Çərşənbə axşamı, Fevral 07, 2012 Bakı vaxtı 20:39

Cəmiyyət

Azərbaycanlı milyarder Rusiya hökumətinin hədəfində

Telman İsmayılov bu yaxınlarda Türkiyədə vətəndaşlıq istəyib
Şriftin ölçüsünü dəyiş - +
Bir neçə gün əvvəl Türkiyədə tikdirdiyi əfsanəvi otellə xəbər başlıqlarını bəzəyən Azərbaycanlı milyarder Telman İsmayılov indi Rusiya hüquq-mühafizə orqanlarının hədəfindədir.

Söhbət Telman İsmayılova məxsus olduğu bildirilən Çerkizov bazarında 2 milyard dollarlıq qaçaqmalın tapılması ilə bağlı iddialardan gedir. Bazar günü Rusiyanın dövlət kanalı RTR–də həftəlik bülletenin demək olar ki yarısı, eləcə də «Xüsusi reportyor» verilişində araşdırma qaçaqmal işinə və Telman İsmayılovun «Mərdan Palas»ı başa gətirmək üçün xərclədiyi bir milyarddan artıq pulu necə qazandığı sualına həsr olunmuşdu.

VLADİMİR PUTİN: «HANI HƏBSLƏR»

Bazar günü Rusiyanın baş naziri Vladimir Putin də hüquq-mühafizə orqanlarını tənqid edərək, Çerkizov bazarında qaçaqmal işi ilə bağlı həbslərin həyata keçirilməsini tələb edib.

«Bu cür işlər nəticəsiz qalmamalıdır. Nəticə isə həbsdir. Hanı həbslər?» deyə baş nazir sual edib.

Rusiyanın baş prokuroru Yuri Çayka RTR telekanalına deyib ki, Çerkizov bazarında tapılan konteynerlərdəki malın nə mənşəyi, nə də onu gətirən şəxslər bəlli deyil. Prokurorun sözlərinə görə, orada olan uşaq geyimlərində zəhərli maddələr aşkar olunub.

Proqramda bazarın bəzi yüksək vəzifəli şəxslərin himayəsində olduğu da bildirilib.

QUL ƏMƏYİNDƏN XEYRİYYƏ FONDLARINADƏK

«Xüsusi reportyor» proqramındakı araşdırmada isə Çerkizov bazarında nəinki qaçaq malın, hətta qul əməyindən istifadənin və qadın alverinin baş verdiyi qeyd edilib.

Reportaj müəllifi Çerkizov bazarında ucuz və keyfiyyətsiz qaçaqmal satışının Rusiyada yüngül sənayenin inkişafına zərbə vurduğunu deyib və sual edib ki, görəsən, Telman İsmayılov Türkiyədə otel biznesinə, Hollivud ulduzu Riçard Girin xeyriyyə fonduna yatırdığı milyonları niyə Rusiyadakı yoxsullara xərcləməyib.

RTR telekanalı məsələ ilə bağlı Telman İsmayılovun və ya AST şirkətlər qrupunun mövqeyinə yer ayırmayıb. Telman İsmayılov bu yaxınlarda Türkiyədə vətəndaşlıq istəyib.

«Mərdan Palas» otelində AST Groupun mətbuat təmsilçisi Darya Sərtaş «Azadlıq» Radiosuna Telman İsmayılovun hazırda Türkiyədə olmadığını deyib. O, Çerkizov bazarı ilə bağlı qalmaqal, eləcə də otelin tikintisinə qaçaqmalçılıqdan qazanılan pulların xərcləndiyi barədə iddialara şərh verməkdən imtina edib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: VAHID Haradan: EFENDIYEV
01.07.2009 22:06
MENCE BU CEFENGIYYATDIR.EGER BU DOGURDAN DA BELEDIRSE,DEMELI RUSIYADA DA BU IWLERDE MARAQLI OLAN WEXSLER VAR.EN AZINDAN RUSIYA KIMI DOVLETDE BELE IWNEN MEWGUL OLMAQ,DOVLET UCUN UTANC YERIDIR...NEZERE ALSAQ KI,REGIONDA RUSIYA LIDERDIR

