Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Rubrikalar / Təbriz Ekspress

İranda azərbaycanlıların etirazları davam edir

2006-cı ilin mayında mitinqlər zamanı həlak olanların anma mərasimi, Sulduz şəhəri, 2006

2006-cı ilin mayında mitinqlər zamanı həlak olanların anma mərasimi, Sulduz şəhəri, 2006

25.05.2009
İranın keçmiş prezidenti Məhəmməd Xatəminin və digər islahatçı dini liderlərin azərbaycanlılar haqqında lətifə danışıb gülməsini göstərən video may ayında onsuz da təlatümlü olan İran Azərbaycanında hissləri bir qədər də gərib.

ANIM MƏRASİMİ ETİRAZ AKSİYASINA ÇEVİRİLİB


Mayın 25-də Sulduz (Nəqədeh) şəhərində 2006-cı ilin mayında bu şəhərdə keçirilən karikaturaya etiraz mitinqləri zamanı həlak olan 4 nəfərin anma mərasimi də islahatçı liderlərin yumor hissinə etiraz nitqləri ilə başa çatıb.

Yerli qəbiristanlıqda müxtəlif şəhərlərdən gəlmiş yüzlərlə adamın toplaşdığı mərasimdə türklərin təhqir olunmasına etiraz edərkən həyatını itirənlərin xatirəsinə dualar oxunub, Azərbaycan haqqında şeirlər deyilib, nitqlər söylənib. Çıxışçılardan biri Xatəminin üzr istəyəcəyini deyib.

XATƏMİNİN VİDEOSU MƏHKƏMƏYƏ APARILACAQ


Rəşt şəhərində isə Xatəminin lətifəsi mayın 26-da keçiriləcək məhkəmədə əşyayi-dəlil qismində təqdim olunacaq. Mayın 26-da Rəşt İnqilab Məhkəməsində İranda azərbaycanlıların milli hüquqları uğrunda fəallardan biri Vədud Əsədiyə verilmiş bir illik həbs qərarından apellyasiya baxışı keçiriləcək. Milli fəalın 400 səhifəlik ittihamnaməsində onun nizam əleyhinə təbliğat apardığı deyilir.

Yalnız ana dilində təhsil kimi mədəni haqlarını tələb etdiyi üçün məhkəməyə düşdüyünü deyən Vədud Əsədi isə deyir ki, o nizamın yox, belə görünür, nizam onun və onun kimi İranda yaşayan milyonlarla türkün əleyhinədir.

Əsədi deyir ki, sabah məhkəməyə prezident Xatəminin videosunu özü ilə aparacaq. Deyir ki, onun nizam əleyhinə təbliğat kimi qələmə verilən diskriminasiya barədə şikayətlərinin sübutlarından biri də budur. Əgər apellyasiya məhkəməsini dəlil razı salmasa, Vədud Əsədi bir il həbsdə olacaq. Amma bu, onu o qədər də narahat eləmir.

V.Əsədinin sözlərinə görə, digər dini liderlərin heç bir reaksiya verməməsi, Xatəminin zarafatlarını pisləməməsi müsəlman qardaşlığı haqda danışılanların doğruluğuna şübhə oyadır.

MUSƏVİ TÜRKLƏRDƏN SƏS İSTƏYİRSƏ…

Bu gün Xatəmiyə etiraz aksiyası keçirən zənganlı tələbələrsə ümidlidirlər ki, İranın keçmiş prezidenti azərbaycanlılardan üzr istəyəcək. Zəngan Universitetinin tələbəsi Səccad Zeynali deyir ki, etiraz edən 50-100 arası tələbənin İranda prezident seçkilərinin nəticəsinə təsir etmək niyyəti yoxdur. Xatəminin videosunun və bundan doğan etirazların hazırkı prezident Əhmədinejada xal qazandıracağı, islahatçı namizəd Musəvinin şanslarını azaldacağı barədə söhbətlərə gəlincə, bu da etiraz edən tələbələrin istəyi deyil.

Vədud Əsədi isə deyir ki, İranda yaşayan türklər ənənəvi olaraq türk əsilli namizədlərə üstünlük verir ki, Musəvi də belələrindəndir. Amma fəalın sözlərinə görə, Musəvi türklərə qarşı həqarəti pisləməsə, çətin ki, azərbaycanlıların qəlbini və ağlını fəth edə bilər. Mayın 25-i axşam Musəvinin Təbrizə səfəri başlamalıdır.

