərindəki nəzarəti kifayət qədər aydın əks olunub: «Biz bunu sübuta ehtiyacı olmayan bir həqiqət sayırıq ki, bütün insanlar bərabər hüquqlu yaradılıb və Yaradan öz bəndələrinə müəyyən ayrılmaz hüquqlar bəxş edibdir, onların sırasına yaşamaq, azadlıq, səadətə can atma hüququ da daxildir. Belə hüquqların təmin edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına əsaslanan hökumət qurur. Odur ki, hər hansı hökumət həmin hüquqları pozarsa, xalqın onu dəyişməyə, ləğv etməyə, əvəzində isə həmin prinsiplərə dayanan, insanların əmin-amanlığına və güzəranına daha yüksək təminat verən yeni quruluş yaratmağa haqqı vardır». Bu prinsipin sadə adı «xalqın üsyan etmə hüququ» gedir.

İranda xalq bu hüquqdan istifadə etməyə əl atıb. Nə Qərbdən, nə də Şərqdən kömək gözləməyərək öz hökumətləri ilə haqq-hesab çəkirlər. Azərbaycanda isə hökumət xalqla, onun etiraz səsini ucaldan jurnalistləri ilə və olan-qalan demokratik təsisatlarla haqq-hesab çəkməkdədir və əmindir ki, Azərbaycan cəmiyyətindən hər hansı bir təpki ilə üzləşməyəcək.

Qarşıdan Azərbaycanın bələdiyyə və parlament seçkiləri gəlir. 1993-cü ildən bəri keçirilən bütün seçkilərin praktikası göstərir ki, ssenari əvvəlki olacaq. Siyasi qüvvələr koalisiyalar yarada bilər, seçki monitorinqi apara bilərlər, beynəlxalq ictimaiyyəti məlumatlandıra bilərlər. Amma günün sonunda bir sualın cavabı olmalıdır: Hökumət ağına-bozuna baxmadan saxtakarlıq edib öz istədiyini eləsə, onun qarşısına kim və necə çıxacaq?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Müttəqi Şəhər: Gəncə
30.06.2009 21:50
Salam olsun ali liderimiz Ayətullah Xameneyiyə. Onun siyasətini çoxlari anlamadan dünyadan gedəcək.

Kimdən: mexfi
25.06.2009 15:34
men en 1 ci iranda azadligi uchun vefat etmish her bir soydashlarimiza Allahdan rehmet dileyirem..!2 ci si bizleri onlarla bir tutmayin,chunki milleti ele bir gune saliblarki,vallah neinki,demokratiya ugrunda nese etmeyimiz,hemchinin beleQarabagimiz uje yaddan chixib.seher tezden evden chixiriq,ancag dua edirik ki,axshama yemeye nese tapaq. dunyayaya enerji ehtiyatlari ile zengin olan dovletin milletine yarasharmi bu? bunu siz muzakire edin,yoxsa ancag bosh bosh umudlerden yazmagnan meshguluq...

Kimdən: DEB Şəhər: Gence
20.06.2009 02:25
Hormetli ASHIQ MEHDI ne qeder ki "guneshi" ayri shey anlayanlar var, bele Etibarlar olacaq. Qoy qardash nece basha dushur yazsin yegane demokratik dushergedir bu mekan, onsuzda bir azdan bu internete de elimiz catmayacaq yeni qanun hazirlanir......

Kimdən: Goyushoglu Şəhər: Qazax
18.06.2009 23:44
hormetli,Cavad bey,Müəllifin demokrat olmasina,senin adinin Cavad olmasi qeder əmin ola bilersen.Çün,müəllifi yaxından tanımaq fırsatım olduğu üçün bunu net söylemeyi borc bildim.Qaldı,İslam idarəçiliyi demeniz,diktaturanin adını İran deyilən yerdə ya "islam İdarəçiliyi" qoy,yada Mollakratya bu eyni mahiyyetdi,öyrəniləsi xalqın Dirəniş sərgiləmək əzmi və qeyrətidir.Bu qədər bəsit ağayi Cavat

Kimdən: emil Şəhər: almaniya
17.06.2009 23:43
Cavad bäyä dimäk istädiyim vä sualina cavab vemäk cox istrddim .Amma yasimi näzärä alib bas gosmag istämiräm. Yasim 45-dir. Süzdän färgli olarag Moskuvada Pulsuz tähsil almisham. O vaxtsa Pulu olmayanlarin Bakida tähsil almagi cätin idi indidä. Ämin edim ki Gorxmaz bäyin fikri olmasin amma biz sadä Azärbaycanli demokratiyadan vä färgli dini demokratiyanin färgini yägin ki sizdän pis bilmirik. Bäli bizim hälä Irandan cox sheylär öyrämmäliyik. Hämishä insanlara bu molla rejimimi demämäliyik! Vä ordaki insanlara garshi hörmätlä yanashmag lazimdi. Cavad bäynän bäzi fikirläri ilä raziyam amma o düshündüyü kimi deyil. Bäli näzärä alirig ki belä bir rejim var. Indiki zamanda Ä.necata yada Musaviyä garshi simpatiyada deyil. bilmiräm necä adlandirim fakt oldugunda galir. Fakt garsshidadir insanlar bezib. Bunnan gurtulmag yollarini arayirlar. Bizim dövlät bashcimiz Dolayisida olsa ordaki hec olmasi bizim millätin yäni AZÄRBAYCANLILARIMIZIN hüguglarini gorummasini özünä saxlasin bari ordaki MILlätimiz bir, dinimiz bir vä .s. Hec olmasa bashga avropa dövlätlärinnän vä bir sira dövlätlärlä bir häräkät etmäsini Gözläyärdin. . Amma siz (män indikin geyri legal hakimmiyyäti näzärdä tuturam) vaxtinnan gabag räy verdiniz Ona göräki özüvüzdä bilirsiz havaxtsa sizdä haminiz mähkum olunacagsiz olunacagsiz.

