Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Siyasət

Gül bayramında etirazlar VİDEO VƏ FOTOLAR

Polis 'Gül bayramına yox' deyən gənci həbs edir, 10 may2009

Polis "Gül bayramına yox" deyən gənci həbs edir, 10 may2009

10.05.2009

FOTOLARA MƏTNİN SONUNDA BAXIN!

«Azadlıq» radiosunun müxbirləri 39-cu Polis Bölməsindən bütün gənclərin azad edildiyini bildirib. Gənclər bölməyə hüquq müdafiəçilərinin gəlişindən sonra azad ediliblər. 
 

Bir az əvvəl Nəsimi rayon 22-ci Polis Bölməsindən bütün saxlananlar sərbəst buraxılıb.

 

***

 

«Azadlıq» radiosunun müxbiri Şəhla Sultanova Nəsimi rayon 22-ci Polis Bölməsindən xəbər verir ki, daha 5 nəfəri azad ediblər və hazırda içəridə 10-dan bir qədər artıq gəncin qaldığı ehtimal edilir. Azadlığa buraxılanlar qızlardır. Bir qədər əvvəl Milli Demokratiya İnstitutunun əməkdaşları, eləcə də yoldan təsadüfən keçərkən saxlanmış məktəbli qız azadlığa buraxılmışdı.

 

Bu səhər saat 10-da metroya minib şəhərə gedərkən həbs edilmiş «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğlu da bir qədər əvvəl saxlandığı Binəqədi rayon 5-ci Polis Bölməsindən azad edilib. 6 saat saxladıqdan sonra Şakiroğlunu 100 manat cərimə edib buraxıblar. Polisin iddiasına görə, A.Şakiroğlu əl edib 53 saylı marşrutu saxlamağa çalışıb, avtobus saxlamadığı üçün soyüş söyüb.

 

Ağasif Şakiroğlu ittihamın absurd olduğunu deyib. Onun sözlərinə görə, ümumiyyətlə getmək istədiyi ünvan 53 saylı marşrutun hərəkət etdiyi metronun «20 yanvar» stansiyası deyil, «Gənclik» stansiyası olub.

 

***

 

Səbail rayonu 39-cu Polis Bölməsindən növbətçi Səfərov «Azadlıq» radiosuna bildirib ki, 30-a qədər gənc saxlanılıb. Artıq onların əksəriyyəti evlərinə buraxılıb. Qalanları da izahat alınıb sərbəst buraxılır.

 

Növbətçinin sözlərinə görə, gənclər adlarını düz demədikləri üçün bölməyə gətiriliblər.


Səbail rayon Polis İdarəsindən isə bildiriblər ki, saxlanılan gənclərin hamısına xəbərdarlıq edilib buraxılıb.

 

***


Mayın 10-da 30-a yaxın gənc Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş qətllərə görə ölkədə gül bayramının keçirilməsinə etiraz bildiriblər.

Olar səhər saat 10-da bayramın keçirildiyi Heydər Əliyev Sarayının yanında, əllərində matəm rəmzi hesab olunan iki qələnfil tutublar.

Saat 2-də isə gənclər Neft Akademiyasına tərəf getməyə başlayıblar. Amma Mərkəzi-keçmiş Milli Bankın yanında polislər onların qarşısını kəsərək 20-ə yaxın gənci saxlayıb 22 nömrəli Nəsimi Polis bölməsinə aparıblar.

Onların arasında tələbələrlə heç bir əlaqəsi olmayan bir məktəbli qız da olub.

Polis bölməsinin qarşısına yığışmış jurnalistlər və vətəndaşlara heç bir məlumat verilməyib. Bölmənin qarşısında olanların arasında ABŞ səfiriliyinin nümayyəndələri və millət vəkili Pənah Hüseyinli də olub.

Həmçinin Sahil bağında etiraza cəhd göstərən 30-dan çox gənci saxlayaraq 39-cu polis bölməsinə, ordan isə məhkəməyə aparıblar.

***

Gənclərin saxlandığı 39-cu polis bölməsinin qarşısında polis camaatı döyüb. Polis saxlananların yaxınları və jurnalistləri zorla ərazidən qovub. Hamının gözü qarşısında “Yüksəliş naminə” qəzetinin əməkdaşını Elçin Həsənovu döyüblər.

Özü də zorakılığa məruz qalan “Azadlıq” radiosunun əməkdaşı Durna Səfərli bildirir ki, hazırda əlavə polis qüvvələri cəlb edilib. Bölmənin ətrafı girişə qapadılıb.

