Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

Təbrizdə Musəvini gül-çiçək və etirazla qarşılayıblar

Təbriz stadionundakı aksiya, 25 may 2009

Təbriz stadionundakı aksiya, 25 may 2009

26.05.2009
Mayın 25-də İran prezidentliyinə namizəd Mirhüseyn Musəvini Təbrizdə kimiləri gül-çiçəklə qarşılayıb, kimiləri etiraz aksiyası ilə.

Təbrizdən «Azadlıq» radiosuna göndərilən videolardan görünən odur ki, Təbriz stadionunda toplaşan bir qisim fəal namizəddən həm türk dilində mədrəsə, yəni ana dilində təhsil istəyiblər, həm də Xatəminin azərbaycanlılar barədə etdiyi zarafata görə üzr istəməsini tələb ediblər. Elə Təbriz stadionunda qaldırılan şüarlarda da türk dilinin rəsmi dil elan olunması barədə tələblər, Xatəminin əleyhinə ifadələr yer alır.

«ETTELAAT QÜVVƏLƏRİNİN VASİTƏSİLƏ BİZİM UŞAQLAR DÖYÜLDÜLƏR»

Təbriz stadionundakı aksiyanın iştirakçısı Ramin Xacəi:

«Təbriz azərbaycanlıları Musəvinin qarşısında şüarlar səsləndirdilər və Xatəmi azərbaycanlıları təhqir etdiyi üçün bir qisim sözlər eşitdi Musəvi. Axırda da ETTELAAT qüvvələrinin vasitəsilə bizim uşaqlar orda döyüldülər. Bilmirik neçə nəfər itkin düşüb, xəsarət alıb. Sayını itirmişik».

Xacəi deyir ki, Musəvini Təbrizdə gül-çiçəklə qarşılayan da olub. Amma bu, onun sözlərinə görə, yaxın-uzaq şəhərlərdən gələn islahatçı tələbələrdir. R.Xacəinin sözlərinə görə, əgər islahatçı namizəd Mirhüseyn Musəvi Xatəminin zarafatını pisləməsə, fəallar bütün azərbaycanlıları 12 iyun seçkisini boykot eləməyə çağıracaqlar.

Mirhüseyn Musəvi Tabrizdə

Təbriz stadionundakı aksiyada həbs olunanların sayını dəqiqləşdirmək üçün Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası da iş aparır. Təşkilatın sözçüsü Yaşar Həkkakpurun sözlərinə görə, mayın 20-dən İranın müxtəlif şəhərlərində keçirilən aksiyalarda həbs olunanların kimliyini müəyyənləşdirmək çətindir. Hələ ki, 15 nəfərin adları dəqiqləşdirilib. Amma onların sayı daha artıqdır. Bundan əlavə, aksiyalarda hazırlıqda şübhəli bilinən fəallar da həbs olunur. Həkkakpurun sözlərinə görə, Təbrizdəki son aksiyadan əvvəl 5 qardaş - Əli, İrəc, Rəsul, Qulam və Nasir Bədəlilər öz evlərindəcə həbs olunublar.

Stadiondakı aksiya zamanı həbs olunanlara isə zor tətbiq olunub. Bunu Təbrizin məşhur fəallarından biri Çengiz Bəxtavər «Azadlıq» radiosuna deyib. Onun qardaşı Cahanbəxş Bəxtavər və qardaşı oğlu Nadir Bəxtavər də həbs olunanların arasındadır.

«FƏALLARI ZORLA, QƏDDARLIQLA VURA-VURA APARDILAR»

Çengiz Bəxtavər: «Fəallar mədəni şəkildə öz konstitusion hüquqlarını tələb edirdilər. Onları zorla, qəddarlıqla vura-vura apardılar».

Bəxtavərin sözlərinə görə, azərbaycanlılar milli-mədəni haqları uğrunda sivil mübarizə aparırlar və bu haqları İranın həm islahatçı, həm də mühafizəkar hökumətləri tərəfindən tapdanıb:

«30 ildir ki, İranda insan haqları, insanların milli-mədəni hüquqları pozulur. Bu hüquqlara boykot qoyulub. Hakimiyyətə gələn hər yeni qüvvə də bu boykotu davam etdirir. Bizim bir sıra tələblərimiz var ki, onları toplaşaraq elan etmişik. Türk dilinin rəsmi dil olmasını, ana dilində təhsil haqqının təmin olunmasını, yerli idarəetməyə mərkəzdən təyinatlara son qoyulmasını tələb edirik. Çünki mərkəzi hökumətin təyin etdiyi adamlar millətin yox, mərkəzi hökumətin xeyrinə işləyir».

Yaşar Həkkakpur mayın 26-da İranın paytaxtındakı Əmir Kəbir Universitetində də aksiya keçirildiyini deyir. Mayın 27-də isə Urmiyənin Səma, Tehranın Elm Sənət universitetlərində aksiyalar planlaşdırılıb. İranda polis universitet ərazisinə girmədiyi üçün buradakı etiraz aksiyalarının iştirakçılarını həbs etmirlər. Amma bəzi fəallar universitetlərin rəhbərliyi tərəfindən hədələndiyini deyir.

