Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:34

Verilişlər / Kontekst

Qambay Məmmədov - Heydər Əliyev münaqişəsi

Multimedia

Şriftin ölçüsünü dəyiş - +
Qambay Məmmədov
«Respublikada işlərə yaxşı bələd olduğuma görə hər yerdə təriflənən nailiyyətlərin doğruluğuna şübhə edirəm. Əminəm ki, Azərbaycana bütün mükafatlar respublikada işlərin əsl vəziyyəti qabaqcadan yoxlanılmadan verilib».

Hökumətin iclaslarından birində Baş prokuror Zakir Qaralovun prezident İlham Əliyevə üzünü tutub belə bir çıxış eləməsini təsəvvür edə bilərsinizmi? Təxminən 30 il əvvəl, ötən əsrin 70-ci illərində o vaxtkı respublika prokuroru bu sözləri 1-ci katibin üzünə deyib.

QAMBAY MƏMMƏDOV AÇDI SANDIĞI, TÖKDÜ PAMBIĞI

1978-ci ildə Ali Sovetin sessiyasında çıxış edənlər Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyevi «millət atası» adlandırır. Baş prokuror, deputat Qambay Məmmədov replika üçün söz istəyir, ancaq sessiyaya sədrlik edən xalq şairi Süleyman Rüstəm ona söz vermir. Bu vaxt Qambay Məmmədov tribunaya çıxıb bildirir ki, respublika prokuroru kimi ölkə rəhbərliyinə kənd təsərrüfatı və sənaye sahəsində dövlət əleyhinə irimiqyaslı əməllər barədə dəfələrlə məlumat verib, ancaq tədbir görülməyib. KP MK Büro üzvlərinin, Təftiş Komissiyasının sədrinin qəbuluna da düşmək istəyib. O, göstəricilərin şişirdilməsinə - «pripiska»ya etiraz edib:

«Lakin məni əslində heç kəs qəbul etməmişdir. Respublikada işlərin vəziyyətinə yaxşı bələd olduğuma görə hər yerdə təriflənən nailiyyətlərin doğruluğuna şübhə edirəm. Əminəm ki, Azərbaycana bütün mükafatlar respublikada işlərin əsl vəziyyəti qabaqcadan yoxlanılmadan verilib».

Nadir Ağayev «Fəlakətlərimizin baiskarı» kitabında yazır ki, həmin sessiyada Q.Məmmədovu susdurmaq üçün 17 deputat çıxış edib. Çıxışçılar Mərkəzi Statistika Komitəsinin məlumatına şübhəylə yanaşmağı «fitnəkarlıq» adlandırıblar. Komitənin sədri S.Abbasəliyev deyib ki, rəqəmlərin şişirdilməsinə qətiyyən yol vermirlər:

«Rəqəmlərin dəqiqliyi məsələsində birinci dayağımız Heydər Əliyeviç Əliyev yoldaşdır».

Bu çıxışdan sonra Heydər Əliyev əsəbiləşib, tədbiri tələsik yekunlaşdırıb. Vəziyyəti gərginləşdirən həm də plenumda Kremldən gəlmiş şəxslərin iştirakı idi.

ONUN CİNAYƏTİNİ SÜBUT EDƏ BİLMƏDİLƏR

Bu çıxışdan sonra Qambay Məmmədovun işini yoxlamaq üçün SSRİ Prokurorluğundan komissiya gəlib. Onu prokurorluğu partiyaya qarşı qoymaqda ittiham ediblər. Vəzifəsindən, üç ildən sonra partiyadan çıxarıblar. Ancaq komissiya xırda pozuntulardan başqa bir şey tapa bilmədiyindən, Q.Məmmədov barəsində 124 epizodluq cinayət işinə xitam verilir.

QOHUMLARINA TƏZYİQLƏR BAŞLADI

Qambay Məmmədovdan sonra prokurorluğun iki idarə müdiri - İbrahim Babayev və İsgəndər Quliyev dövlət əmlakını mənimsəməkdə ittiham olunur, barələrində ölüm hökmü çıxarılır və hər ikisi güllələnir.