Saxlananlardan bəzilərini buraxıblar. Onların dostları sevincdən əl çalanda polis gəncləri də döyüb.

JavaScript söndürülüb, ya da Adobe Flash Player-in köhnə versiyasıdır. Flash Player-in son versiyasını yüklə

Yüklə


***
Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsində 50-dən çox gənc var. Gənclər Sahil bağında «Gül bayramı»na etiraz edirmişlər. Bu haqda «Azadlıq» radiosuna Müsavat Partiyasının Gənclər Təşkilatından Cavid Hacıybəyli məlumat verib. Hacıbəyli deyib ki, onlar «Terrora yox!», «Matəm elan olunsun!» və «Gül bayramı»na yox!» şüarları səsləndiriblər.


Etiraz edənlər arasında Dövlət Neft Akademiyasının tələbələri və başqa siyasi təşkilatların üzvləri də olub.

 

C.Hacıbəyli hazırda bölmənin həyətində olduqlarını və gənclərin bir-bir izahatlarının alındığını bildirib.

 

C.Hacıbəylinin sözlərinə görə, Müsavat üzvü Aygün Quliyeva başından xəsarət alıb.

 

***

Bu arada Musiqi Akademiyasının binası qarşısında toplaşmış bir qrup gənci polis saxlayaraq Nəsimi rayon 22-ci Polis Bölməsinə aparıb. Müxbirimiz xəbər verir ki, gənclər əllərində qoşa qərənfil sakit dayanıblarmış. Saxlananlar arasında hadisələri müşahidə edən ABŞ Milli Demokratiya İnstitutunun ölkə direktoru Aryen de Wolf da var 

 

***

 

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev deyib ki, gənclərin saxlanmasıyla bağlı narahatlığa əsas yoxdur:

 

«Məsələ aydınlaşdırılır».

 

*** 

 

Səbail rayon Polis İdarəsindən «Azadlıq» radiosuna verilən məlumata görə, bu saata (13:40) qədər «Gül bayramı»na etiraz edən 36 nəfər saxlanıb. Saxlanmalar Muzey Mərkəzinin qarşısında və Sahil bağlının ətrafında həyata keçirilib.

 

***


15-20 gənc Dövlət Neft Akademiyasının qarşısında bir yerə toplaşıb iki şüar səsləndiriblər: «Terrora yox!», «Gül bayramı»na yox!» Aksiya cəmi iki dəqiqə çəkib. Dərhal polislər gəncləri dağıdıblar. Müxbirimiz aksiyada iştirak edən gənc qızların saçlarından sürüklənərək polis maşınına aparıldığını görüb.


***

 

«Gül bayramı» Respublika Sarayının qarşısında başlayıb. Hadisə yerində olan müxbirlərimizin verdiyi məlumata görə, Sarayın qarşısındakı parkda xeyli insan toplaşıb. Saat 10-dan başlayaraq həmin parkın ətrafında olan yollar bağlanıb, hətta «Gül bayramı»na gedən vətəndaşlar belə parka buraxılmayıblar.

Polis bunu parkda dövlət rəsmilərinin və beynəlxalq nümayəndələrin olduğu ilə əsaslandırıb.

Artıq «Gül bayramı»na etiraz edən gənclərdən birini saxlayıblar. Bu, «Hədəf» Gənclər Koalisiyasının rəhbəri Ağasif Şakiroğludur. Koalisiyanın üzvlərinin «Azadlıq» radiosuna verdiyi məlumata görə, onu Binəqədi Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparıblar. Bölmədən hər hansı açıqlama almaq mümkün olmayıb.

Dövlət Neft Akademiyasının binası qarşısında toplaşaraq «Gül bayramı»na etiraz etməyi planlaşdıran bir qrup gənc polislə qarşıdurmaya getməmək üçün etirazlarını pərakəndə şəkildə bildirməyi qərara alıblar.

Səhər saatlarından indiyə kimi bir neçə gənc Dövlət Neft Akademiyasının qarşısına qoşa qərənfil qoyub gedib.

Müxbirimiz Akademiyanın ətrafında polislərlə dolu iki avtobusu müşahidə edib. Polislər ətrafda gəzən gənclərə yaxınlaşıb «toplaşsanız dağıdacağıq» kimi xəbərdarlıq ediblər.

Hər il mayın 10-u keçmiş prezident Heydər Əliyevin ad günü ilə bağlı Bakıda «Gül bayramı» keçirilir.

Bu gün Heydər Əliyevin anadan olmasının 86 illiyi tamam olur.