Kimdən: emil Şəhər: almaniya
17.06.2009 22:20
Irandaki baci vä garadashlarimin apardigiglari mübarizäyä görä onlarin garshisinda bash äyiräm. Halal olsun sizä. Gün o gün gälsin bizdä mövcud olan rejimdän gurtulag. amin inshaallah. Bütün dünjada DEMAKATIYA gäläbä calsin amin. simali
Azärbaycanlilarda bu geyri legitim hakimiyyäti istefaya göndärsin . Amin ishaallah o da olacag.

Sizin şərhiniz tezliklə saytda yerləşdiriləcək.

Kimdən: Mübariz Şəhər: Bonn
16.06.2009 17:53
Iranda bash veränläri tv'dä bir chox kadirlarini gördüm .Iran xanimlari än ön saflarda yer almishar. Haqqlarini -hüquqlarini qorumaq üchün nä molla taniyirlar nädä geri addim atmaq fikirindädirlär. Bäli onlar o vätänin anasidir yada gäläcäyin analari onlar evladlarinin pis güzaranina tamashachi qalmaq istämirlär. Vätänlärini karrupsiya bataqligina rüshvät haqsizdiq ädalätsiz gälir dagitimina onlar salmadi. O bir anadir haqqini hüququnu täläb etti onu dinlämädilär. Üsyanlar nifrätdän iräli gäldiyini här halda bilmiyän qalmiyib. Mänä görä mollalar Resullulahin bu hadisini göz ardi ediblär. Insanlari bezdirmiyin sevdirin.

Kimdən: Cavad
16.06.2009 17:44
Qardas, sen hele bir demokratiyadan, dini demokratiyanin ferqini oyren. Ola biler demokratiyanin ne olduqunu gozel bilirsen. (Bu, ABS-a "Demokratiyanin besiyi" demeyinden de bilinir zaten-Cavad)Yox, yox. Bu, tezdir. Sen hele bir Islam dinini oyren ve gor ki, Islamda idarecilik nece olur. Eger muselmansa yeqin ki Islami idareciliyi beyeneceksen. Bu, axi kenarda oturub iki cumle ozfealiyyet mehsulunu ortaya qoymaq deyil! Sen burada oz sexsi fikirlerini eks etdirmisen. Bu, heqiqet deyil. Bir de bil ki, Iranda islam hakimiyyeti movcuddur ve olkede birinci adam ne Ehmedinejaddir, ne de, secilse eger Musevi olacaq. Olkede birinci adam Ayetullah Ali Xameneidir. Amma, Irandan demokratiya dersi almaliyiq- bu fikrini destekleyirem.

P.S. Muellifin ne derecede demokrat olmasi menim onun yazisina cox qisa serh yazmamin saytda verilmesi de gosterecekdir.

Kimdən: Ulker Şəhər: Baki
16.06.2009 17:31
Demokratiya savadli xalqin hakimiyyeti yox,agilli xalqin hakimiyyetidir. Bizimki satasmaq yox artiq elacsizliqdan laglagaya kecmek olub. Hemise gormusuk savadli Iranin veziyyetini ionsallah goreceyikde. Kimlerinse umumilisi olmush liderler hec de haminin umumillisi lider demek deyil. Umum deyende hami basa duwulur mehz beleleri bezilerinin oldugu ise bu kateqoriyaya aid deyil. Iranin gec-tez mukafatini alib gerchek demokratiyaya qoshulacagina ise bizim " movcud hakimiyyetden qurtulacagimiz " qeder inanadiricidir. İnan inana bileceyin qeder.

Kimdən: XAN Şəhər: MARS
16.06.2009 17:04
Demokratiya savadli xalqin hakimiyyetidir. Iranda yaxshi-pis tehsil inkishaf edib ve xaricde dedelerinin korrupsiya ile elde etdikleri pullar deyil, halal tikeleri hesabina savad qazanaraq olkeye donen xeyli gencler de var. Savadli xalq gec-tez mukafatini alib gerchek demokratiyaya qoshulacaqdir! Ezizlerim, biz iki cumleni bir-birine emelli calaq etmeyi oyrenek, sonra kimlerinse umumilisi olmush liderine bele satashaq!
    Növbəti 
Səhifə (2)