«Kommunist» qəzetinin 1988-ci il 252-ci sayında qəzetin əməkdaşı Rəfail Nağıyev «Qərəz çaşqınlığı» başlıqlı məqalədə Qambay Məmmədovun qohumlarının məruz qaldığı repressiyalardan yazıb. Müəllifə görə, məşhur çıxışdan sonra Q.Məmmədovun qohumları bir-birinin ardınca vəzifədən çıxarılıb, bəzilərinə cinayət işi açılıb.

Bacısının əri Vəli Əliyevi tutub, 12 il cəza kəsiblər, yeddi il yatandan sonra dünyasını dəyişib. Rafael Nağıyev yazırdı ki, Qambay Məmmədovun təqribən 20 qohumunu repressiyaya məruz qoyublar.

Bəzi mənbələr Qambay Məmmədov - Heydər Əliyev münaqişəsinin daha dərin olduğunu iddia edir. Q.Məmmədovdan əvvəl Respublika prokuroru vəzifəsi H.Əliyevə təklif olunubmuş, ancaq sonuncu imtina edib. Həmin vaxt Q.Məmmədov KQB-də istintaq idarəsinin, H.Əliyev əks-kəşfiyyat idarəsinin rəisi olub. H.Əliyev hüquq təhsili almadığını deyərək respublika prokurorluğundan imtina edəndən sonra, Q.Məmmədov həmin vəzifəyə təyin olunub. Heydər Əliyevsə 1969-da 1-ci katib kürsüsünə gətirilib.

Hərçənd Qambay Məmmədovun 2-ci Dünya müharibəsində Stalinqrad döyüşlərində iştirakı, qəhrəmanlıq göstərməsi onun üstünlüyü sayılırdı.

SÜRGÜNDƏ?

Qambay Məmmədovun məşhur çıxışından bir neçə gün sonra Gürcüstana, ordan Leninqrada getdiyi bildirilir. Bəzi məlumatlara görə, o, bir müddət Leninqrad şəhər Partiya Komitəsinin 1-ci katibi, o vaxtlar Heydər Əliyevlə kəskin münaqişədə olan Romanova sığınır.

Qambay Məmmədov rus mətbuatına müsahibələrindən birində deyirdi ki, diabet xəstəsi olduğundan Bakıda onu nə gözlədiyini bilirdi. Çıxışından dərhal sonra insulin vurdurduğu xəstəxanaya ona tibbi xidmət göstərməyi qadağan edirlər. Bundan sonra iynələrini başqa yerdə vurdurub ölkəni tərk edir.

Keçmiş prokuror 80-ci illərdə «Literaturnaya qazeta»ya şikayət göndərir, Azərbaycan rəhbərliyinin işinin araşdırılmasını istəyir. Ancaq Bakıya gələn komissiyalar heç nə tapmırlar. Komissiyanın rəhbəri gələcəkləri barədə məlumatı əvvəlcədən Heydər Əliyevə çatdırdığından, arxivlərdən onun haqqında materiallar yığışdırılır.

Arkadi Vaksberq 1988-ci ildə «Literaturnaya qazeta»da həmin illərdə Qambay Məmmədovla Bakıda görüşdüyünü yazır. Yazır ki, Qambay artıq öz vətənində qorxmadan yaşayırdı, ancaq hələ də partiyada deyildi, xəstəhal görünsə də, döyüşçü əzmi qalırdı.

1990-da DEPUTATLIĞA NAMİZƏD

Hüquqşünas Əyyub Kərimov deyir ki, 1990-cı ilin parlament seçkilərində Qambay Məmmədov namizədliyini Ağdamdan verib. «Ədalət» qəzetində şöbə müdiri işləyən Əyyub Kərimov Qambay Məmmədovun platforması çap olunmuş qəzet nüsxələri ilə rayona gedirmiş, elə qatarda da onunla rastlaşıb:

«Qatarda mən Qambay Məmmədovdan soruşdum ki, niyə siz prokuror olduz? Siz o zaman başqa şöbənin işiylə bağlı istintaq aparmışdınızmı? O isə cavab vermirdi. Belə başa düşdüm ki, mübahisələri daha əvvəl olub».