Şərhinizi yazın.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: HAZAR Şəhər: LAMƏKAN
31.05.2009 16:36
Vaxt gələcək farslar böyük türk milləti qarşısında baş əyəcəklər .Eşq olsun azərbaycan xalqına

Kimdən: Burlaxatun Şəhər: Baki
30.05.2009 17:49
Cenab Tabrizli...Azerbaycan Iranin taci ola biler,onsuzda bu eledir,ama bu o demek deyil ki Cenubi Azerbaycan musteqildir.Cenubi Azerbaycan Iranin terkibindedir,oradaki soydaslarimizin feallagindan gorurem ki,tezlikle Cenubi Azerbaycan musteqillik elde edecek.Yasasin musteqil və bütöv Azərbaycan!!!

Kimdən: Tabrizli Şəhər: Tabriz
29.05.2009 12:38
Amma Khatemi chox duz misal chekib! Bu Ardabillilar geja gunduz marsiyalar okhuyur va ozlari da bilmur ki na danishillar. Abulfazli qatillar Fatimaya Zeynabi imam Hosseyna. Hammini demiram amma chokh olur ki Khatami dediyinnan da pis nagillar deyillar. Va Khatami na elasin ki Iranda butun turklar da va makhsusan manim hamshahrilarim Tabrizlilar buttun guni ardabillilar hagginda jok danishib gulullar.
Bir sozum da Torontodan yazan Oxtayadi. San oturupsan Canadada va shiar deyirsan bosh va tukhali ki guney Azarbayjan hagginde va bil ki guney Azarbayjan indida bagimsizdi va hammisha bagimsiz olajax chunki Azarbayjan Iranin tajidi. Azarbayjansiz Iran ruhi olmiyan bir badan kimin oludi, jasaddi, ashkaldi! Irani Iran elyan Safavilardi, shah Abbaslardi, Sattarkhanlardi, Sheykh Mohammad Khiyabanilardi, Mosaddeglardi, Bazarganlardi, va Mir Hosseyn Mousavilardi!!! Onlarsiz hanki Irandan danisha billik? Man deyardim yashasin Azarbaijan va Iran!

Kimdən: elchin Şəhər: baki
29.05.2009 01:21
ay millet birdefelik basha dushun ki farslar,ruslar bizim guclu dovlet olmagimizi istemirler

Kimdən: Oxtay Şəhər: Toronto
26.05.2009 19:45
Güney Azerbaycan tez ya gec bağımsızlığın elde edecek.bu arada Quzeyli öz bacı qardaşlarımız da bizi unutmayıb ve unutmayacaq.
Yaşasın bütöv Azerbaycan

Kimdən: Urumiyəli
26.05.2009 16:23
Xatəmi o videoda Ərdəbili mərsiyəxan haqqında belə bir lətifə deyir:

" Ve bunun yaxçı bildiyi iş mersiyexanlıq idi, yeni Hz. Fatmanın toyonun nağılı. Ve özelliyi de bu idi, bele deyerdi, Erdebilliler de çox beyenerdiler bunu, Erdebillilerin zekasını görsedirdi. (Xateminin yanındakılardan biri: "Türk idi" - Ucadan gülmek sesi), dedi, Hezreti gelin etdikleri gece, onu eve aparanda, Hz Peygember önde gedirdi, sağ terefinde İmam Hesen, sol terefinde İmam Hüseyn ve Hz. Xedice döşüne vururdu (Xatemi döşüne vuraraq gösterir ve ucadan gülür - başqaları da ucadan gülürler) ve deyirdi, qızımım mezlumluğuna qurban olum. (Hamı uca sesle gülür) , her halda Erdebil budur, hele sizi mene deyirsiniz - yaxşı eşidilmir ...."

Kimdən: Azer Şəhər: Baki
26.05.2009 10:06
Men hemishe deyirem ki bu farslardan bize yoldash olmayacaq.Bunlar bizim yaxshiligimizi istemeyen qonshumuzdur.Onsuda gec ya tez Azerbaycan birleshecek,cenubu ile shimali,Inshallah da ele olacaq.Bizim ureyimiz oradaki Azerilerledir.

Kimdən: Orxan Şəhər: ADR
26.05.2009 00:07
Oğuldular e...! Halaldır! Bizlərdə türklükdən əsər və əlamət qalmayıb. Ümid onlaradır...

Eşq olsun!