Aprelin 30-da Dövlət Neft Akademiyasına silahlı basqın nəticəsində 13 nəfər həlak olub, 13 nəfərsə yaralanıb. Tələbələr, gənclər təşkilatlarının üzvləri faciə ilə bağlı ölkədə matəm elan olunmasını və «Gül bayramı»nın təxirə salınmasını tələb edirlər.

 
P

DAHA ÇOX ŞƏKİL ÜÇÜN
BURA DAXİL OLUN

Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (17)
Kimdən: Nargiz Şəhər: Baki
17.05.2009 17:14

Milletin qani axdiqdan sonra matem elan edilmemesi insanligha zidd bir sheydir. amma milletin acinacaqli veziyyetde , torpaqlarin ishghalda oldughu halda herbe,iqtisadiyyata,rifaha xerclenecek pullarin-xalqin pullarinin goye sovrulmasi ikiqat insansizliq, Allahsizliqdir. Qurani Kerimde israfchiliq en boyuk gunahlardandir. Inshallah gunahkarlarin cezasini Allah verecek.

Kimdən: Cavid Hacibeyli Şəhər: BAKI
17.05.2009 10:15
Burda beziler 10 May aksiyasini gozden salmaq ucun cehdler edir.Onlara demek isteyirem ki,getsinler oz isleri ile mesgul olsunlar.Niye iqtidardan sorusmursunuz ki,bu qeder adam oldu ancaq 9 gunden sonra Gul bayrami neye lazimiydi?! Goresen belelerinin oz qardaslari,bacilari,qohumlari ADNA,da olseydi bele danisardilar? Bu aksiyada kimin istirak etmesinden asli olmuyaraq gencler olaraq oz sozumuzu dedik!

Kimdən: Azerturk Şəhər: USA
17.05.2009 09:26
Yashasin Azerbaycan Gencliyi!!!
Azerturk
USA

Kimdən: BAKI
16.05.2009 22:38
AY S SENIN CENAB PREZIDENTININ YERITDIYI SIYASET NETICESINDE VE YARATDIQI SABITLIK NETICESUNDE BAKININ GOBEYINDE 13 ADAM OLUR VE POLIS YARIM SAAT SONRA ORA GELIR

Kimdən: Sevinc Şəhər: Rusiya
15.05.2009 22:18
Elbetdeki gerek builki bayramdan bizim demokratik adlandirdigimiz hokumet bashchilari vaz kecheydi,ne geder insan gani tokuldu,axi bu bizim muselman adet-enenelerimize xas deyil,etdikleri emellere gore hech olmasa Allahdan gorxsunlar

Kimdən: S
15.05.2009 17:10
Muxalifat har shey da xeyir gudur Camaatin ushagi olub bunlar da kuchalarda qishqirmaqla etiraz edirlar Haminizdan chox ela cenab prezident bu hadisaya kadarlanir Va onun xususi diqqati sayasinda istintaq muhum addimlar atdi Talabalar qalib qiraqda ali karimovchular dushub kuchalara isa qambarin atrafi qishqir bagir salir Camaatin qani uzarinda oz xeyirlarini gudurlar!!!!