Dissident Nadir Ağayev də 1990-cı illərdə Bakı bulvarında Qambay Məmmədovla görüşünü xatırlayır. Onun dediyinə görə, keçmiş prokurorun dövrünün şişirdilmiş rəqəmlərindən narazılığı hələ də qalıbmış...

Qambay Məmmədovun 1990-cı illərdə Bakıda vəfat etdiyini öyrənsək də, tarixini dəqiqləşdirə bilmədik.

«QAMBAY» DEMƏK OLMAZ?

Dissident Nadir Ağayev deyir ki, Qambay Məmmədov 1978-ci ildəki çıxışını məhz Leninqradın 1-ci katibi Romanova arxayın olduğu üçün edib. Əksər siyasətşünaslarsa bu fikirdədir ki, keçmiş prokuror sıradan adam olmayıb, ancaq ondan mif düzəltmək də lazım deyil.

Bu yazını hazırlayarkən Qambay Məmmədovun Bakıda yaşayan yaxın qohumlarını, onunla vaxtilə bir yerdə işləmiş adamları tapdıq. Ancaq nə yaxın qohumları, nə də keçmiş həmkarları Q.Məmmədov barədə xatirələrini bölüşmək istəmədilər. Hətta onlar bircə dəfə də olsun «Qambay» sözünü işlətmədilər, sadəcə bu barədə danışmaqdan qəti imtina etdilər. Elə bil ki, onlara ya Qambay Məmmədov barədə danışmaq qadağan edilib, ya da özləri könüllü bundan imtina ediblər...

Bəs siz necə, Qambay Məmmədov barədə bu yazılanlardan əlavə nə bilirsiz, bizimlə bölüşün.  
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (6)
    Növbəti 
Kimdən: NAILE Haradan: BAKI
27.06.2009 10:23
DEYIRLER HEYDER ALIYEV 'PRIPISKA' ELEYIB.SORUSAN LAZIMDIR 'PRIPISKA' NE DEMEKDIR? EGER AZERBAYCANA MOSKVA TEREFINDEN ARTIQ PULLAR AYRILIRDISA ,BUNUN NEYI PIS IDI? AZERBAYCAN XALQI DEDIYINIZ 'PRIPISKA' VAXTI 70-ILLIK SOVRET DOVRUNDE QAZQNMADIGI PULLARI QAZANDA,XALQDA VARLANMA GETDI.Q.MEMMEDOVA QALANDA -HARADAN IDI ONDA BELE CESARET 1-CI KATIBIN UZUNE NESE DEYIB? ELBETTDE KI, H.ALIYEVI HELE O VAXT SSRI SEVIYYESINDE VE RESPUBLIKADA GOZU GOTURMEYENLER COX IDI(HEM ermeniler hem de ruslar terefinden).Q.Memmedov ferli bir insan olsaydi gedib Leninqradda Romanova siginmazdi.Ele Romanovun elaltisiydi o.
Meqalede yazilir ki,surgun olunub, hara surgun olnub ,Sibire?Gedib Leninqradda vezifede kef cekib, zulum cekmiyib ki?Niye AZERBAYCAN XALQINI AZDIRIRSIZ?Gelin H. ALIYEIN XALQ UCUN GORDUYU ISLERI GOTURAK BIR DE Q. Memmedovun gorduyu isleri goturek.Ne edib Q .Memmedo xalq ucun?
H.ALIYEVI HAKIMIYYETDEN YIXMAQ UCUN MOSKVANIN -ROMANOVUN ADAMIYDI da.
ALLAH OZUMUZU OZUMUZDEN QORUSUN.

Kimdən: mermi Haradan: baki
21.06.2009 16:57
Ader. Allah birce sene agil versin, bize hökmdar vermese de, olar

Kimdən: Azer Haradan: baycan
19.06.2009 17:02
Ader`in soylediyinde heqiqet var: kakoy narod takoy i pravitelstva. Uca Allah coxlugu savadsiz, tayfabaz, maddiyata duskun olan zumreye bu rehberliyi yarasdirir.Eyer bizim niyyetimiz edaletli, savadli, vetenperver, halal ovladlar yetisdirmek olsaydi,bele veziyyetde olmazdiq.Amma biz azerbaycanlilar esgerlikden yayinan, rusvet veren ve alan, yaltaq,saxta tehsil alnlarin yolunu tutduq, dogru yolla gedenlerden olmadiq