Şərhinizi yazın.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Rэhman Şəhər: Sankt-Peterburg
16.06.2009 12:12
Molla rejimi bzimkilэrin beynini o qэdэr "yeyib"ki,hec inanmiram bu yaxin gэlэyэkdэ orada bir dэyisiklik ola.Amma texniki tэrэqqi inkisaf etdikjэ orada da ister-istemez dэyisiklik olajaq.
Qaldi bizim dilimizэ biz Azэrbayjan turkjэsindэ danisiriq.

Kimdən: Anar Şəhər: Isvec
12.06.2009 00:54
Millatce Turkäm.Azerbaycanli ise vetendasliq anlayisidir!!!Azerbaycan respublikasinin ärazisinda yasayan,milletininden asli olmayaraq här bir käs AZÄRBAYCANLIDIR!!!

Kimdən: Urumiyəli
03.06.2009 01:26
Çox maraqlıdır. Güney Azərbaycanda dilin adına Türk dili deyilir.
Ancaq Quzeydə məsələ fərqlidir. Maraqlı olan başqa məsələdə, Türkiyədəki Türkcəyə Osmanlıca deyilən zaman elə şimali Azərbaycanda Türkcə deyilirdi.
Mirzə Əli Əkbər Sabirin şerinə baxın:
"Osmanlıcadan tərcümə Türkə" – bunu bilməm,
Gerçək yazırı Gəncəli, yainki hənəkdir!?
Mümkün iki dil bir-birinə tərcüme , amma
"Osmanlıcadan tərcümə Türkə" nə deməkdir?
(Hənək zarafat deməkdir)

Kimdən: swedo Şəhər: yer
02.06.2009 14:55
biz Azerbaycanliyiq. Dilimiz de Azerbaycan dilidi.Ozumuzu Turkie turklerine aid etmek menasizliqdi.Kokumuz birdi, ama iki ayri xalqiq.Iranda da lap Bakidan birisi gedib president olsa da molla rejimi deishilmeyecek.

Kimdən: AyNur Adilsoy Şəhər: Baki
31.05.2009 13:20
Hormetli Ulker ve NMK, edek dilimizi turk dili, bes burda yashayan diger milli azliqlar?! Yoxsa yeniden Azerabycanin
milli azliqlarin muharibe meydani , barit chelleyine donmesi kechir ureklerden?! Talish yeniden ozune Talish Mugan Respublilkasi, Sadvalchilar Lezgistan, Kurdler Kurdustan, digerleri filanistan duzeltsinler, parchalayaq umumi olanimizi ayri-ayri ferdler arasinda, kichik sayda olan turksoylularimiz dilini turk, dovletini de bala Turkiye adlandirsin, getsin belece AZERBAYCAN dili ve AZERBAYCANLI termini tarixin arxivine, elemi?!
MEnce dushunmeye deyer...

Kimdən: Abbas Şəhər: Baku
30.05.2009 08:30
Ister Musevi ister Emedinejadın hec bir ferqi yoxdu.Iranda movcud olan Molla rejimi deyishmese hakimiyyetin bashinda kimin durmasi onemli deyil

Kimdən: Qara Yusif Şəhər: Baku
30.05.2009 00:46
Eyyubova

MƏN FƏXR ETMİRƏM Kİ, AZƏRBAYCANLIYAM!!!
cunki,
1. men TURKem
2.men Azerbaycanli yox, Azerbaycan Respublikasi vetendasiyam
3. men o, qeder de utanmaz deyilem ki,200 yuz ilde 200 defe torpaq itirib.
sonra fexr eleyem

Kimdən: Urumiyəli
29.05.2009 10:37
Cənubi Azərbaycanda
İstanbul, Ankara və Türkiyənin başqa şəhərlərindən gələnə TÜRKİYƏLİ, Bakı, Naxcıvan, Gəncə və şimalın başqa şəhərlərindən gələnə "Otaylı" və bəzən də Bakılı, Təbrizli, Urumiyəli, Zəncanlı, Ərdəbillilərə də Türk deyərlər. Urumiyə və Təbrizdə Türk qonağım var deyən qonağının cənubi Azərbaycandan olması deməkdir. Türkiyəli qonağına Türkiyəli deməsə başqaları başa düşməz.

Kimdən: Eyyubov Şəhər: AZERBAİJAN
28.05.2009 01:22
KAMİL! Biz AZERBAYCANLİ OLARAQ HAMİMİZ AZERBAYCANLİYİQ! Turk olanimiz da var, kurd olanimiz da, lezgisi de, bashqalarida. Vatanimizi etnik ayrisechkilikle parchalama. Ulu onderimiz dediyi kimi, MƏN FƏXR EDİRƏM Kİ, AZƏRBAYCANLIYAM!!!

Kimdən: Kamal Şəhər: Lenkeran
27.05.2009 16:25
Her kes oz kimliyi ile fesr etmelidir. Turk turkluyune, talish talishligina, kurd kurdluyune ve s. Kamil turk dogulduguna gore, Kamal (= men) ise talish dogulduguMa gore fexr edirik! Esas odur, layiqli insan olaq! Amma en esasi odur ki, hansi etnosda doguldugumuzla yox (bunda bizim ozumuzun pir qehramanliq payi yoxdu), ozumuzun neler elde etdiyimizle, layiqli insan oldugumuzla fexr edek. Azerbaycan ise hamimizindir, burada yashayan turkun de, talishin da, lezginin de, tatin da, kurdun de...... Yashasin AZERBAYCANIMIZ!!!
    Növbəti 
Səhifə (2)