Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 14:34

Dünya

«Mardan Palace»in açılışında heç bir lüksdən vaz keçilməyib

Antalyadakı «Mardan Palace» Oteli
x
Antalyadakı «Mardan Palace» Oteli
Şriftin ölçüsünü dəyiş - +
Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılovun Antalyadakı «Mardan Palace» Otelinin açılışında heç bir lüksdən vaz keçilməyib.

Aralarında məşhur Hollywood ulduzlarının da olduğu 600 qonağa nadir dəniz nemətlərindən, qaz ciyərindən, trüf göbələyinə, bildirçin ətindən özəl şərablara qədər olduqca bahalı bir menyu təqdim olunub. Tom Jones, Seal və Mariah Carey-nin səhnəyə çıxdığı açılış törənində atəşfəşanlıq, lazer və rəqs göstərilərini seyr edən dəvətlilər 45 kq ağ balıq kürüsü ilə bərabər Atlantik Okeanından gətirilən 950 ədəd nadir dəniz məhsulları yeyiblər.

«Mardan Palace» Otelin açılış gecəsində dəvətlilər üçün menyu xüsusi dəqiqliklə seçilib. Menyuda dünyanın ən bahalı kürüsü olan Mərsin ağ balığının «Beluqa» adlı kürüsü də yer alıb. Bundan başqa, menyuya Şimal Dənizi ağ balığının 45 kq kürüçü də olub.

Monica Bellucci, Sharon Stone, Richard Gere, Tom Jones, Mariah Carey, Paris Hilton və Seal kimi dünyaca məşhur insanların qatıldığı mərasimdə Atlantik Okeanından gətirilən yüz kilolarla olduqca nadir dəniz məhsulları daxil edilib.

İtaliyadan gətirilən 5 kq trüf göbələyi, Fransadan gətirilən 400 kq şokolad və 65 kq qaz ciyəri də menyudəki bahalı yeməklər sırasındadır. Bundan başqa yeməklərin hazırlanması üçün Türkiyədən 1 ton dana, quzu və toyuq əti, 10 min yumurta, 600 bildirçin alınıb. Mərasimdə qonaqlara 200 şüşə Chateau Mouton Rothschild, 200 şüşə Chablis Grand Cru şərabı verilib.

«Mardan Palace» Otelə 1,4 milyard dollar sərmayə qoyan Telman İsmayılov açılış mərasimi üçün də xeyli vəsait xərcləyib. 35 milyon dollara başa gələn açılış mərasimində Belçikanın LSE şirkəti atəşfəşanlıq və lazer işıqları, xüsusi səs sistemləri ilə maraqlı bir əyləncə qurub. 150 nəfərlik heyətin hazırladığı şou üçün avadanlıqlar 30 yük maşınında Antalyaya gətirilib. Yalnız lazer şounun dəyəri 2 milyon dollar xərclənib.


«Hürriyyət» qəzeti

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Ali Haradan: Azerbaycan
30.05.2009 19:09
Telman Ismayilov bildiyime gore Goychayda anadan olub . Olmaz ki xarice yatirdigi investisiyalari gelib olkemizde yatirsin.Insanlar ucun bir is yeri nese bir sey achsin. Ve yaxud da Goychayda neche vaxtdir ki futbol yoxdu Chinar klubu artiq dagilib , T. Ismayilov kimi biznesmene ehtiyac var. Men isterdim ki nece ki Mubariz Mesimov Lenkeranda futbolu yaratdi , T.Ismayilovda ele etsin ...

Kimdən: RUSİK Haradan: BAKI
30.05.2009 17:00
MƏSLƏHƏT OLSAYDI BAKIDA AÇARDI KİŞİNİN OGLU YAXŞI GÖTUR QOY EDIB YOXSA ONU PALBANKIN GUNUNƏ SALARDILAR HALAL OLSUN AST TELMANA

Kimdən: ozer Haradan: Ankara
30.05.2009 12:25
O otel 1 milyar 400 milyon dolar etmez...Reklam icin biraz abartılıyor...