Kimdən: Re: Ader
19.06.2009 14:05
Hormetli Ader,
Ruslarin chox gozel bir meseli var, "На Бога надейся, сам не плошай"
Siz deyən kimi, üzümüzü allaha tutub dursaq daha ne oldu?
Hərdən mənə elə gəlir ki, Allah ümumiyyətlə, Azərbaycanı öz monitorundan silib.
Siz deyən kimi hər şey allah edirse, onda bu Azerbaycan xalqının günahı nədir ki, bu qeder zülüm çekir?
Orta esr psixologiyasından ne vaxt azad olacağıq, bilmirem!

Kimdən: Azer Haradan: baycan
19.06.2009 11:57
Allah rehmet elesin ona. Gambay kimi dovlet adamlarinin defisiti bugun daha cox hiss olunur. Amma o tarixe yaltaq,simasiz adam kimi yazilmadi, kisi kimi yazildi

Kimdən: Eloglu Haradan: Avropa
19.06.2009 03:08
To: W
Her-halda men tehqire el atmamishdim. Bilmirem moderator hara baxir... A kishi, men deyende ki, sen Moskvani niye Allah sanirsan, onun Moskvada ishlediyi dovru nezerde tutmudum. Men onun bizim bashi belali Azerbaycana rehber getirildiyi 69-cu ili nezerde tuturdun. Yani bilmirsen ki, onu Moskva (yani iblis) teyin edib??? Senin tehqirin acizlikdendir.

Kimdən: skeptik
19.06.2009 02:37
Kimlerinse merd emellerini kiciltmek,qarayaxmalar elemek lazim deyil.Qambay muellimin Eliyeve etiraz elemeyi ozu ele cesaretdir.Etiraz elediyi insanin bashimiza getirdikleri bugun goz qabaqindadir.Xalqin neinki servetini,her sheyini satib milyardlar edib oz bank hesabi ve iri sehmlerde yatiran bir sulalenin bashcisina etiraz edib.Xalq ise shair baba demishken qazan dibi yalayir bugun.

Kimdən: Fred
18.06.2009 20:22
Spasibo za artikl, nu chto ya mogu rasskazat vam pro svoyu proded.. Shushinskiy krov i mujskoe dostoinstvo, chto i pomoglo emu opravdivat vsego i ne projit svoi dni za bolshevikskoy reshetki..chelovek ustayal pered kataklizmam, kak mujchina... Allah rehmet elesin !

Kimdən: Ader Haradan: Aderbaycan
18.06.2009 17:58
Qardaşlarım! Bacılarım! Həqiqi Həmvətənlərim! Bilin və agah olun! Hər hansı bir xalqın - millətin taleyi hitlərlərin, stalinlərin, əliyevlərin, elçibəyərin, digər bəylərin və xanların əlində deyil!!!
Xalqın taleyi onu xəlq edən Uca Allahın əlindədir! Xalq Allahdan uzaqlaşdıqca, Onu unutduqca, Allah da onu sınağa çəkərək, Özünün əzəmətini yaratdıqlarına nümayiş etdirir. Niyə anlamırsınız ki, Allahın icazəsi, izni olmadan ağacdan bir yarpaq belə yerə düşə bilmədiyi halda, kimlərsə gəlib, xalqa hökmranlıq edə bilər?! Xeyir, qardaşım, bacım! Şüurlu surətdə yanılırsınız.
Allah xalqına müvafiq gələn hökmdarlar təyin edir. Onu da bilin ki, Allah mütləq ədalət və haqq Sahibidir! Ədalətsizliyə yol verən deyildir. İndi özünüz düşünün bu tapmacanın cavabını. Düşünün, ağlınızı işlədin!

Kimdən: Sexavet Haradan: Quba
18.06.2009 15:57
Gelen yazinizda Mamed Mammedovdan (bala LENIN), Ziya Bunyadovdan, Vaqif Huseynovdan ve diger H.Ə. qurbanlarindan YAZIN
Səhifə (6)
    Növbəti