Kimdən: Elcin Şəhər: Sumqayit
15.05.2009 14:52
Dad zırrama polislərin əlindən
Doğrudan da durduğumuz yerdə zibilə düşmüşük. Hara gedək, neynəyək? Mən bu sual qarşısında bir Azərbaycan vətəndaşı kimi aciz qalmışam. Əgər siz, əziz oxucularımız, bu suala bir cavab tapsanız, mütləq məni xəbərdar edin.
İndi keçək əsas mətləbə. Demək, bir neçə gün bundan qabaq, lap dəqiqi mayın 10-da hakimiyyət Bakıda gül bayramı adlı bir tədbir keçirdi. Bu bayramın təşkilatçılığını isə sözün həqiqi mənasında şizefronik xəstəliyindən əziyyət çəkən birisinə tapşırdılar ki, millətin bu krizis dövründə kefləri açılsın, deyib-gülüb şənlənsinlər. Axı onların gözündə biz öz faciəmizə də atdanıb-düşən millətik. Bu dəfə isə tam əksini görəndə insanlara qarşı özlərini daha aqressiv aparmağa başladılar. Bu aqressivliyin bir numünəsi kimi mayın 10-da gül bayramına etiraz bildirən tələbələrə qarşı polisin etdiyi zorakılığı misal gətirə bilərəm.
Həmin gün yüzlərlə gənc-oğlan və qız «Sahil» bağında «Terrora yox! Gül bayramına yox!» şüarları qışqıraraq etiraz aksiyası keçirdilər. Etiraz aksiyası zamanı polislər tərəfindən qızlar da daxil olmaqla bir neçə gənci vəhşicəsinə döyərək 39-cu polis bölməsinə apardılar. Aksiya iştirakçıları arasında mən də var idim. Nəticədə mənim başım yarıldı, həkim çağrılsa da, mənə tibbi yardım edilmədi. Polislər şəxsiyyətimizi alçaldan sözlərlə bizi təhqir etməyə başladılar.
Jurnalist kimi hadisələri müşahidə etdiyim üçün mənim də bu baş verən olaylara öz münasibətim var. Mayın 10-da polis zorakılıqla piketi dağıdandan sonra gənclərin bir neçəsinin Səbail rayon 39-cu polis bölməsinə aparıldığı barədə məlumat aldım və sonra sözügedən bölməyə yollandım.
Orada beynəlxalq təşkilatların, xarici səfirliklərin nümayəndələrinin, jurnalist və tələbələrin yığışdıgını gördüm. Hamı aksiya zamanı tutulan gənclərin azad olunmasına çalışırdı. Amma bizim şanlı polislər insanların ora da yığışmasından qorxaraq bizə hücum etməyə başladılar. Nəticədə mən də daxil olmaqla 3 jurnalist hamının gözü qarşısında polislər tərəfindən vəhşicəsinə döyüldü. Hələ indiyə qədər bədənimin müxtəlif yerlərinə vurulan zərbələrdən müalicə alıram. Daxili İşlər Nazirliyindən tutmuş Mətbuat Şurasına qədər bütün orqanlara rəsmi müraciət etmişəm. Çox təəssüf ki, bu günə kimi hökümət rəsmilərindən bir cavab yoxdur. Heç inanmıram ki, Azərbaycanı biabır edəcək bu olaydan sonra rəsmilər tərəfindən hər hansı bir tədbir görülsün. Çünki mən artıq üçüncü dəfədir adı cəkilən polis bölməsi tərəfindən təzyiqlərə məruz qalıram.
30 aprel faciəsindən sonra insanlar bir daha anlamağa başladı ki, doğrudan da ölkədə asayiş lazımı əllərdə deyil. Hər an terrorla üz-üzə qalmaq təhlükəsi var. Üstəlik də ölkədə mafioz bir quruluş hökm sürür. Bunu anlayan gənclərin bir çoxu Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsinin səhərisi günü həmrəylik göstərərək şəhərin mərkəzində mitinq keçirdi. Mitinqin möhtəşəm alınmasını görən tələbələr bir daha aksiya keçirməyə qərar verdilər. Aksiya keçirməyə də səbəblər çox idi. Əslində hakimiyyətin özü də buna səbəb yaratmağa maraqlı idi. Məsələn, elə mərhum Heydər Əliyevin doğum gününə həsr olunmuş gül bayramını buna misal göstərmək olar. Həqiqətən də, ölkədə baş verən terror, krizis, işsizlik dövründə dövlətin 15 milyon manat xərc çəkib bu bayramı keçirməsinə ehtiyac var idimi, bax bu sual indi də cavablanmayıb. İnsanların cavabsız suallarla qarşılaşması isə təbii ki, sonda etirazlara səbəb

Kimdən: abbas
15.05.2009 08:33
"Ozuvuz ozuvuzden esebi cixardirsiz". Duz deyir, sakit olmaq lazimdir. Bir de ki "dagilisin"

Kimdən: mammad Şəhər: baki
15.05.2009 00:35
etiraz kutlevi olmalidir. onlara eshq olsun

Kimdən: AyNur Adilsoy Şəhər: Baki
14.05.2009 18:59
Ay Xatire xanim, dunya 30 aprelde ADNA-da ne bash verdiyini bilir, siz burdan, Mingechevirden orda ne bash verdiyinden xebersizsiniz. ADNA-da atishma yox, oraya silahli basqin olub. Sebebi? Bax, bu maraqli sualdir, amma... Amma yalniz sizin deyil, damarindan azerbaycanli qani axan siravi vetendashlar uchun bu sirri-xudadir!
Gencler, telebeler, her bir etiraz usulu onun zamanina ve mekanina gore sechilmelidir, elece de bu. Meger sonucun bele olacagi gozlenilmezlikdirmi ki? Bunu bilerekden neye lazim idi polis deyeneyi altina girib, haqli iken haqsiz, suchlu duruma dushmek?! Niye guclu telebe tetili orqanize olunmadi o hadiseden sonra? Niye Umumtelebe komitesi formalashmadi?! Ne deyirsiniz, belke ele sirf burdan bashlamaq lazim idi?..
    Növbəti 
Səhifə (17)