Kimdən: Sahil Haradan: Avstraliya
29.05.2009 17:24
Telman Ismayilov (Abramov)bir insan kimi gozel insan ola biler dunene kimi onu o qederde tanimirdiq (tanidigimiz AST telman moskovada CERKEz bazarinin yiyesi)amma bu 20 ilde bir defe gormedik ki her hansi sehid ailelerine ve qacqin ailelerine usaq evlerine qocalar evlerine bir yardim etsinler ne inki telman hec bashgalarida etmir.beyem azerbaycanda milyaderler azdir? indiye kimi hansi nazir bir usag evine yardim edib?hansi ish adami gocalar evine yardim edib.Yadinizdadirsa turkiyede bir marafaon kecirilirdi Felestinli usaglara yardim yigirdilar mugenni Alishanin bir zengine Anar Memmedov (Ziya Memmedovun oglu)50.000 $ bagishladi/el tutmag ELIden qalib/amma once mescidin ici sonra colu/indiye kimi Anar memmedov kimileri hansi bir kimsesize komek edib.adam ona yanirki Azerbaycanda pul qazanib azerbaycana xerclemirler.sermayelerini ancaq xarici dovletlere yatirirlar.cunki Azerbaycanda halal temiz pul qazanan yoxdurki bir ishde gorende sorushsalar alni aciq uzu ag cixib desin ki bu menim zavodum bu menim fabrikim bu menim ne bilim neyim.bu da verdiyim vergilere gore senedlerim ,her sey ogurlugdu deye hami gorxur/ogru ogurlugunun ustu acilsa qorxar/ne ise telmandan basladiq haralara geldik icimiz doludur axi neyleyek/Telmaninda yolun ve elin allah aciq elesin herden bir azerbaycanda ki imkansiz aileleride nezere alsin

Kimdən: anz Haradan: izmir
29.05.2009 14:25
men meettel galiram burada bezi kommentleri oxuyanda. camaat bilin ki:
1) bu adam pulu rusiyada gazanib, azerbaycanda yox ve azerbaycanda talancilig acmayib.
2)neye gore bu adam azerbaycana sermaye goysun? sonrada elinden alsin hokumet her sheyi ve biznesi mehv elesin bizim rushvetxorlar memurlar
3)bele bohran vaxti o Turkiyeye sermaye etdise bu cox gozel jest'di, hem yeni ish yerleri acilir hemde Turkiyenin turizmi ucun ela reklamdi.

Kimdən: SAMIR Haradan: BAKI
29.05.2009 10:35
ESHQ OLSUN TELMANA. AMMA BIR MUSELMAN OLARAQ DEMEK ISTEYIREM KI, 1.4 MILYARD PULA OTEL TIKMEKDENSE GOZEL BIR MESCID TIKSEYDI HEM ALLAHIN RAZILIGINI QAZANARDIHEM OZUNE SAVAB QAZANARDI.OTEL ILE HEC KIME XEYIR VERMEYECEK "YEKE-QARINLARDAN" BASQA

Kimdən: Kefli İsgəndər Haradan: azərbaycan
27.05.2009 16:11
Bəziləri fəxr edir,bəziləri qınayır...
Əslində hamımız həm fəxr edirik həm də qınayırıq.Çünki,o oteli burda da tikə bilərdi,Azərbaycanda,özümüzə xeyir verərdi,dünya Azərbaycanı görərdi və s.Bunlara görə qınayırıq.Amma inanın bütün bunların əsas səbəbi QURULUŞUMUZDUR.
TELMANA burda elə TOY tutardılarki,oteli tikdirib qurtarana qədər anadan əmdiyi burnundan gələrdi.

Kimdən: Semed Haradan: Gence
26.05.2009 18:40
Yazilan serhlere baxiram,sadece dehsetdi.Telmana hami simpatiya duyur,axi neye gore?mariah carey,seal,richard gere ne bilim kimlere xerclediyi milyonlara gore!kimse deye biler ki,o hec olmasa birce nefer sehid ailesini,ya da qacqin ailesini sevindirib?Biz heqiqeten de varli,elit insan gorende derhal ona yaltaqlanmaq ucun furset axtaririq.Bu biabirciliqdi.

Kimdən: Turkay Haradan: veten
26.05.2009 12:32
MasAllah.Bu da Naxcivanli deyil ki, amma teessuf ki, cemiyyetimizde Naxcivanlilara qarsi stereotip ve onyarqi var.Bir Naxcivanli kimi bunlarla mubarize apariram.Teki olsun qoy veteniimizin butun ovladlari varli dovletli olsun, Allah hamisina versin,Varlilarin sayina gore birinci olaq basqa seye gore deyil.

Kimdən: kamal Haradan: turkiye
25.05.2009 23:25
halaldi telmana duzgun yerde acib aggilli adamdi ki gedib antalyada acib.isini bilirde bakida tikib ne edecekdi .1.4 milyarda antalyada tikdiyi otel azerbaycan da 9 milyarda tikecekdi niyesini bilmek isteseniz onun ele 7 milyardi qarni yekelere gedecekdi.o pulun esas hisse yeni 2 -3 milyardi FHN ya gedecekdi.halaldi telman aggilli adamsan
Səhifə (3)
    Növbəti