Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 05:59

Cəmiyyət

İlham Əliyev Mehriban Əliyevaya Heydər Əliyev Mükafatı verdi

Şriftin ölçüsünü dəyiş - +
Mayın 10-da prezident İlham Əliyev xanımı Mehriban Əliyevaya Heydər Əliyev Mükafatı verib. O bu mükafata Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə layiq görülüb.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti olmaqla yanaşı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatıdır.

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun beş illik fəaliyyətini yüksək qiymətləndirib. «Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən «xoş niyyət» deyərdim»-, İlham Əliyev vurğulayıb.

Mehriban Əliyeva mükafata görə prezidentə təşəkkür edib: «Mənim üçün tükənməz güc mənbəyi olan ailəmə - atama, uşaqlarıma və həyat yoldaşıma öz hədsiz məhəbbətimi və dərin hörmətimi bildirirəm». Xanım Əliyeva ona təqdim edilən pul mükafatını Silahlı Qüvvələrə Yardım Fonduna keçirəcəyini deyib.

Heydər Əliyev Mükafatı həmçinin heykəltəraş, xalq rəssamı Ömər Eldarov və bəstəkar, xalq artisti Arif Məlikova da təqdim edilib.

Mayın 10-da Azərbaycanın sabiq prezident Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 5-ci ili tamam olub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (4)
    Növbəti 
Kimdən: Hamza Haradan: Baki
21.05.2009 15:48
Prezidentimizi sag olsun.

Kimdən: seva Haradan: gerib
20.05.2009 19:36
Allah bizim ölkemizin axirini yaxshi etsin.. biri-birilerine hediyye vermeyin menasi nedi?Heyder Aliyev mükafati özüde.. dehshet

Kimdən: Turan
20.05.2009 19:11
Gor hara gedirsen ay neftimizin pulu

Kimdən: maxa Haradan: evden
17.05.2009 20:26
Ilham emi cox sexavetlidir...

Kimdən: Azdeutsch Haradan: Almaniya
17.05.2009 19:38
"Bəxtəvər, bütün məhəmmədləri yığıb doldurmusan üstünə." (Ulduz filmi).

Kimdən: AbdulBaqi Haradan: Istanbul
17.05.2009 18:36
Tecublu hec ne yoxdur.
Eger onun etdiklerinde tek bunu tecublu ve gulmeli gorursunuzse, da size sozum yoxdur..
Bu etdiklerinin icinde hec de gulmeli deyil.

Kimdən: SEVA
17.05.2009 14:29
MENEDE VERINDE

Kimdən: Samira Haradan: france
17.05.2009 10:12
MONARXIYA MONARXIYA MONARXIYA

Kimdən: Galib Haradan: Toronto
17.05.2009 07:57
Teklif edirem prezident Ilham Aliyevden xahish edek ki, Mehriban xanima daha bir Heydar Aliyev ordeni versin! Goy o ikigat Heydar Aliyev ordeni sahibi olsun. Sonrasina ise baxarig!

Kimdən: Altay Haradan: Baki
16.05.2009 13:31
Berekallah,ozude deyiller bela bir arzu da edib " InsAllah bu mukafati Heydar balamiza verak "
Bakida bir birine yaxin iki heykal,Birinin ustunde ve altinda quslar yuva salib(sohbet C.Cabbarlidan gedir) digeri bu yaxinlarda gullere tutulmusdu...
Səhifə (4)
    Növbəti