Kimdən: Elşən Haradan: bakı
09.06.2009 19:48
Telman Ismayilova xeber edin ki, bashina duz dolasin 100% göz dəyib

Kimdən: Aliyye Haradan: Ev
09.06.2009 18:22
Eger bu qazanc halal olsaydi ve onun xumsu ve ya zekati verilmish olsaydi daha yaxshi ve salamat olardi .Ve yaxshi olardi ki bu pullardan bir azinida azeri kasiblarinada xercleyeydi .

Kimdən: alex
09.06.2009 17:44
Elbete burda bizim hakimyetde oturanlarin da de eli var,o bu pullari Nargil adasina da goya bilerdi,,, amma agilli oldu goymadi. Siz bir ondan musahibe alin gorek niye o Azerbaycana gele bilmir, o ki siyasetci deyildi??
Olan yenede gara camaata olacak, yuz minlerle azerbaycanli o bazardan corek yeyirdi, indi onuda kesecekler, ondan sonra hara gedecik???Telman bellidir ki, Turkiyede yenede yasiyacag bes o gara millet hara gedecek???

Kimdən: ehli Haradan: baki
09.06.2009 15:07
cemele: söhbet Rusiyadan gedir, Azerbaycan da onun filialidir. Menim evezimden netice cixartma

Kimdən: Yaxin Haradan: Baki
09.06.2009 14:59
Onu bizim hökümet nakolka verib

Kimdən: jumong Haradan: terkimekan
09.06.2009 13:32
cox maraqlidi goresen azerbaycan ona destek cixacaq?rusiyanin da fikri odurki niye pulu burda qazanib yatirimi turkiyede eliyirsen mence duz fikirdi

Kimdən: ilhamə Haradan: o dünya
09.06.2009 12:00
Bu Rusiyanın növbəti qısqanclığıdır,Onların gözü götürmür ki,azərbaycanlı-ümumiyyətlə müsəlman dünyada belə bir yer tutur.Vallah əgər Azərbaycanlı bizi dünyada tanıdırsa,ALLAH ona kömək olsun.

Kimdən: zz Haradan: ege
09.06.2009 11:45
cerkizov bazarinda 20 ildiki bu tip alver gedir,hec kimde bir soz demirdi,cunki lazimi memurlar haggini alirdi indide alirlar,hemcinin putinin aid oldugu 'fsb'de. orada 10 minlerle soydasimiz calisir,o baraxolka bazar baglansa coxsayli vetendaslarimiz bakiya done biler...rus hokumeti aciq askar deyir ki telman bu geder pulu (ozude bohran vaxti) niye Antalyaya yatirdi,onsuzda rusiyadan kapital axini hedden artig coxdu son aylar(mentigli sual cixir ortaya: bes onda sberbank niye muflis olmag uzere olan Opel'in 35% aldi?bu pullarda axi rusiyadan cixir)..
burada bir meselede ola biler, paltar biznesi ile meshgul olanlarin(moskvada artig zencir-dukanlar var paltar satishi ile,onlarda paltarlari cin'de istehsal edir) lobbiciliyi vasitesi ile esas regib olan 'cerkizov'baraxolkasini aradan cixarmagdi...ama dusunurem ki sadece telmanin Antalyadaki sermayesine gore gezeblenib putin.telman onun da cibine 1milyard goyar,sakitleser putin/fsb..

Kimdən: Azad
09.06.2009 03:27
Bes evveller yazilmisdi ki, bu oteli Mensur adli bir yerli biznesmen tikdirib...????!!!! deqiq bilmirem ha, menim yadimda ele qalib
Səhifə (2)
    Növbəti